73
Mirzə Sadiq Müctəhid Təbrizini (vəfatı 1351 q.) Təbrizdən
Tehrana sürgün edən ili mən kəşfiyyat idarəsinin sürücüsü
işləyirdim və onu aparan maşını da mən sürürdüm. Yol
üstündə çəmənlik və bulağı olan bir yerə yetişdik. Cənab
Təbrizi bu yerə çatanda dilləndi: Burada saxlayın günorta
namazımı qılım. Maşında oturan zabit mənə dedi:
Fikir vermə, yoluna davam et. Mən də etina etməyib maşını
saxlamadım. Bulağın başına çatanda birdən maşının mühərriki
söndü. Nə qədər çalışdım işə düşmədi. Yerə düşüb maşının
kapotunu qaldırıb orasına-burasına baxmağa başladım ki,
görüm harası xarab olub. Amma baş çıxara bilmədim.
Rəhmətlik Təbrizi dedi:
İndi ki, maşın dayanıb, icazə verin namazımı qılım. Zabit
dillənmədi. Ağa düşüb namaza başladı. Mən də maşının
mühərrikini qurdalayırdım. Ağa namazını qurtarıb ayağa
qalxanda, maşın da işə düşdü.
O vaxtdan başa düşdüm ki, elm əhlinin libasını geymiş
şəxslərin Allah yanında hörmət, izzəti var.
1
Dostları ilə paylaş: