−Алимләрин кәрамәтләри−


«Müfti Abbas ildırımla üz-üzə»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə128/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   123   124   125   126   127   128   129   130   131
alim-keramet

«Müfti Abbas ildırımla üz-üzə» 
Bir gün Müfti Hindistanın Kanpur şəhərində Nəvvab Seyyid 
Baqir Əlixanın mənzilində qonaq idi. Mənzildən  çöldə bir yer 
vardı  ki,  o  orada  ibadətlə  məşğul  idi.  Həmin  mənzilin  ətrafı 
kərpic  divar  əvəzinə  qurumuş  otlarla  örtülmüşdü  ki,  yanğına 
hazır idi. 
Qürub  vatxı  idi.  Ağa  Müfti  həmişəki  adəti  üzrə,  xuzu  və 
xuşu  ilə  namaz  qılmağa  məşğul  idi.  Elə  bu  vaxt  göyün  üzü 
buludla  örtüldü.  Birdən  şimşək  səsi  yeri-göyü  lərzəyə  gətirdi 


 
151 
və ildırım həmin yeri elə vurdu  ki, ürəklər əsib, gözlər bərələ 
qaldı. 
Həmin  ildırım  Ağa  Müftinin  ətrafında  elə  fırlandı  ki,  hamı 
elə  bildi    onu  başdan-ayağa  yandırdı.  Hamının  vücudunu 
dəhşət və qorxu elə bürümüşdü ki, gözlərini yumdular 
Müfti deyirdi ki, həmin vaxt mənim halım elə idi ki, az qala 
nəfəsim  kəsilirdi  və  boğulma  halı  məndə  baş  verdi.  Kükürd 
iyini daha çox hiss edirdim və az qala can verəcəkdim. Həmin 
iztirablı  və  həyəcanlı  halda  “Ya  Allah”  kəlməsi  dilimə  gəldi. 
Elə bu vaxt ildırım məni buraxıb düz xətt üzrə bir ağaca tərəf 
hərəkət edərək, onu bütövlükdə yandırdı. 
Bu  hadisəni  görənlər  deyirlər  ki,  biz  gördük  ki,  ildırım  bir 
neçə  dəfə  Müftinin  başına  fırlanıb,  sonra  bir  ağaca  dəydi  və 
onun  altında  olan  heyvanlarla  (inək  və  qoyun)  birlikdə  elə 
yandırdı ki, külü qaldı. 
Ağa  Müftinin  böyük  iman  sahibi  olması  bu  hadisədən 
məlum  olur.  Çünki,  bu  vaxta  qədər  heç  kəs  eşitməyib  ki, 
ildırım adamı bu cür vura, amma o yanmaya. 
Namazı  qurtarandan  sonra  yenidən  əvvəlki  hala  qayıtdım. 
Başa düşdüm ki, həmin vaxt ətrafdakılar qışqırırmış: 
Vay, ağa öldü. Onlar deyirdilər:  
Görürdük ki, elə bil alovlu bir papaq ağanın başı üstə idi. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin