−Алимләрин кәрамәтләри−


«Xalis incilər silsiləsindən»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə85/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   81   82   83   84   85   86   87   88   ...   131
alim-keramet

«Xalis incilər silsiləsindən» 
Ariflərin  imamı  Əli  (əs)  buyurur:  “Elm  çaya,  hikmət  isə 
dəryaya  bənzər.  Alimlər  çayın  ətrafında  hərlənərlər,  hükəma 
dəryanın  ortasında  qəvvaslıq  edərlər.  Amma  ariflər  nicat 
gəmilərində seyrə çıxarlar. 
«Ora sənin yerin deyil» 
Məhəmmədtəqi Bafqinin qardaşı Qaimi Bafqi hekayət edir: 
Qardaşım 
Məhəmmədtəqi 
dəfələrlə 
İmam 
Zamanla 
görüşmüşdür...  Bir  gün  Nəcəfdən  səkkizinci  məsum  imam 
Həzrət  İmam  Rizanı  (ə)  ziyarət  etmək  üçün  Məşhəd  səfərinə 
çıxır.  İraq  sərhəddini  keçib  İranın  qərb  sərhədlərinə  daxil 
olanda  görür  şiddətli  qar  yağır.  İlam  əyalətinin  dağlarını, 
dərələrini qar ağ yorğana bürüyüb və hava bərk soyuqdur. 


 
98 
Yol üstündə bir çayxanaya yetişir. Öz-özümə deyir: Havanın 
bu  soyuğunda,  bu  saatda  dağı  aşıb  keçmək  çətin  olacaq, 
yaxşısı budur bu gecəni burada keçirim, səhər açılanda Allahın 
köməkliyi ilə dağı keçərəm. 
Bu niyyətlə çayxanaya gedir. Görür çayxanada bir dəstə yerli 
kürdlər  qumar  oynayır,  yaramaz  işlərlə  məşğuldurlar.  Fikrə 
dalır  ki,  gecəni  burada  necə  keçirəcək.  Əgər  onlara  nəsihət 
etməyə başlasa, qara qəlblərinə təsir etməyəcək, əgər sussa, bir 
şey  deməsə,  oturub  günaha  tamaşa  etsə,  bu  da  ona  çox  çətin 
olacaq. 
Bu əndişədə çək-çevir edirkən ucadan bir səs eşidir:  
Məhəmmədtəqi, gəl.  
Səsin  ardınca  çölə  çıxır,  görür  çayxananın  kənarında, 
yaxınlıqda  yamyaşıl  yarpaqları  göz  oxşuyan,  təravətli  bir 
ağacın altında çöhrəsindən nur yağan, hörmətli izzətli bir şəxs 
əyləşib. Salam verir. Həmin şəxs ehtiram, məhəbbətlə salamın 
cavabını verib deyir:  
Ora sənin yerin deyil, gəl mənim yanıma! 
Məhəmmədtəqi  həmin  ağacın  altında,  o  şəxsin  yanında 
əyləşir,  görür  nəsə  burada  başqa  bir  aləm  var.  Havanın  belə 
soyuğunda  ağacın  altında  ürəkaçan  bahar  havası  hiss  edir. 
Gecəni  o  şəxsin  yanında  qalır  və  onun  mərifət  xəzinəsindən, 
elm bağçasından bəhrələr götürür. 
Səhər, sübh namazından sonra o şəxs buyurur:  
Şeyx  Məhəmmədtəqi!  İndiki  hava  işıqlandı,  yolumuza 
düzəlsək yaxşıdır. 
Yola düzəlib getməyə başlayırlar. Bir az yol getdikdən sonra 
Ayətullah  Bafqi  anlayır  ki,  böyük  bir  iftixara  nail  olmuş  və 
misilsiz  bir  feyzə  çatmışdır.  Həmin  şəxs  bu  anda  təbəssüm 
edib deyir:  
Bilirəm  ki,  artıq  məni  tanıdın,  indi  ayrılmaq  vaxtıdır. 
Sağollaşır ki getsin, Bafqi narahat olur, iltimas edib deyir:  
Ey mənim mövlam, icazə verin sizin yanınızca gəlim. 


 
99 
Həzrət deyir:  
Yox! Siz mənimlə gələ bilməzsiniz. 
Bafqi soruşur:  
Bəs bir də sizi nə vaxt görə biləcəm? 
Həzrət cavab verir:  
Həmin səfərinizdə iki dəfə yenə sizinlə görüşəcəm − Bir dəfə 
Qumda, və bir dəfə də Səbzivarda. 
Bunu deyib nəzərindən qeyb olur. 
Ayətullah Bafqi görüş şövqü ilə Quma kimi qərar tuta bilmir. 
Quma daxil olandan sonra üç gün ziyarət və görüş üçün orada 
qalmalı  olur.  Amma  nədənsə  gözlədiyi  kimi  olmur.  Qəmli, 
fikirli  halda  Xorasana  tərəf  hərəkət  edir.  Bir  ay  yol  gedəndən 
sonra Səbzivar torpağına qədəm basır. Yol gedə-gedə fikirləşir: 
Pərvərdigara! Axı necə oldu ki, nə Qumda həzrəti görə bildim, 
nə də burada? Niyə o həzrətin vədəsi düz çıxmadı? 
Bu xəyalda ikən birdən qulağına at nalının səsi gəlir. Dönüb 
baxır,  görür  ki,  həzrət  vüqarlı  halda  atın  üstündə  onun 
kənarında durubdur. Salam verir. Söhbət əsnasında deyir:  
Ey ağam! Siz mənə vədə vermişdiniz ki Qumda sizi bir daha 
görəcəyəm, amma deyəsən bu səadət mənə nəsib olmadı, niyə? 
Həzrət buyurur:  
Yox,  elə  deyil.  Mən  gəlmişdim,  siz  həzrət  Məsumənin 
hərəmindən  çölə  çıxmışdınız.  Bir  nəfər  Tehranlı  qadın  sizdən 
bir məsələ haqqında soruşurdu, siz də başınızı aşağı salıb onun 
sualına  cavab  verirdiniz.  O  vaxt  mən  sizin  kənarınızda 
durmuşdum, siz diqqət etmədiniz.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin