76
Vay öldüm, kömək... Camaat, dadıma yetişin...
Camaat ona tərəf qaçır, görürlər ilan ayağını sancıb. Deyəsən
sürücü başa düşür ki, bu bəla şeyxə hörmətsizlik etdiyi üçün
onun başına gəlmişdir və bu bəla ilə də ölməlidir; çünki
burada nə həkim tapılacaqdı, nə də dərman. Ölümünü yəqin
edib dedi:
Şeyxə deyin qələt eləmişəm, məni halal etsin. Vəziyyəti gedib
şeyxə danışırlar, buyurur:
Eybi yox, mən onu halal etdim, gedin onu mənim yanıma
gətirin. Sürücünü şeyxin yanına gətirirlər. Ağrının şiddətindən
iki qat olmuş sürücü tez-tez üzürxahlıq edirdi. Şeyx əlini ilan
sancan yerin üstünə qoydu. O saat zəhər çölə axdı və ağrı
sakitləşdi.
Sanki sürücü yenidən dünyaya gəldi və o zamandan öz fasid
əqidəsindən tövbə edib şeyxin yaxın müridlərindən birinə
çevrildi.
1
Dostları ilə paylaş: