«Mirzəyə sifariş etmişik» Fazil alim, hacı şeyx İbrahim Təcrişi Tehrani belə hekayət e
dir:
Fəzilətli şəxslərdən biri ilə Əllamə hacı Molla Əli Kəninin
hüzuruna getmişdik. Söhbət əsnasında hacı Molla Əli dedi:
İstəyirsinizmi sizə öz kitab xəzinəmdən bir şey göstərim?
Bu sözdən sonra onunla birlikdə kitabxanaya girdik. Məxsus
bir yerdən çox böyük ehtiramla bir məktub çıxararaq onu
öpüb, bizə göstərdi. Dedi:
Bu mərhum Mirzə Şirazinin öz xəttilə yazılmış və aşağısına
da öz möhürünü vurmuşdur. Hacı Molla Əli sonra edib dedi:
Bu məktub mənim üçün çox dəyərli və qiymətlidir. Sanki,
hiss edirəm bu, həzrət İmam Əsgəri (ə) tərəfindən göndərilmiş
bir namədir. Oğluma vəsiyyət etmişəm ki, mən öləndən sonra
onu kəfənimə qoysun. Namənin məzmunu Qəzvin əhalisindən
olan bir seyyidlə bağlı yazılmış tövsiyədir.
Hal-qəziyyə buradan başlayır ki, çox varlı və dövlətin böyük
xadimlərindən biri həmin bu seyyidin əmlakının böyük bir
hissəsini qəsb edir. Seyyid də Tehrana gəlib bu haqda mənə
şikayət edir. Sözün düzü, mənə pənah gətirir ki, onun
müşkülünü həll edəm və ona zülm edən şəxsdən haqqını geri
alam. Amma o adam dövlətin nüfuzlu şəxslərindən biri
olduğundan, mən seyyid üçün heç bir iş görə bilmədim. Bir
müddətdən sonra Seyyid də məndən artıq ümidini üzdü. Elə
bu vaxtlar mənim yaxın dostlarımdan üçü İraqa ziyarətə
getmək niyyətində idilər. Onlardan biri böyük alim Seyyid
Məhəmməd Təqi Tonikaboni idi. Seyyid də onlarla birlikdə
yola düşdü və yol boyunca hey deyirdi ki, bu səfərdə yalnız
Samirraya gedib Mirzə Şiraziyə şikayət etmək qəsdindəyəm.
Seyyid Məhəmməd Tonikaboni deyir ki, Samirra şəhərinə
çatdıqdan sonra Mirzə Şirazi ilə görüşə bilmədik. Nəhayət
Samirrada olduğumuz sonuncu günün axşamı Mirzənin
51
hüzuruna yetişə bildik və seyyid öz macərasını (əmlakının
qəsb olunması və uzun müddət Tehranda qalmasını) ona
danışdı. Həmçinin hacı molla Əli Kəniyə də müraciət etdiyini
və heç bir nəticə hasil olmadığını da əlavə etdi. Mirzə bu
məsələ haqda bizdən soruşanda dedik ki, bəli, həmin şəxsin
dövlətdə böyük nüfuzu olduğundan Molla Əlinin bu məsələyə
dəxalət edə bilmədiyini söylədik. Mirzə dedi:
Əgər hacı molla Əli qəsb olunmuş əmlakı geri almağa qadir
deyilsə, bəs mən nə edə bilərəm? Əgər mən sənə kömək etmək
istəsəm belə Molla Əliyə namə yazmaqdan başqa əlimdən bir
iş gəlməz. Beləliklə Mirzə də ümidi olmadığını bildirdi. Sonra
hamımız Mirzə Şirazilə sağollaşıb hərəmə getdik.
Seyyid olduqca qəmgin və narahatçılıq içində idi. O zərihə
yaxınlaşıb iki imama (İmam Nəqi (ə) və Əsgəri (ə)) xüsusilə
İmam Həsən Əsgəriyə (ə) təvəssül etdi. Seyyidin nalələri
yavaş-yavaş yardım və kömək həddini aşıb, hörmətsizliyə
gedib çıxdı ki, biz onu evə aparıb yatağına uzatdıq. Seyyid elə
narahat halda da yuxuya getdi.
Sübh tezdən səfər hazırlığı görmək üçün yuxudan ayılanda
seyyid şadlıq və sevincdən bilmirdi nə etsin. Dedi ki, İmam
Həsən Əsgərini (ə) yuxuda gördüm və İmam fars dilində mənə
dedi: “Narahat olma, (səni) Mirzəyə tapşırmışıq. Dan yeri
təzəcə açılmağa başlayanda Mirzənin şeyx Əbdülkərim adlı
xidmətçisi həmin bu naməni gətirib seyyidə verdi. Dərhal başa
düşdüm ki, bu namə seyyidin gördüyü yuxuyla əlaqədardır.
Hacı Molla Əli Kəni əlavə edərək dedi:
Mirzənin dəstxətti (naməsi) mənə çatandan sonra, Nəsrəddin
şaha bir məktub yazdım. Seyyidin macərasını əvvəldən
axıracan orada şərh edib, bu naməni də arasına qoyub
göndərdim.
52
Bu namədən sonra Nəsrəddin şah seyyidin qəsb olunmuş
əmlakını geri alıb, özünə qaytardı və bu işin həlli həmin bu
namənin bərəkətilə düzəldi.
1