−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə41/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   37   38   39   40   41   42   43   44   ...   131
alim-keramet

«Dəqiqən həmin məbləğ» 
Əllamə Ağa Büzürg Tehrani buyurur: 
Kərbəlayi  ləqəbilə  məşhur,  Mirzə  Şirazinin  şagirdlərindən 
olan fazil, əllamə Şeyx Həsən İsfahani ömrünün son günlərini 
xəstə yatağında yatdığı vaxt Şeyx Məhəmməd Təqi Qəzvininin 
dilindən  mənim  üçün  Mirzə  Şirazinin  kəramətlərindən  birini 
hekayət etdi. Şeyx Məhəmməd Təqi deyir: İraqdakı müqəddəs 
yerləri  ziyarət  etmək  üçün  yaman  şövqüm  vardı.  Amma 
məlum səbəblərə görə bu arzuma çatmağa ümidim yox idi. Bir 
gecə  yuxuda  gördüm  ki,  bu  arzuma  nail  və  sonra  Samirra 
şəhərində Mirzə Şirazinin xidmətinə müşərrəf olmuşam. Mirzə 
mənə  dedi:  “Getmək  istəyirsən,  yoxsa  bizim  yanımızda 
qalırsan?  Əgər  qalmaq  fikrin  varsa,  hər  ay  filan  qədər  sənə 
verərəm. Elə bu vaxt yuxudan ayıldım.  
Bir  neçə  gündən  sonra  Allahın  lütfüylə,  arzuladığım  ziyarət 
mənə  qismət  oldu.  Ziyarətdən  sonra  Samirra  şəhərində 
Mirzənin  hüzuruna  müşərrəf  oldum.  Hal-əhval  soruşandan 
sonra Mirzə dedi:  
Getmək  istəyirsən  yoxsa  bizim  yanımızda  qalırsan?  Əgər 
qalmaq fikrin varsa, sözüm əvvəl dediyim kimidir. 
O  gecə  gördüyüm  yuxu  yadıma  düşdü.  Başa  düşdüm  ki, 
Mirzə yuxuda mənə dediklərinə və təyin etdiyi məbləğə işarə 
edir. 
 
1
 Seyyid Mirzə Hadi Hüseyini Xorasani, “Mucizat və kəramat”, səh. 2 


 
49 
Nəhayət Samira şəhərində qalmalı oldum və bir aydan sonra 
Mirzənin  xadimi  gəlib  dəqiq  yuxuda  təyin  olunmuş  məbləği 
mənə verdi və hər ay bu işi yerinə yetirirdi.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin