−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə75/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   71   72   73   74   75   76   77   78   ...   131
alim-keramet

«Arifin duasının təsiri» 
Nəhavəndin  hörmətli  şəxslərindən  sayılan  Zəfəris-Sultan 
nəql edirdi: 
Şeyx Həsənəli İsfəhaninin yanına gedib ərz etdim:  
Gəlinimin  uşağı  olmur.  Dedi  niyə?  Dedim  yumurtalığını 
çıxarıblar, həkimlər deyir artıq hamilə ola bilməz. 
Şeyx buyurdu:  
Sən  oğlun  üçün  övlad  istəyirsən,  daha  nə  işin  var  gəlininin 
yumurtalığı  var,  ya  yox.  Sonra  dua  yazıb  bir  neçə  dənə  də 
xurma  verdi.  Allah  Öz  lütfü  ilə  onlara  bir-neçə  övlad  nəsib 
elədi.
1
  
«Bir neçə gün sonra» 
Şəhər merinin yüksək rütbəli işçilərindən biri deyirdi: 
Müəyyən  səbəblərə  görə  məni  işdən  çıxardılar.  Şeyx 
Həsənəlinin 
yanına 
gedib 
dərdimi 
söylədim. 
Dedi: 
Namazlarını vaxtında qıl, qırx gün sonra işlərin düzələcək. 
Bir  ay  keçdi  xəbər  çıxmadı.  Təzədən  şeyxin  yanına  getdim. 
Buyurdu: 
 Dedim ki, qırx gün! 
Nə  qədər  fikirləşsəm  də  ümid  yeri  görmədim.  Qırxıncı  gün 
küçənin  kənarında  çayxanaların  birində  oturmuşdum. 
Məşhədin  keçmiş  meri  Məhəmmədəli  Rövşən  faytonla  həmin 
küçədən  keçirdi.  Yanımdan  keçəndə  ayağa  qalxıb  salam 
verdim.  Faytonu  saxlatdırıb  soruşdu:  Burda  niyə  oturmusan? 
Məgər işin-gücün yoxdur? Əhvalatı danışdım. 
Dedi:  
Gəl  mənimlə...  Onunla  bərabər  faytona  oturub  icra 
hakimiyyətinə getdik. O saat əmr etdi, mənə qarşı olan ittihamı 
geri  götürdülər.  Təzədən  məni  iş  başına  qaytardı.  Qırxıncı 
 
1
 Həmin mənbə, səh. 97 


 
84 
günün  düz  günorta  çağı  −  şeyxin  dediyi  vaxt  −  məni  yenidən 
işə bərpa etdilər.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin