İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə12/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   8   9   10   11   12   13   14   15   ...   67
Abu-baran- 1

Beşinci fəsil  
Unudulmaz gecə 
Ertəsi  gün  səhər  çağı  bəzi  uşaqlar  Əbu 
Hamidlə  əlaqə  saxlayıb  uşaqların  şəhadəti 
barədə  məlumat  verə  bilmişdilər.  Əbu  Hamid 
demişdi  ki,  daha  orada  qalmayın,  hamınız  geri 
qayıdın. 
Uşaqlar 
qərarlarını 
livanlı 
komandirimiz  Əbu  Zeynəbə  söylədilər.  O  dedi: 
“Bilirəm 
ki, 
matəmdəsiniz, 
özünüzü 
toparlamağa  ehtiyacınız  var,  amma  hazırda 
istehkamın  arxasına  yerləşdirməyə  heç  kimimiz 
yoxdur”. 


 
61 
Uşaqlar  qərarlarından  geri  çəkilməyib  dedilər 
ki, biz Əbu Hamidin yanına getmək, Fatimiyyun 
komandirinin  əmri  altında  vuruşmaq  istəyirik. 
Əbu  Zeynəb  bir-iki  saatdan  sonra  gəlib  dedi: 
“Qərargahla  danışdım.  Ordudan  bizə  köməkçi 
göndərəcəklər. Siz qayıda bilərsiz”. 
Mən  hələ  də  uşaqların  Əbu  Hamidlə 
danışmalarına,  ondan  tapşırıq  almalarına  razı 
deyildim.  Ancaq  o  vəziyyətdə  qrupumuzun 
qərarının  əksinə  çıxa  bilməzdim.  Əməliyyatda 
rabitəçim olan İsa Mətuqun yanına gedib dedim 
ki,  mən  burada  qalıram.  O,  Əbu  Zeynəblə 
danışdı.  Əbu  Zeynəb  razılaşmayıb  dedi  ki,  ya 
hamı gedəcək, ya da hamı qalacaq. 
Sonra özüm Əbu Zeynəbin yanına getdim. Bir 
saat  yarım  hara  gedirdisə,  dalınca  düşüb  israrla 
qalmama  icazə  verməsini  istəyirdim.  Axırda 
razılaşdı. 
Bu  məsələni  uşaqlara  necə  demək  də  bir 
problem  idi. Onlar  maşınlara  minəndə  dərindən 
nəfəs alıb dedim: “Mən gəlmirəm”. 
Hamısı  təəccüblə  mənə  baxdı,  amma  yalnız 
altı nəfəri yaxınlaşıb hirslə ürəyini boşaltdı: 
–  Sən  nə  üçün  Əbu  Hamidin  əmrinə  tabe 
olmursan? 


 
62 
– Özünü göstərmək istəyirsən? 
–  Sən  əvvəldən  Fatimiyyun  uşaqları  arasında 
təfriqə 
salmaq 
istəyirdin. 
Dəməşq 
hava 
limanında  da  belə  etdin,  indi  də  ikitirəlik 
salırsan. 
Heç  birinə  cavab  vermədim,  kövrəlmədən 
onlardan  uzaqlaşdım.  Qəlbim  çox  sınmışdı.  Öz 
halımı anlaya bilmirdim. İstehkamın başına çıxıb 
o tərəfinə endim, düşmənlə üz-üzə oturdum. Nə 
baş  verəcəyi  mühüm  deyildi.  Orada  ağlamağa 
başladım. 
Bir  neçə  dəqiqədən  sonra  İsa  ilə  Əbu  Zeynəb 
məni  tapıb  istehkamın  bu  tərəfinə  keçirdilər. 
Soruşdular  ki,  nə  üçün  ağlayırsan?  Ərəbcə 
birtəhər  başa  saldım  ki,  uşaqlar  mənə  çox  söz 
dedilər,  ancaq  mən  qalmağa  gəlmişəm,  mən 
kufəli  deyiləm  və  s.  Onlar  məni  sakitləşdirməyə 
çalışaraq  zarafata  dedilər:  “Artıq  bir  biz 
qalmışıq, bir  də  bu  torpaq  istehkam.  Nə  istəsək, 
edə  bilərik.  Keşik  çəkmək  də  lazım  deyil.  Qoy 
gəlib hər üçümüzün başını kəssinlər”. 
Deyib-güldüyümüz yerdə birdən istehkamın o 
tərəfindən  bir  nəfər  özünü  bu  yana  atdı.  Dərhal 
tanıdıq; Seyid Qulamsəxi Hüseyni idi. Yaxınlaşıb 
onu qucaqladım.  


 
63 
– Sən hardaydın? Niyə uşaqlarla qayıtmadın? 
Gülə-gülə dedi: 
– 
İstehkamın 
arxasında 
gizlənmişdim. 
Fikirləşdim  ki,  uşaqlar  bilsələr,  məni  zorla 
apararlar. 
Qulamsəxi  peyda  olandan  sonra  həmin  gecə 
sevincimiz birə min artdı. Hər şeydən danışırdıq. 
İsa  Mətuq  deyirdi:  “Biz  əl-Zəhrada  böyük  bir 
qəbiləyik.  Bizim  babalarımızdan  biri  qul  olub. 
Həzrət  Əli  (ə)  onu  alıb  azad  edib.  Beləliklə,  bizi 
Mətuq,  yəni  azad  edilmiş  çağırıblar.  Bizim 
qəbiləmiz o vaxtdan özünü Əli (ə) nökəri bilir”. 
Söhbətimiz  qızışırdı.  Ətrafda  bir  neçə  zeytun 
ağacı  vardı.  Yarpaqlarını  qoparıb  döşək  kimi 
altımıza sərdik. Əbu Zeynəb dedi: “Siz yatın, İsa 
ilə  mən  qarovul  çəkəcəyik”.  Dedim  ki,  yox,  bu 
gecə o qədər sevinirik ki, yatmaq heyfdir. 
Hündür  bir  torpaq  istehkamla  baş-başa 
qaldıq.  Üç  pulemyotumuz  vardı,  istehkamın  üç 
tərəfinə  qoymuşduq.  Arabir  atəş  açırdıq  ki, 
düşmən  istehkamın  adamla  dolu  olduğunu 
düşünsün. 
Bir  neçə  gündən  sonra  Suriya  ordusundan 
köməkçi  qüvvələr  gəlib  istehkamı  təhvil  aldılar 


 
64 
və  mən  dostlarımı  görmək  üçün  düşərgəyə 
qayıtdım. 
Düşündüyümün  əksinə  olaraq,  mənimlə  çox 
yaxşı  rəftar  etdilər.  Döyüş  yerinə  qayıtmaq 
istəyəndə uşaqların bir neçəsi maşına mindi. Biri 
də maşının önündə dayanıb deyirdi ki, gərək ya 
məni  də  aparasan,  ya  da  cənazəmin  üstündən 
keçəsən.  Əbu  Zeynəb  tapşırmışdı  ki,  özünlə  heç 
kimi gətirmə. Ancaq maşına zorla minmiş on iki 
nəfər  razılaşmadı.  Çarəm  yox  idi.  Hamımız 
razılıqla döyüş yerinə yola düşdük. 


 
65 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin