−Алимләрин кәрамәтләри−


«Xalis incilər silsiləsindən»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə59/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   55   56   57   58   59   60   61   62   ...   131
alim-keramet

«Xalis incilər silsiləsindən» 
Peyğəmbər  (s)  buyurmuşdur:  “Əgər  Allahı  layiq  olduğu 
mərifətlə  tanısaydınız,  dəryalar  üstündə  gəzər,  duanızla  dağ 
yerindən oynardı.”
3
  
 
1
 Həmin mənbə, səh. 81 
2
 Həmin mənbə, səh. 71 
3
 “Mizanul hikmə”, c. 6, səh. 158, “Mərifət” babı. 


 
67 
«İmamət günəşilə birgə» 
Mirzə Cavad Məlikinin xüsusi şagirdlərindən biri deyir: 
Şahrudda  bir  gecə  yuxuda  gördüm  ki,  bir  səhrada  İmam 
Zamanın  (ə)  ətrafına  çoxlu  adam  toplaşıb.  Deyəsən,  camaat 
namazı  qılırdılar.  Yaxına  getdib  mübarək  camalını  ziyarət 
etmək,  şərəfli  əlindən öpmək  istədim.  Həzrətin  (ə)  kənarında, 
simasından  vüqar  və  əzəmət  sezilən  bir  şeyxin  durduğunu 
gördüm. 
Yuxudan qalxandan sonra həmin şeyxin fikri məni götürdü. 
Fikrimdə çox çək-çevir etdim ki, görəsən, o şeyx kim idi ki, bu 
qədər  İmam  Zamana  (ə)  yaxın  və  ona  bağlanıb?!  Nəhayət, 
şeyxi  tapmaq  üçün  yükümü  bağlayıb  Məşhədə  yollandım, 
amma  orada  mənə  rast  gəlmədi.  Tehrana  gəldim,  amma 
sorağını  ala  bilmədim.  Quma  səfər  etdim.  Axır,  “Feyziyyə” 
mədrəsəsində hücrələrin birində tapdım. 
O,  tələbələrə  dərs  verirdi.  Soruşdum  ki,  bu  şəxs  kimdir? 
Dedilər,  Mirzə  Cavad  Məliki  Təbrizidir.  Yaxınlaşıb  ədəblə 
görüşdüm.  Mənimlə  hal-əhval  tutub  buyurdu:  Nə  vaxt 
gəlmisən?  Deyəsən,  o  məsələdən  xəbərdar  idi  və  məni 
tanıyırdı.  Beləliklə  dərslərinə  qatılıb  ondan  ayrılmadım.  Onu 
yuxuda  necə  görmüşdümsə,  fikrimdə  necə  arzulamışdımsa, 
həyatda da o cür gördüm. 
1343-cü (h.) ilin zilhiccə ayının on birinci gecəsi səhərə yaxın 
birdən  yarı  yuxulu-yarı  ayıq  vəziyyətdə  gördüm  ki,  asimanın 
qapıları  açılaraq,  göyün  üzündən  pərdələr  götürüldü.  İlahi 
ərşin alt hissəsinə nəzər salanda gördüm ki, Mirzə Cavad ayaq 
üstə dayanıb, əlləri qunutda gözündən yaş damcıları süzülərək 
razü-niyaz edir, münacata məşğuldur. Onun Haqq Təalaya bu 
qədər yaxın olması məni heyrətə qərq etdi. Elə bu vaxt birdən 
qapı döyüldü. Tez qalxıb qapını açdım. Gördüm, dostlarımdan 
biri həyəcan içində dedi:  
Filankəs, tez gəl, gedək ustadın evinə. Dedim:  


 
68 
Nə xəbərdir? Dedi:  
Başın sağ olsun, bəs, ustad dünyadan köçdü!
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin