İŞİD-lə üz-üzə


partladırdı.  Yol  polisi  binasında  olanda  Safi  bu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə19/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   15   16   17   18   19   20   21   22   ...   67
Abu-baran- 1


partladırdı.  Yol  polisi  binasında  olanda  Safi  bu 
mərmi və bombaları zərərsizləşdirməyin yolunu 
bizə öyrətdi. 
Bir  gün  mina  sursatlarını  təhvil  almaq  üçün 
Safi  ilə  birlikdə  Hələbin  hava  limanına  getdim. 
İşinin  uzandığını  görəndə  beynimə  bir  fikir 
gəldi.  Hava  limanından  çıxıb  birbaş  Həzrət 
Rüqəyyə 
qərargahına 
getdim. 
Qərargah 
komandirinin  yaxşı  cəhətlərindən  biri  bu  idi  ki, 
onu  asanlıqla  görmək  olurdu.  Ofisinin  rəhbəri 
dedi  ki,  hacının  iclası  var,  gərək  bir  qədər 
gözləyəsən. 
Gözlədiyim  müddətdə  deyəcəyim  sözləri 
yadıma  saldım.  Nübl,  əl-Zəhra  və  Hizbullah 
uşaqlarında  yataq  kisəsi  və  balon  gödəkcələr 
vardı,  biz  on  bir  nəfərdə  isə  yox  idi.  Kənd 
evlərindən  gətirdiyimiz  adyallar  da  güclü 
soyuğa davam gətirmirdi. 


 
78 
Hacı  otaqdan  çıxdı.  Uşaqlardan  eşitdiyim 
kimi,  döyüş  mövqelərinə  tez-tez  baş  çəkdiyinə 
görə  üst-başı  toz-torpaqlı  idi.  Salamlaşıb  hal-
əhval  tutduq.  Məni  görüb  təəccübləndi;  çünki 
orada  vuruşan  70  Fatimiyyun  döyüşçüsü 
razılaşdırmadan  bölgədə  get-gəl  edə  bilməzdi. 
Vəziyyətimizi izah edib dedim: 
-  Biz  ön  xətdəyik,  amma  yetərincə  patron 
vermirlər.  Balon  gödəkcəmiz  və  yataq  kisəmiz 
də yoxdur. 
-  Axı  siz  ön  xətdə  deyilsiz!  –  dedi  və  dərhal 
əlavə  etdi:  -  Aha!  Siz  yol  polisi  binasına 
yerləşmiş on bir nəfərdən birisiz. 
Tez  əşya  xidməti  rəisini  çağırıb  dedi  ki,  məni 
anbara aparsın və istədiyimi versin. 
Silah 
anbarının 
qarşısında 
ağzım 
açıq 
qalmışdı.  Böyük  bir  anbarın  dörddə  biri  daraq 
qutuları  ilə  dolu  idi,  halbuki  biz  60  gün  idi 
binada yalnız iki daraqla qalmışdıq. 
Binaya  əlidolu  qayıtdım.  Uşaqlar  məni 
dövrəyə  aldılar.  Qulamsəxi  də  yaxınlaşıb  yataq 
kisəsini,  balon  gödəkcəsini  və  patron  darağını 
təhvil  aldı.  Ancaq  axşam  yatmaq  istəyəndə 
gördüm  ki,  adyalın  altında  yatıb.  Təəccüblə 
silkələyib soruşdum: “Bəs yataq kisən hanı?” 


 
79 
Başını adyalın altından çıxarıb məsum baxışla 
dedi: “Bir polis üşüyürdü, verdim ona”. 
Adyalı  başına  çəkib  dedim:  “İndi  adyalın 
altında titrə ki, adam olasan!” 
Ertəsi gün səhər çağı qarovul vaxtı gördüm ki, 
balonu  da  yoxdur.  Bildim  ki,  gödəkcəsini  də  bir 
suriyalı  polisə  verib.  Bu  dəfə  ona  bir  söz 
demədim,  bildim  ki,  əxlaqı  hamıdan  fərqlənir. 
Yalnız  bir  gecə  onunla  qalmış  suriyalılar 
dəfələrlə  mənə  yaxınlaşıb  demişdilər:  “Necə  də 
mərifətli 
dostun 
var! 
Həqiqətən, 
Allah 
övliyalarındandır!” 
Təxminən  80  gün  idi  bu  binada  idik,  amma 
sanki  bir  il  ötürdü.  Evdən,  ailə  üzvlərimizdən 
ötrü  darıxırdıq.  Bəzi  axşamlar  bir  yerdə  oturub 
analarımızın bişirdiyi isti və dadlı xörəkləri yada 
salırdıq.  Həmin  gecələrin  birində  dedilər: 
“Fatimiyyun  komandiri  Əbu  Hamid  gəlib, 
bayırda sizi gözləyir”. 
O  vaxta  qədər  Əbu  Hamidi  görməmişdik.  Bir 
qədər  qorxdum,  ehtimal  verdim  ki,  məni 
görəndə  digər  uşaqlardan  ayrıldığıma  görə 
danlayacaq. Ayağa qalxıb mobil telefonlarımızın 
fənəri  ilə  mərmi  atəşlərindən  uçub-dağılmış 
pillələrə  işıq  saldıq.  Aşağı  enəndə  Əbu  Hamidi 


 
80 
qarşımızda  gördük.  Onu  eynəkli  təsəvvür 
etmirdim.  Çöhrəsi  qətiyyətli  idi,  xüsusi  heybəti 
vardı.  Bir  əli  sarıqla  bağlanıb  boynundan 
asılmışdı. 
Sonralar 
bildim 
ki, 
Dəməşqdə 
yaralanıb, bizi görməkdən ötrü çətinliklə Hələbə 
gəlib. 
Yavaşca 
danışmağa, 
Fatimiyyun 
birləşməsini  genişləndirmək  planları  barədə 
məlumat verməyə başladı. 
–  Planım  budur  ki,  Fatimiyyun  təkcə  piyada 
qüvvələrdən 
ibarət 
olmasın, 
uşaqlar 
artilleriyada,  zirehli  birləşmələrdə,  snayperdə, 
rabitədə  və  digər  sahələrdə  ixtisaslaşsınlar  və 
inşallah,  gələcəkdə  müstəqil  bir  diviziya  olub 
bütün bölmələrimizi idarə edək. 
Sonra  bir  qədər  dayandı,  mənə  baxmadan 
davam etdi: 
–  Eşitmişəm  ki,  bəziləriniz  özbaşına  hərəkət 
edirsiz,  sözə  qulaq  asmırsız.  İndi  hazırlaşın, 
Dəməşqə  qayıdır  və  bir  neçə  günlüyə  İrana 
gedirsiz. 
Uşaqlar Əbu Hamidə şikayət etmiş olsalar da, 
mənimlə 
belə 
səbirli 
davranacağını 
düşünməzdim.  Hətta  gedəndə  uzun  saqqalıma 
baxıb  gülə-gülə  dedi:  “Niyə  özünü  mövləvilərə 


 
81 
oxşatmısan?  Sən  gərək  ləqəbini  Nəcib  yox, 
Mövləvi qoyaydın”. 
Onda  adət  belə  idi  ki,  uşaqlar  kod  adlarını 
şəhidlərin  adlarından  seçirdilər.  Mən  də  ilk 
şəhidlərimizdən 
olan 
Nəcibin 
adını 
götürmüşdüm. 
Qulamsəxi 
ilə 
düşünürdük 
ki, 
əgər 
məzuniyyətə  getsək,  daha  Hələbə  qayıtmağa 
icazə  verməyəcəklər.  Halbuki  biz  ərəb  uşaqlarla 
dostlaşmışdıq, 
onlarla 
birlikdə 
vuruşmaq 
istəyirdik. Əbu Hamid bilmədən Safiyə dedik ki, 
bizi  Həzrət  Rüqəyyə  qərargahına  aparsın, 
komandirlə  danışaq.  Ona  dedik  ki,  biz 
məzuniyyətə  gedirik,  amma  qayıdanda  yenə 
Hələbə  qayıtmaq  istəyirik.  Komandir  soruşdu: 
“Həqiqətən, bunu istəyirsiz?” Dedik: “Bəli. Necə 
məgər?”  Mənə  bir  telefon  nömrəsi  verib  dedi: 
“Məzuniyyətdən qayıdandan sonra bu nömrə ilə 
əlaqə  saxla,  sizin  Hələbə  göndərilmənizi 
razılaşdırım”.  Bu  cəhətdən  arxayınlaşandan 
sonra sevinc içində Dəməşqə getdik. 


 
82 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin