İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə23/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   19   20   21   22   23   24   25   26   ...   67
Abu-baran- 1

On birinci fəsil  
Fatimiyyun briqadasının yaradılması 
Əbu Hamid məzuniyyətdə olanda xəbər gəldi 
ki,  Həzrət  Zeynəb  qərargahının  komandiri 
dəyişib.  Uşaqlarla  birlikdə  dua  məclisində 
oturmuşduq.  Yeni  komandir  ətrafındakılarla 
birgə  hüseyniyyəyə  girdi.  Məclisdən  sonra  yeni 
qərargah 
komandiri 
yanındakıların 
birini 
Fatimiyyun  komandiri  kimi  təqdim  etdi.  Biz 
təəccüblə  bir-birimizə  baxdıq.  Elan  etdilər  ki, 
Əbu  Hamid  Fatimiyyun  komandirliyindən 
kənarlaşdırılıb. 


 
101 
Uşaqlar  arasında  pıçapıç  başlandı,  hamımız 
etiraz  etdik.  Məleyhə  əməliyyatında  yenicə 
yaralanmış  Fateh  sarılmış  qolu  boynundan  asılı 
vəziyyətdə  yerindən  qalxıb  dedi:  “Məgər  belə 
şey olar?! Siz nə haqla bunu etmisiz?!” 
Komandir  Fatehi  sakitləşdirməyə  çalışdı, 
soyuqqanlılıqla və mülayim şəkildə dedi: “Yaxşı 
olar ki, gedək bayıra, təklikdə danışaq”. 
Fateh  dərhal,  “Sizinlə  təklikdə  heç  bir 
söhbətim yoxdur” – deyib hüseyniyyədən çıxdı. 
Hər  şey  təbii  görünürdü;  Zeynəbiyyun, 
Heydəriyyun,  hətta  Vətən  müdafiəçiləri  hərbi 
birləşməsinin  komandiri  də  iranlı,  İran-İraq 
müharibəsinin  veteranlarından  biri  idi.  Yeni 
qərargah  rəisi  fikirləşmişdi  ki,  razılaşdırmalarda 
problem  yaranmasın  deyə  yaxşı  olar  ki, 
Fatimiyyun  komandiri  də  iranlı  veteranlardan 
olsun.  Buna  görə  Əbu  Hamidi  kənarlaşdırmaq 
qərarına gəlmişdi. 
Fateh  nadir  hallarda  hirslənərdi.  Bəzən 
hirslənəndə  də  məşhur  təbəssümü  üzündən 
getmirdi.  Şəxsi  heyətindən  bir  nəfər  tabesizlik 
göstərdiyinə  görə  bölgədən  uzaqlaşdırılanda, 
hətta  əmrə  tabe  olmayıb  əməliyyat  komandiri 
Fatehə silah tuşlayanda da gülümsəmişdi. Onda 


 
102 
Fatehin  rəftarı  çox  qəribə  idi.  Məlum  idi  ki, 
hirslidir.  Çünki  həmin  döyüşçünün  qayda 
pozuntularını  dəfələrlə  ona  izah  edirdi,  onunsa 
vecinə  deyildi.  Buna  baxmayaraq,  üzündən 
təbəssüm 
əskilmirdi, 
yaxınlaşıb 
həmin 
döyüşçünü 
sakitləşdirməyə 
və 
xoşluqla 
bölgədən çıxarmağa çalışırdı. 
Bu  dəfə  isə  nə  gülür,  nə  də  təbəssüm  edirdi. 
Həmin  axşam  Əbu  Hamidlə  əlaqə  saxlayıb 
məsələni  söylədi.  Əbu  Hamid  dedi:  “Siz 
müdaxilə  etməyin,  həmişəki  kimi,  vəzifələrinizi 
yerinə  yetirin.  Mən  özüm  qayıdıb  məşğul 
olacam”. 
Əbu Hamid barədə hər gün bir şayiə yayılırdı. 
Deyilirdi  ki,  guya  onun  Dəməşqə  gəlməsinə 
icazə  verilmir,  yaxud  həbs  olunub  və  s.  Yavaş-
yavaş  onun  Fatimiyyun  barədə  planlarından  da 
məyus  olmağa  başlayırdıq.  Fateh  daha  bu 
vəziyyətə  dözə  bilmirdi,  uşaqlara  deyirdi  ki,  bir 
neçə gün heç bir iş görməyin, tətil edin. Nəhayət, 
xəbər  gəldi  ki,  qərargahın  xüsusi  idarə  rəisi 
Fatehi  axtarır,  onu  yaralanma  bəhanəsi  ilə  İrana 
qaytarmaq  istəyir.  Mən  onu  Müəllim  adlı 
dostlarımızdan 
birinə 
tapşırdım. 
Əşya 
xidmətinin  maşınlarından  birini  Müəllimə  verib 


 
103 
dedim  ki,  Fatehi  bir  müddət  nə  mənim,  nə  də 
başqa birinin bildiyi bir yerə aparsın. Müəllim də 
onu  Zeynəbiyyəyə  bir  dostumuzun  evinə 
aparmışdı. 
Fatimiyyunun  yeni  komandirinin  birinci 
müavini  müxtəlif  bölmə  və  xidmətlərə  baş 
çəkməyə  başlamışdı.  Mən  onun  əşya  və  ərzaq 
xidmətinə  müdaxilələrindən  bezmişdim.  Hətta 
anbarda əşyaların düzülüşünə də irad bildirirdi. 
Halbuki Əbu Hamid belə deyildi. O, işləri məsul 
şəxsinə  tapşırır,  ondan  ancaq  məruzə  və  şəxsi 
heyətin  razılığını  istəyirdi.  Axırda  səbrim 
tükəndi,  uşaqların  ikisinə  dedim  ki,  komandir 
müavininin  söylədiklərini  etsinlər,  özüm  isə 
səhərdən  axşama  qədər  düşərgədən  bayırdakı 
işlərlə məşğul oldum. 
Nəhayət,  Əbu  Hamid  qayıtdı.  Hamımız  onu 
dövrəyə  alıb  dedik:  “Nə  əmr  etsən,  hazırıq. 
İstəyirsənsə,  hamımız  tətil  edək”.  Gülüb  dedi: 
“Bu  işlərə  ehtiyac  yoxdur”.  Bizimlə  bir  qədər 
danışdı  və  həmişəki  kimi  bir  neçə  beyt  şeir 
oxudu: 
 
 
 


 
104 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin