−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   117   118   119   120   121   122   123   124   ...   131
alim-keramet

«O pulla olmaz» 
Cənab  Razi  yazır:  Polis  idarəsinin  işçilərindən  biri  şah 
zamanı  istefa  verib  işdən  çıxır  və  azad  işlə  məşğul  olur.  O 
mənimlə  tanış  idi.  Bir  gün  ondan  işdən  çıxmasının  səbəbini 
soruşdum. Dedi:  
Ayətullah Mərəşinin batini baxışı və bəsirəti bu işə bais oldu. 
Dedim:  
Necə məgər? Dedi:   
Bir gün iş rejiminə görə axşam saat 12-dən səhər saat səkkizə 
qədər  Qumun  “İrəm”  xiyabanında  postda  durmalı  idim. 
Həmin  gecə  boynuma  qüsul  gəlmişdi  və  hamama  getməli 
idim,  amma  hamam  üçün  verməyə  pulum  yox  idi.  Təqribən 
 
1
 Əli Rəfim, “Şəhabe şəriət”, səh. 293 


 
145 
gecə  saat  ikiyə  yaxın  İsfəhandan  müsafir  avtobusu  gəlib 
hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin. 
Mən yaxınlaşıb sürücüyə dedim:  
Maşını  burda  niyə  saxlamısınız?  Sürücü  vəsiqənizi  göstərin. 
Sürücü  bir  beş  tümənlik  ovcuma  basıb  üzürxahlıq  elədi.  Mən 
də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim: 
“Hamam pulu da düzəldi.” 
Gözlədim  ki,  səhərə  yaxın  hamam  açılsın,  gedib  qüsul  alıb 
namaz qılam. 
Hərəmin  qapısı  hələ  açılmamışdı  ki,  gördüm  Ayətullah 
Mərəşi  həmişəki  kimi  hərəmə  tərəf  gedir.  Amma  həmin  gecə 
yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi  və mənim yanıma 
gəldi. 
Çatan kimi salam verib dedi: 
“İrəli gəl!” Qabağa getdim. Beş tümən mənə uzadıb dedi:  
Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dedim: 
 Göz  üstə!  O  gecəki  hadisədən  sonra  bu  qərara  gəldim  ki, 
polis  idarəsindən  çıxıb  azad  bir  işlə  məşğul  olum.  Belə  də 
oldu...  İndi  əlhəmdülillah  vəziyyətim  çox  yaxşıdır,  Məkkəyə 
də getmişəm. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin