−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə54/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   50   51   52   53   54   55   56   57   ...   131
alim-keramet

«Zikrin tərənnümü» 
Höccətül-islam Hüseyn Ənsariyan yazır:  
Axund Kaşidən (Molla Məhəmməd) elmi-əməli tərbiyə almış 
şəxsiyyətlərdən  biri  də  görkəmli  filosof  Həkim  Rahim  Ərbab 
olmuşdur.  Bu  böyük  alim,  Axund  Kaşini  ziyarət  etmək  üçün 
iki  dəfə  İsfahana  getmiş  və  hər  dəfə  də  Axundun  feyz 
xırmanından  bəhrələr  götürmüşdür.  Bu  böyük  şəxs,  ustadı 
Axund  Kaşinin  mənəvi-ruhi  halları  ilə  bağlı  olduqca  maraqlı 
əhvalatlar nəql etmişdir. 
 
1
 Əllamə Həsənzade Amuli, “Dər Asimane mərifət”, səh. 51-53 


 
63 
Axund  Kaşinin  qaldığı  “Sədr”  mədrəsəsinin  tələbələrindən 
biri (bu tələbənin özü də mənəvi hala sahib imiş) deyir: 
Gecələrin birində ibadət və münacat üçün yuxudan oyandım. 
Dəstəmaz  alıb  ibadətə  hazırlaşırdım  ki,  birdən,  mədrəsənin 
tamam  qapı-pəncərələri,  daş-divarı,  yerdəki  xırda  daşlara 
qədər bütün mövcudat, qəlbi yanıqlı bir insanın naləsinə cavab 
olaraq    “Subbuhun,  Quddusun,  Rəbbul-məlaikəti  vər-Ruh” 
nəğməsini tərənnüm edirlər. dedim, Pərvərdigara! Bu nalənin, 
bu səsin əsil sahibi kimdir? Bu nə səsdir ki, mədrəsənin bütün 
mövcudatı  onunla  səs-səsə  verib?  Axtarmağa  başladım. 
Axundun  hücrəsinə  çatanda  gördüm  nurani  üzünü  yerə 
qoyub,  hönkürtü  ilə  ağlayaraq  bu  şərif  zikri  “Subbuhun, 
Quddusun, Rəbbul-məlaikəti vər-Ruh.” söylədikcə mədrəsinin 
daşı-divarı,  ağaclar  və  otlar  da  ona  qoşulub  bu  zikri 
söyləyirlər. Zikr deyənin, zikrin və zikr olunanın heybətindən 
fəryad çəkib qəşş elədim. Özümə gələndən sonra tez hücrəmə 
qayıtdım. 
Günorta vaxtı ustadın yanına gedib heyrət içində ərz etdim:  
Gecəki  əhvalat  nə  idi  k?  Məni  hədsiz  dərəcədə  vahiməyə 
saldı. 
Axund Kaşi mülayimliklə dedi: 
   Heyrət  doğuran  budur  ki,  necə  olub  bərzəx  göz-qulağın 
açılıb,  belə  bir  hadisəni  görmüsən!  De  görüm,  nə  etmişdin  ki, 
belə bir hadisəni müşahidə etmək sənə nəsib olub?
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin