19
«Xalis dərman»
“Qisəsul Uləma” kitabının müəllifi yazır ki, inandığım
dostlardan biri Şeyx Cəfərin (vəfatı 1228 q.) kəramətlərindən
birini belə nəql etdi:
Neçə illər idi ki, əmim gözağrısına mübtəla olmuşdu. O
zamanın bütün həkim və cərrahlarına müraciət etsək də, bir
əlac olmamışdı. Əmim eşitmişdi ki, Şeyx Cəfər Lahican
şəhərinə gedib. O, Şeyxin hüzuruna yetişəndən sonra onun
əlindən öpərək dedi:
Neçə ildir ki, gözüm ağrıyır. Sizin hüzurunuza gəlməyimin
səbəbi odur ki, dua edin, Allah-taala mənə şəfa versin.
Şeyx mübarək ağzının suyundan onun gözünə çəkəndən
sonra şəfa tapdı və heç vaxt gözağrısı görmədi.
1
Dostları ilə paylaş: