«Qışda təzə üzüm» Belə nəql edilir ki, qış günlərinin birində bir kişi Axund
Molla Zeynəlabidinin (vəfatı 1259 q.) evinə gedib belə ərz
elədi:
Arvadım ağır xəstədir və ürəyi təzə üzüm istəyir. Bilmirəm
qışın bu vaxtı təzə üzüm hardan tapım. Xahiş edirəm kömək
edəsiniz.
Elə bu zaman Molla Zeynəlabidin əlini uzadıb evin
ortasındakı kürsünün altından yarpaqı bir təzə üzüm salxımı
çıxarıb, həmin kişiyə verdi. Yanındakılar dedilər:
Əgər o üzümdən yenə varsa, bizə də ver. Axund dedi:
Elə bu qalmışdı və o da bu kişinin payı idi.
2