81
Xəstənizin şəfası üçün Noxudəki kəndinə gedin və İsanəfəsli
Həsənəli İsfəhanidən kömək diləyin. Dedi ki, mənim bu
çadramı da sal başına get ora.
Əlacsızlıqdan onun çadrasını başıma salıb soruşa-soruşa
gedib şeyx olan kəndə çıxdım. Gördüm şeyx qapının
qarşısında oturub və bir dəstə hacəti olanlar da ətrafında
əyləşiblər.
Mən də öz dinimi izhar etmədən dərdimi söylədim. Dedi:
Bu iki ənciri götür, həmin o qonşuluğundakı müsəlman
qadına ver. De ki, dəstəmazlı halda bunları qızlara yedizdirsin.
Dedim:
Yeməyə halları yoxdur. Dedi:
Suda qarışdırın həll olsun, qarışıq suyu içirin.
Şəhərə qayıtdım və əncirləri həmin müsəlman qadına
verdim. Dəstəmaz alıb əncirləri suda həll etdi və mənim xəstə
qızlarımın boğazına tökdü. Gözlənilmədən bir-neçə dəqiqədən
sonra gözlərini açdılar və şəfa tapdılar. Bəli belə bir insan
bizim aramızdan gedib.
1
Ruhul-Qüdsün feyzi əgər mədəd buyursa
Məsiha edəni hər bir kəs edərdi.
Dostları ilə paylaş: