İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə18/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   14   15   16   17   18   19   20   21   ...   67
Abu-baran- 1

Yeddinci fəsil  
Yol polisinin binası 
Yusif  peyğəmbər  adlı  təpəni  ələ  keçirməkdən 
ötrü  Hələbin  Şeyx  Nəccar  bölgəsinə  yollandıq. 
Təpədən 
öndə 
böyük 
bir 
bina 
vardı, 
Fatimiyyundan  on  nəfərlə  birgə  orada  keşik 
çəkirdik.  Binada  iki  livanlı  və  iki  suriyalı  da 
vardı.  Canlı  qüvvənin  azlığına  görə  Suriya 
polisindən  iyirmi  nəfər  də  binadan  bir  qədər 
aralıda 
hazırlıqlı 
vəziyyətdə 
dayanmışdı. 
Müharibədən  qabaq  bu  altımərtəbəli  binada 
sürücülük  vəsiqəsi  verilir,  maşınlar  texniki 
baxışdan  keçirilirdi.  Otaqlar  şkaf,  qovluq  və 


 
73 
sənədlə  dolu  idi.  Birinci  mərtəbənin  pəncərələri 
o  qədər  böyük  idi  ki,  tank  oradan  binanın  içinə 
girə bilirdi.
 
500  metr  irəlidə  Yusif  peyğəmbər  təpəsi 
yerləşirdi.  Təpənin  başına  qədər  bir-birinin 
üstündə 
tikilmiş 
kənd 
evləri 
uzaqdan 
görünürdü. 
Uşaqlar 
kənddə 
döyüşə 
başlamışdılar,  atışma  səsi  bir  neçə  saata  qədər 
kəsilmədi. 
Bu  ezamiyyətdə  də  Qulamsəxi  ilə  birlikdə 
idim. Fatimiyyundan olan biz 11 nəfərin vəzifəsi 
binanı  qorumaq  idi.  Bu  isə  asan  deyildi.  Çünki 
nə 
pulemyotumuz 
vardı, 
nə 
də 
qumbaraatanımız. Ən çətini bu idi ki, ratsiyamız 
da yox idi, bir-birimizlə əlaqə saxlaya bilmirdik. 
Yuxarı  mərtəbələrdə  olanda  düşünürdüm:  Əgər 
indi düşmən gəlib birinci mərtəbədəki iki nəfərin 
başını  kəssə,  xəbərim  olmayacaq.  Buna  görə  də, 
altı  mərtəbəni  tez-tez  çıxıb-düşür,  uşaqlara  baş 
çəkirdim. Aramızda təkcə livanlıda ratsiya vardı, 
əməliyyat  komandiri  ilə  və  qərargahla  əlaqə 
saxlayırdı. 
Sonrakı günlərdə Yusif peyğəmbər təpəsi tam 
ələ keçirildi və bizim mövqeyimiz bərkidi. Buna 
baxmayaraq,  hər  an  qulağım  zəngdə  idi. 


 
74 
Düşmən  hücuma  keçsəydi,  birinci  bu  binanı 
tutacaqdı.  Çünki  bir  yerə  hücum  edəndə  lazım 
olan  ilk  şey  möhkəm  sığınacaqdır.  Bu  bina  da  o 
qədər böyük və möhkəm idi ki, düşmən ona ağır 
silahlarla atəş açırdı. 
Bütün bunlarla bərabər, vəziyyət o qədər sakit 
idi  ki,  bəzən  binadan  bayırda  şəhər  polisləri  ilə 
oturub 
çay 
içir, 
söhbətləşirdik. 
Onlar 
müharibəyə 
cəlb 
olunmalarından 
şikayətlənirdilər.  Hərçənd,  bunun  səbəbini 
bilirdilər:  canlı  qüvvə  o  qədər  az  idi  ki,  əli  silah 
tutan hər kəsi döyüşə gətirirdilər. 
Yol  polisinin  binasında  bəzi  səbəblərdən  hələ 
də  çətinlik  çəkirdik.  Uşaqlar  günorta  yeməyinin 
axşamüstü  saat  6-da  verilməsinə  alışınca  çox 
əziyyət  çəkdilər.  Günortaya  qaynanmış  buğda, 
arpa  və  ya  makaron  verirdilər,  axşam  yeməyinə 
də  balıq  konservi  və  ya  kolbasa.  Çoxunun  balıq 
konservini  yeməyə  ürəyi  gəlmirdi;  ağzını  açan 
kimi  gözlərini  adamın  gözünə  dikmiş  bütöv  bir 
balıq görürdülər. 
Xəfif qar yağıb hər yeri ağartmışdı. Binanın içi 
çölündən  soyuq  idi.  Nə  istilik  sistemi  vardı,  nə 
də  qış  geyimləri.  Qərara  gəldik  ki,  ətrafdakı 
evlərdən  özümüzə  bir  şey  tapaq.  Livanlı 


 
75 
komandirimizlə  danışdıq.  Dedi  ki,  eybi  yoxdur, 
amma  gedəndə  götürdüyünüz  hər  şeyi  yerinə 
qoyarsınız. 
Yol  polisi  binasının  ətrafı  ticarət  zonası  idi, 
çoxlu  xalça  və  parça  anbarları  vardı.  Bəzi  tərk 
edilmiş  evlərdən  bir  odun  və  bir  dizel  sobası 
gətirdik.  Növbəti  problem  onların  yanacağını 
tapmaq  idi.  Nə  odunumuz  vardı,  nə  də 
dizelimiz.  Məcbur  qalıb  binanın  arxivindəki 
qovluqların  canına  düşdük,  nə  qədər  kağız 
vardısa, iki həftəyə qədər yandırıb qızışdıq. 
Sonra  iyirmilitrlik  kanistrlərlə  dizel  tapmaq 
üçün  ətrafı  gəzməyə  başladıq.  Təkcə  bir  ev 
qalmışdı.  Ora  getmək  üçün  düşmənin  gözü 
önündəki təxminən 200 metrlik ərazidən keçmək 
lazım  idi.  “Bir,  iki,  üç!”  sayırdım  və  iki-üç 
nəfərimiz  qaçırdı.  Biz  qaçanda  düşmən  də  atəş 
açmağa  başlayırdı,  amma  bütün  güllələr  yan 
keçirdi.  Snayperlə  atəş  açırdılar,  amma  nişançı 
nabələd  idi,  silahını  nizamlasaydı,  bizi  ikinci 
güllədə endirə bilərdi. 
Ümidimiz üzülmədi. Evdə iki dizel çəni vardı. 
Kanistrlərimizi  doldurduq.  Bu  dəfə  güllələrin 
altından  əlidolu  və  ağır  halda  keçib  özümüzü 
binaya  yetirdik.  Dizel  götürəndə  heç  kimin 


 
76 
diqqətini  çəkməməyə  çalışsaq  da,  Suriya 
ordusunun  uşaqları  xəbər  tutdular  və  tez  bir 
zamanda  iki  çən  yanacağın  fatihəsini  verdilər. 
Xoşbəxtlikdən,  bu  dəfə  bir  odun  anbarı  tapdıq, 
axırda  da  yaxınlığımızdakı  artilleriya  sursatının 
qutularını sındırıb sobaya atdıq. 
Bir müddətdən sonra döyüşçülərə yun poliver 
gəldi.  Bu  isti  geyim  də  bəzi  suriyalıların 
inciməsinə  səbəb  oldu.  Paltarları  əvvəlcə  iranlı 
və  livanlılara  verdilər,  sonra  əfqanlılara,  axırda 
da  suriyalılara.  Mən  də  incidim,  amma  bilirdim 
ki,  hamı  belə  deyil  və  bu  ayrıseçkilik  xüsusi 
qərəzçilikdən irəli gəlmir. Ancaq hər halda, bu iş 
öz  təsirini  buraxdı;  Vətən  müdafiəsi  təşkilatının 
uşaqları  narazılıqla  deyirdilər  ki,  görürsən,  bizi 
axıra saxlayırlar. 
Binadakı  livanlı  minaçı  idi.  Onu  “Safi” 
çağırırdıq.  Axşamlar  mina  basdırmaq  üçün  ön 
xətdən 400 metr irəli gedir, gündüzlər düşmənin 
bizim 
ətrafımızda 
basdırdığı 
minaları 
zərərsizləşdirirdi.  Bəzən  mən  də  kömək  etmək 
üçün onunla gedirdim. 
Düşməndən  qənimət  götürülən  bəzi  silah  və 
sursatlar  əl  üsulu  ilə  hazırlandığına  görə 
onlardan  istifadə  etmək  çox  təhlükəli  idi.  Misal 


 
77 
üçün,  onlar  mancanaqla  mərmi  atırdılar,  yalnız 
başı  yerə  dəyəndə  partlayırdı.  Bundan  ötrü 
mərminin  başına  içində  dəmir  parçası  olan  bir 
stəkan  qoyurdular.  Beləliklə,  mərminin  hansı 
tərəfi  yerə  dəysəydi,  stəkan  sınırdı  və  içindəki 
dəmir  parçası  partladıcıya  dəyib  mərmini 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin