−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə127/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   123   124   125   126   127   128   129   130   131
alim-keramet

«Yanğından nicat tapma» 
Bu hadisə də çox isti yay mövsümündə baş vermişdir. Həmin 
vaxt  elə  bil  göydən  alov  tökülürdü.  Göyün üzündə  buluddan 
heç bir əsər-əlamət yox idi və yağış fəsli də deyildi. 
Müfti  Abbas  evin  üstündə  bir  neçə  tələbəyə  dərs  deyirdi. 
Onun ailəsi də həmin evdə idi və pilləkənin altında qamışdan 
tikilmiş  çox  balaca  bir  ev  var  idi.  Birdən  həmin  qamış  ev 
yanmağa başladı. Alov çox sürətlə pilləkənlərə və evin damına 
qalxdı. Hər yeri alov bürümüşdü. 
Aşağı  düşməyə  başqa  bir  yol  yox  idi.  Alovun  istisindən  və 
tüstüsündən  hamı  boğulmaq  üzrə  idi.  Aşağı  mərtəbədən 
qadınların şivən səsi eşidilirdi. Məlum idi ki, hamı yanğından 
həlak  olacaq.  Elə  bu  vaxt  Müfti  asimana  tərəf  baxdı.  İki  əlini 
göyə qaldırıb, göz yaşları tökərək dua etməyə başdadı. Duanı 
qurtarmamışdı  ki,  göyün  üzündə  bir  bulud  parçası  göründü. 
Düz yanğın baş verən evin üstündə yağış yağmağa başladı. O 
qədər  yağdı  ki,  yanğın  söndü  və  mənzildə  olanların  hamısı 
qəti ölümdən nicat tapdılar. 
Bir  müddətdən  sonra  yağış  dayandı.  Qəribə  orasıdır  ki, 
yanğın  baş  verən  mənzilin  ətrafındakı  evlərə  hətta  bir  damla 
da  yağış  yağmamışdı.  Bu  kəramət  səfər  ayının  15-i  1274-cü 
hicri ilində, həftənin birinci günü baş vermişdir. 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin