Partlayış dalğasına görə hətta kimlik nişanları da
sıradan çıxmışdı. Onları əşyalarından tanımağa
çalışdıq. Cəsədlərin birinin yanına bir kalaşnikov
avtomatı düşmüşdü. Bildik ki, o, Nasirdir. Silah
verilən gündən aldığı rus kalaşnikovu ilə
öyünürdü. Qrupumuzun rövzəxanı olan Yasir
Cəfərini
çəkmələrindən
tanıdıq.
Ayağını
vurduğuna görə bir hissəsini qayçı ilə kəsmişdi.
Bir nəfəri də siqaret qutusundan tanıdım.
Şəhidləri İrana apardılar. İlk şəhidlərdən
olduqlarına görə razılaşdırmalarda problemlər
yaranırdı.
Şəhidlərin
birinin
cəsədini
qrupumuzun sağ uşaqlarından Seyid Mehdi ilə
71
səhv salmış, Qumda ona yas saxlamışdılar. Bir
müddətdən sonra Seyid Mehdi evlərinə zəng
vuranda onların sərt reaksiyası ilə üzləşdi.
Onlara deyirdi ki, Seyid Mehdiyəm, sağam,
şəhid olmamışam... Ancaq yaxınları deyirdilər
ki, şəhid ailəsi ilə belə zarafat edərlər?! Axırda
telefonda
həyat
yoldaşına
bəzi
xatirələri
söyləyəndən sonra inanmışdılar. Məzarı açandan
sonra məlum olmuşdu ki, cəsəd özünü
əfqanıstanlı kimi göstərib Suriyaya getmiş iranlı
Əhməd Dustiyə məxsusdur.
|