−Алимләрин кәрамәтләри−


«İstisqa namazının bərəkəti»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə126/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   123   124   125   126   127   128   129   130   131
alim-keramet

«İstisqa namazının bərəkəti» 
Böyük  mühəddis  Ayətullah  seyyid  Nemətullah  Cəzayirinin 
oğlu,  Müfti  Seyyid  Məhəmməd  Abbas  Şuştəri  Cəzayiri 
Hindistan sakini olmuşdur. 1224-cü hicri ilində anadan olmuş 
və 1306-cı  hicri ilində vəfat etmişdir. 
O,  öz  dövrünün  çox  istedadlı  və  həmin  diyarın  ən  məşhur 
alimlərindən  olmuşdur.  Müxtəlif  fənlər  üzrə  çoxlu  əsərlər 
yazmışdır. 
O,  “Əl-bərahin  əl-isna  əşərə  əla  vucudil  imam  əs-sani  əşər” 
kitabının müəllifi Ayətullah Seyyid Təyyib Cəzayirinin babası 
olmuşdur. Müfti Cəzayiri çox əcib kəramətlər sahibi olmuşdur 
ki, onlardan bir neçəsini bu kitabda dərc edirik. 
 
1
 Şəfii, Həmin mənbə, səh. 60 


 
149 
Həkim Mirzə Kazim Hüseyni deyir ki,  1295-96-cı hicri ilində 
Hindistanın  Ləkəhnu  şəhərində  hava  çox  isti  keçirdi.  Yağış 
yağmadığından  qıtlıq  da  başlamışdı.  Mən  Həkim  Şeyx  Əli 
Məhəmmədin  həkimxanasında  hər  gün  xəstələri  müayinə 
edirdim. İstidən camaatın canı boğazına yığılmışdı. 
Sünnilər  “Eyşe  bağ”  məhəlləsində  istisqa  (yağış)  namazı 
qıldılar,  amma  faydası  olmadı.  Şəhərin  ağsaqqal  və  böyükləri 
Müftinin  hüzuruna  gəlib,  istisqa  (yağış)  namazı  qılmasını 
xahiş  etdilər.  Müfti  buyurdu  ki,  hamı  oruc  tutsun.  Camaatın 
əksəriyyəti oruc tutdular və mən də oruc tutdum. Sübh saat 8-
9  idi  ki,  Müfti  Abbas  əba  altında  geyilən  köynək  şalvarla, 
əmmaməsiz və əbasız, ayaqyalın, başı açıq evindən çölə çıxdı. 
Öz  evlərinin  qapısında  dayanmış  möminlərlə  birlikdə  çaya 
tərəf  hərəkət  etdilər.  Rumi  darvazasının  qarşısında  istisqa 
namazı qıldılar. 
Namazdan sonra danışmaq üçün minbərə qalxdı. Minə yaxın 
adam  orda  toplaşmışdı.  Söhbətə  başlayan  kimi,  birdən 
buludlar  göründü  və  yağış  yağmağa  başladı.  Müftinin 
xübtəsindən sonra mərhum Mövləvi seyyid Əli minbərə qalxıb 
dedi: 
Bu  gün  Həzrət  Abbasın  adaşı  gəlib  su  istədi,  yağış  yağdı, 
göydən  rəhmət  suyu  nazil  oldu.  Amma  Kərbəla  hadisəsində 
Bəni  Haşimin  Qəməri  −  Əbülfəzl  Abbas  da  gəldi  və  su  istədi, 
Fərat  çayının  kənarına  gəldi,  ancaq  bu  ümmət  ona  necə  su 
verdi. 
Elə  bu  vaxt  məclis  əhlindən  elə  hay-küy  qalxdı  ki,  hamı 
huşdan  getdi.  Evə  necə  çatdığım  yadıma  gəlmir.  Çünki 
hamıdan  çox  mənim  halım  pis  idi.  Ustadım  mərhum  Məneşi 
seyyid Ryaz Əl Həsən və mərhum Mövləvi Seyyid Əli Nəqi də 
o gün həmin məclisdə idilər. 
1
 
 
1
 “Tarixe Abbas” (təcəlliyat), 2-ci cild, səh. 24 


 
150 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin