İŞİD-lə üz-üzə


partlayırdı.  Hər  kəs  olduğu  yerdə  uzanıb özünə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə15/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   11   12   13   14   15   16   17   18   ...   67
Abu-baran- 1


partlayırdı.  Hər  kəs  olduğu  yerdə  uzanıb özünə 
bir çala qazdı. Mən də özümə kiçik bir sığınacaq 
düzəltdim. Mərmilər havada fırlana-fırlana gəlib 
yerə  düşürdü.  Bəzisi  partlamırdı.  Nübl  və  əl-
Zəhra 
uşaqları 
deyirdilər 
ki, 
silahlıların 
minaatanı 
olmadığına 
görə 
mərmiləri 
mancanaqla  atırlar,  buna  görə  fırlana-fırlana 
gəlir. 
Partlayışlar o qədər sürətli və ardıcıl idi ki, heç 
kəs  başını  bir  an  da  sığınacaqdan  qaldıra 
bilmirdi. Məndən 3 metr aralıya bir su butulkası 
düşmüşdü. Çox susuz idim, amma hər dəfə onu 
götürməyə  qalxanda  bir  mərmi  fiti  gəlirdi.  Bu 
vəziyyət  günortadan  sonraya  qədər  davam  etdi 
və suriyalı uşaqlardan bir neçəsi yaralandı. 
Bu  müddətdə  uşaqlar  hələ  də  şəhidlərimizin 
cəsədlərini  qaytarmaq  barədə  düşünürdülər. 
Fikirləşirdilər  ki,  bir  kanal  qazıb  o  evə  gedək. 
Ancaq  mən  planlarına  etiraz  edib  deyirdim: 
“Nübl  və  əl-Zəhra  uşaqlarının  təpənin  başında 
mühasirədə qaldığı bir şəraitdə cəsədlərdən ötrü 
bu  qədər  fikir  çəkmək  düzgün  deyil.  Bir  qədər 


 
68 
səbir edin, şəhidlər üçün 10 günün 15 günlə fərqi 
yoxdur”. 
Suriya  ordusu  təpəni  dövrə  vurmağı  bacardı 
və əl-Nüsrə cəbhəsi geri çəkilməyə məcbur oldu. 
Bizə  dedilər  ki,  əməliyyata  hazırlaşaq.  Təpənin 
yamacındakı  kəndə  hücum  edəcəkdik.  Halbuki 
silahlıların  hələ  kənddə  qalıb  müqavimət 
göstərmə ehtimalı vardı. 
Əbu  Zeynəb  iki  gün  idi  Livana  məzuniyyətə 
getmişdi.  Bizim  uşaqlarımızın  şəhid  olmasında 
özünü  günahkar  hesab  etdiyinə  görə  əməliyyat 
günü qayıtdı. 
Əməliyyat  başlayanda  kəndə  doğru  yola 
düşdük.  Yolda  boş  düşmən  səngərləri  ilə 
rastlaşırdıq.  Kənddə  də  sakitlik  idi,  deyəsən, 
təzəlikcə  boşaldıb  qaçmışdılar.  İşin  qaydası  belə 
idi  ki,  bomba  və  pusqu  ehtimalına  görə  hər  evi 
beş  döyüşçü  və  bir  minaçı  təmizləməli, 
zərərsizləşdirməli  idi.  Ancaq  canlı  qüvvə 
azlığına görə orada  uşaqların hər biri bir küçəni 
təmizləməyə başladı. Ağır və həyəcanlı iş idi. 
Kənd  qorxunc  sükuta  qərq  olmuşdu.  İlk  dəfə 
idi  elə  varlı  kənd  görürdüm.  Evlərin  çoxu 
üçmərtəbəli  idi,  damlarında  böyük  hovuzlar 
vardı.  Evlərin  içindəki  vəziyyətdən  bəlli  idi  ki, 


 
69 
ev  sahibləri  təzəlikcə  qaçıblar.  Qapıları  təpiklə 
açıb  otaqlara  girir,  bütün  şkaf,  siyirmə  və 
sandıqları  açıb  baxırdıq.  Təhlükə  ehtimalı  olan 
bir  yerə  girmək  istəyəndə  əvvəlcə  əl  qumbarası 
atırdıq.  Xoşbəxtlikdən,  heç  bir  hadisə  baş 
vermədi,  kustar  bombalarla  dolu  bir  evdən 
başqa  bir  şeylə  rastlaşmadıq.  Yəqin  ki,  bizim 
uşaqlarımızı  tək  evdə  həmin  bombalarla 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin