118
Gülpayqani deyir: Oturub çubuğu çıxardıb alışdırdım ki, bir
az istirahət edim, elə bu dəmdə gördüm bir dəstə pis gündə
ruh mənə tərəf gəlir. Üst-başları cır-cındır içində idi. Yalvarıb
məndən xahiş edirdilər ki, ağa gəl bizim fəryadımıza yetiş və
bizə şəfaətçi ol!
Bu ruhlar mən aralarında oturduğum qəbirlərin yiyələri idi
və hamısı da ərəbin böyükləri və şeyxləri olub dünyada var-
dövlətləri ilə ad çıxarmış, sağlıqlarında təkəbbür və vəzifə
sahibləri olmuşdular. Öz xahişlərində israr edir, yaxamdan əl
çəkmək istəmirdilər.
Mənim keyfim bərk pozuldu, hamısını qovub dedim: Ey
insafsızlar! Siz vaxtilə dünyada yaşayırdınız, xalqın malını
çalıb-çapırdınız, cinayət edirdiniz, yetimin-yesirin, zəifin
haqqını əlindən alırdınız və biz nə qədər sizə desək də qulaq
asmırdınız. İndi gəlmisiniz ki, bizə şəafət elə; itilin gözümdən,
rədd olun gedin. Hamısını qovdum dağılışıb getdilər.
1
Dostları ilə paylaş: