−Алимләрин кәрамәтләри−


«Ölüm mələyi İmamın əmrinə tabedir»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə129/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   123   124   125   126   127   128   129   130   131
alim-keramet

«Ölüm mələyi İmamın əmrinə tabedir» 
Ayətullah Cəzayiri deyir ki: 
Uşaq  vaxtı  əlacsız  bir  xəstəliyə  tutulmuşdum  və  halım  çox 
pis  idi.  Artıq  ölüm  əlamətləri  məndə  görünürdü.  Bu  elə  bir 
vaxtda  idi  ki,  Kazimeyndə  çoxlu  möcüzələr  baş  verir  və  hər 
gün yüzlərlə xəstə şəfa tapırdı. 
Anam gedib evindəki hüseyniyyədə fəryad etdi: 
 
1
 “Tarixe Abbas” (təcəlliyat), 2-ci cild, səh. 27 


 
152 
Ey  Musa  ibn  Cəfər,  Babul-həvaec  (dərdlərin  dərmanı).  Sizin 
kəramət  və  möcüzələriniz  təkcə  sizin  hərəminizə  aiddirmi? 
Edə  bilməzsiniz  ki,  Hindistana  gəlib  mənim  ölüm  ayağında 
olan  uşağıma  şəfa  verəsiniz?  Bunu  deyərək  özünü  döyüb 
ağlayırdı. 
Atam Müfti Seyyid Məhəmməd Əli Cəzayiri deyir: 
Həmin  vaxt  mən  yuxuda  gördüm  çox  hündür  və  uca  boylu 
ayağı  yerdə,  başı  isə  göylərə  dəyən  bir  şəxs  mənim  yatağıma 
tərəf gəlir. Dedim:  
Siz kimsiniz? Dedi:  
Mən  ölüm  mələyiyəm,  gəlmişəm  bu  uşağı  özümlə  aparam. 
Dedim:  
Məgər  anasının  fəryad  səsini  eşitmirsən?  O  bu  uşağı  Babul-
həvaicə zəmanət verib. Dedi:  
Artıq faydası yoxdur. Çünki ömrü sona yetib. 
Elə  bu  vaxt  mən  əl-ayağa  düşüb,  özümü  itirdim.  Yuxuda 
çağırdım:  Ey  Musa  ibn  Cəfər!  Ey  Babul-Həvaec!  Bizim 
dadımıza  çat!  Elə  həmin  vaxt  gördüm  ki,  bir  nurani  şəxs 
mənim  yatağımla  Ölüm  mələyi  arasında  göründü.  Ölüm 
mələyi  onu  görən  kimi  yerində  dayanıb,  salam  verdi.  Həmin 
nurani şəxs dedi:  
Nə üçün gəlmisən? 
Ölüm mələyi dedi: 
Bu  uşağı  qəbze-ruh  etmək  üçün.  Çünki  ömrü  sona  çatıb. 
Dedi:  
Qayıt,  çünki  mən  Allah-təaladan  bu  uşaq  üçün  artıq  ömür 
istəmişəm. 
Bu yuxudan sonra atam yuxudan oyandı. Amma anam hələ 
də hüseyniyyədə ah-nalə edirdi. Anamı çağırıb dedi:  
Gəl uşağına bax, indi Babul-həvaec gəlib ona şəfa verdi. 
Üzümə  örtülən  parçanı  çəkəndə  məni  qıvraq  və  sağlam 
gördülər. Üz-gözümün rəngi açılmış və halım yaxşılaşmışdı. 


 
153 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin