−Алимләрин кәрамәтләри−


«Feyzin kitabı daha yaxşıdır»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə60/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   56   57   58   59   60   61   62   63   ...   131
alim-keramet

«Feyzin kitabı daha yaxşıdır» 
Ayətullah  Musa  Şubeyri  Zəncani,  Axund  Molla  Əli 
Həmədanidən  nəql  edir  ki,  Mirzə  Cavada  məclislərin  birində 
buyurdu:  
Hər kəs məsum imamlardan (ə) birini yuxuda görmək istəsə, 
gərək  bir  gün  oruc  tutub  iftardan  sonra,  yatmadığı  vaxt  yüz 
dəfə  “Qul  huvəllah”,  ya  “İnnə  ənzəlnahu”  surəsini  və  ya  hər 
ikisini oxusun. (hansı surəni oxumaqdan tərəddüd bizdəndir). 
Mən  (Mirzə  Cavad)  bir  kitab  yazmışdım.  Çapdan  qabaq 
gördüm  ki,  həmin  mövzuda  Feyz  Kaşani  də  bir  kitab  yazıb. 
Tərəddüdd idim ki, Feyzin kitabı ola-ola, mənim kitabımın çap 
olması nə dərəcədə düzgündür. 
Tərəddüddən  qurtarmaq  üçün  bir  gün  oruc  tutub  yuxarıda 
göstərilən tövsiyəyə əməl etdim. Həzrət Sadiqə (ə) təvəssüldən 
sonra Həzrətdən (ə) yuxuda sualıma cavab istədim. Yuxuda o 
Həzrətdən  (ə)  soruşdum  ki,  mənim  kitabım  yaxşıdır,  yoxsa 
Feyzin? Həzrət (ə) dinməyib sükut etdi. Ərz etdim: Siz də sual 
verəni  cavab  verməkdən  məhrum  edirsinizmi?  Həzrət 
buyurdu:  
Feyzin  kitabı  daha  yaxşıdır.  Bundan  sonra  mən  daha  öz 
kitabımı çapa vermədim.
2
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin