«Qeybdən pay»
Böyük İslam alimlərindən olan Şeyx Bəhayi belə buyurur:
1
Mirzə Məhəmməd Tonekaboni, “Qisəsul Uləma”, səh. 344
6
Bir dəfə bizim məntəqəyə çoxlu qar yağmışdı. Babam Şeyx
Şəmsəddinin evində uşaqlar acından ağlayır və yemək
istəyirdilər. Evdə yeməyə heç nə yox idi. Babam arvadına dedi:
Uşaqları sakit et ki, dua edib Allahdan bir təam istəyək. Elə
bu zaman nənəm qardan bir ovuc götürüb təndirə
yaxınlaşaraq dedi:
İndi bu çörəyi sizin üçün bişirəcəyəm. Əvvəl təndiri qaladı.
Qarı kündə formasına salıb təndirə yapışdırdı. Elə həmin an
babam dua edirdi. Çox keçməmiş Allahın mərhəməti ilə
təndirdən isti təzə çörək onlara nəsib oldu.
1
«İkinci şəhid»
Şeyx Bəhayi atasından belə nəql edir:
Bir gün səhər İkinci Şəhid (ləqəbiylə məşhur olan) Zeynəddin
ibn Əli Amulinin hüzuruna getmişdim (911-966 q.). Şeyx çox
fikirli idi. Elə bil ki, gözlənilməz bir hadisə baş vermişdi. Mən
ondan niyə fikirli və narahat olduğunu soruşanda belə dedi:
Ay qardaş, elə güman edirəm ikinci şəhid mən olacağam!
Mən soruşdum:
Niyə, nə olub ki? Dedi:
Dünən axşam yuxuda gördüm ki, Seyyid Murtəza çox böyük
bir qonaqlıq təşkil edərək bütün şiə alimlərini ora dəvət edib.
Mən məclisə daxil olduğum zaman Seyyid Murtəza ayağa
qalxaraq mənə xoş gəldin deyib buyurdu:
Filankəs, buyur Məhəmməd ibn Məkkinin (Birinci Şəhid)
yanında əyləş. Mən də onun yanında əyləşdim. Sonra yuxudan
oyandım. Elə buna görə də zənn edirəm ki, ikinci şəhid mən
olam.
2
1
Əllamə
Seyyid
Məhəməd Baqir Xonsari,
“Rövzatül cənnat”,
c.2,
səh.
331
2
Həmin mənbə, c. 3, səh. 383
|