−Алимләрин кәрамәтләри−


«Burada böyük bir şəxs öldürüləcək»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   2   3   4   5   6   7   8   9   ...   131
alim-keramet

«Burada böyük bir şəxs öldürüləcək» 
Şeyx Bəhayidən belə nəql olunur: 
Günlərin  bir  günü  İkinci  Şəhid  ilə  atam  Şeyx  Hüseyn  ibn 
Əbdüssəməd 
Harisi 
Meditəranənin 
sahilindən 
ötüb 
keçirmişlər.  Zeynəddin  ibn  Əli  Amuli  sonralar  qətlə 
yetiriləcəyi  məkana  çatdığı  zaman,  birdən  onun  çöhrəsinin 
rəngi  dəyişir.  Sanki  gözlənilməz,  qəfil  bir  hadisəylə  üzləşir. 
Atam  ondan  narahat  olmasının  səbəbini  soruşduqda,  belə 
deyir: 
Bu yerdə böyük bir şəxs öldürüləcək.  
Bir müddət keçəndən sonra o, həmin yerdə şəhid edilir. 
1
 
«Təməl uçuran zikr» 
Tədqiqatçı  alim Nəraqi “Xəzain” (xəzinələr) kitabında yazır: 
Mərhum Mirzə Əbulqasim Mirfənd Rəsəkinin (vəfatı 1059 q.) 
səfərlərin  birində,  sakinləri  məsihi  olan  bir  şəhərdən  yolu 
düşərək bir müddət orada qalmalı olur. 
Günlərin birində bir dəstə adam Mirzənin əqidəsinin (dinini) 
batil olduğunu isbat etmək üçün ona belə dedilər: 
Bizim  dinimizin  haqq  və  sizinkinin  batil  olmasına  dəlalət 
edən  şeylərdən  biri,  məbədlər  və  ibadətgahlarmızın  möhkəm 
olmasıdır. Belə ki, onların bəzilərinin tikilməsindən 2-3 min il 
keçməsinə  baxmayaraq  hər  biri  olduğu  kimi  öz  istehkamını 
qoruyub  saxlamışdır.  Amma  gördüyümüz  kimi  sizin 
məscidlərinizin binası bir əsrdən artıq qalmır. Bəs bu, ona görə 
deyilmi  ki,  həmişə  haqq  özünü  qoruyub  saxlayır,  amma  batil 
isə aradan gedir? Mirzə cavabında belə buyurdu: 
Səbəbi  bu  deyil.  Doğrusunu  bilmək  istəsəniz,  bu  binalar 
(məscid)  möminlərin  haqq  kəlməsinin,  saleh  əməllərinin  və 
məqbul  ibadətlərinin  qarşısında  taqətsizdir.  Buna  görə  də 
 
1
 Həmin mənbə, c. 3, səh. 383 


 

bizim  məscidlərin  binası  tez  uçulub-dağılır.  Amma  sizin 
məbədlərinizdə isə Allahın razı olduğu və bəyəndiyi bir haqq 
kəlməsi  asimana  ucalmır.  Bilin  ki,  əgər  sizin  haqqında  tərif 
etdiyiniz  məbədlərdən  birində  bizim  haqq  ibadət  və  məqbul 
dualarımızın  səsi  ərşə  ucalsa,  görərsiniz  ki,  ora  da  Allahın 
əzəməti  və  böyüklüyü  qarşısında  qorxudan  zəlil  tək  uçub, 
dağılacaqdır. Onlar dedilər: 
Bunu  ancaq  imtahan  etməklə  qəbul  edirik.  Gördüyünüz  o 
məbəd,  bizim  ən  qədim  və  möhkəm  kilsələrimizdən  biridir. 
Get ora, istədiyin hər bir işi gör. Əgər sənin dua və ibadətlərin 
nəticəsində  binada  bir  uçuq  və  ya  zədə  əmələ  gəlsə,  sənin 
iddian  doğru  olacaq.  Əks  təqdirdə  isə  gərək  bizim 
dediklərimizin  doğru  olduğunu  təsdiqləyəsən.  Mirzə  şərti 
qəbul etdi. 
Dəstəmaz  aldıqdan  sonra  cəddinə  (Peyğəmbər  (s))  təvəssül 
edib  Allah-taaladan  ona  bu  işdə  yardım  etməsini  diləyərək 
məbədə daxil oldu.  
Şəhər  əhalisi  məbədi  dövrəyə  almışdı.  Mirzə  heybət  və 
vüqarla  azan  və  iqamə  deyib,  təkbirətul-ehrama  hazırlaşdı. 
Bütün vucudunu Allaha tapşırıb, Tur dağındakı ağacın Həzrət 
Musa  (ə)  ilə  danışıqlarını  dilə  gətirərək  bütün  vücuduyla  
“Allahu  Əkbər!”  −  dedikdən  sonra  tez  oradan  çölə  çıxdı.  Bir 
göz  qırpımında  həmin  böyük  bina  uçub  yerlə-yeksan  oldu. 
Sanki  orada  heç  əvvəldən  bina  tikilməmişdi  və  həmin  böyük 
məbəddən torpaq yığınından başqa bir əsər qalmadı. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin