İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə27/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   23   24   25   26   27   28   29   30   ...   67
Abu-baran- 1

On dördüncü fəsil  
Hələbə qayıdış 
Hələbdə 
Həndərat-2 
əməliyyatı 
planlaşdırılmışdı,  canlı  qüvvəyə  ehtiyac  vardı. 
Əmr  gəldi  ki,  Həmadakı  300  Fatimiyyun 
döyüşçüsü  Hələbə  getsin.  Bir  TIR  gəldi,  bütün 
əşyalarımızı 
yüklədik. 
Şəxsi 
heyət 
də 
avtobuslara  minib  Hələbə  yola  düşdü.  Qərara 
görə,  mən  silah-sursatla  dolu  Land  Cruiser 
avtomobili ilə gedəcəkdim. O vaxta qədər Həma-
Hələb yolunu avtomobillə getməmişdim. Hər bir 
yol  polisinə  çatanda  saxlayıb  yolu  soruşurdum. 
Qarşımda kələ-kötürlü və təhlükəli yol vardı. Bu 


 
121 
yol  tez-tez  bağlanırdı;  gah  İŞİD  səmtindən,  gah 
da əl-Nüsrə cəbhəsi tərəfdən. 
Günortaya  yaxın  idi.  Günəş  səmanın  ortasına 
çatmışdı.  Yol  boş  idi,  amma  maşın  xarab 
olduğuna  görə  saatda  80-dən  artıq  sürətlə  sürə 
bilmirdim.  Yavaş-yavaş  canıma  qorxu  düşdü. 
Sonuncu  yol  polisindən  bir  saat  idi  keçmişdim, 
ancaq 
nə 
qədər 
gedirdimsə, 
çatmırdım. 
Fikirləşdim 
ki, 
birdən 
düşmənin 
üstünə 
gedərəm.  Əl-Nüsrə  cəbhəsi  adətən,  düşməninin 
bilmədən  yaxınlaşmasına  icazə  verir,  sonra qəfil 
yaxalayırdı.  Hava  isti  olsa  da,  üzümü  soyuq  tər 
basdığına  görə  şüşələri  qaldırmışdım.  Hər  an 
düşmən  pusqusuna  düşəcəyimi  gözləyirdim. 
Birdən anam üçün çox darıxdım və o anda Seyid 
İbrahim 
yadıma 
düşdü. 
O, 
Məleyhə 
əməliyyatında  deyirdi:  “Biz  şəhid  olmuruqsa, 
buna 
görədir 
ki, 
özümüz 
istəmirik. 
Əməliyyatdan  qabaq  şəhadəti  çox  arzulayırıq, 
amma  şəhadət  anında  buna  ürəyimiz  gəlmir”. 
Sonra demişdi ki, hər dəfə qumbaraatana mərmi 
bağlayanda  anasını,  həyat  yoldaşını  və  övladını 
xatırlayır,  hələ  ürəyinin  hazır  olmadığını 
düşünür. O anda mən də bildim ki, hələ ürəyim 
hazır deyil. 


 
122 
Bu  fikirlərlə  uzaqdan  bir  bina  görüb  sürətimi 
azaltdım.  Binanın  üstündə  Suriya  bayrağını 
görüb çox rahatlaşdım, bildim ki, düz gəlmişəm. 
Hələbdə  Əzzan  təpəsindəki  düşərgəmizə 
getdim.  İlk  dəfə  idi  oraya  gedirdim.  Mən 
Dəməşqdə  olanda  Fatimiyyun  Əbu  Abbasın 
komandirliyi  ilə  oranı  ələ  keçirmişdi.  Təpənin 
başına  çıxmaqdan  ötrü  hər  iki  tərəfində  böyük 
villalar  tikilmiş  bir  küçədən  keçməli  idim. 
Müharibə 
şəraitinə 
görə 
həmin 
villalar 
yarıuçmuş  halda  idi.  Fatimiyyun  qüvvələri 
həmin binaların iki-üçünə yerləşmişdilər. 

zaman 
Hələbdəki 
Fatimiyyun 
döyüşçülərinə  Süleyman  başçılıq  edirdi.  Onu 
orada  gördüm.  Təzəlikdə  bitmiş  Həndərat-1 
əməliyyatında  şəhid  olmuş  uşaqlara  görə 
narahat  idi.  Düşmən  yenə  də  “Yalançı 
geriçəkilmə  və  qəfil  hücum”  taktikası  ilə 
uşaqlarımızı  20  km  yaxınlaşdırmış,  sonra  qəfil 
yaxalamışdı.  Süleyman  yalnız  sağ  qalmış 
döyüşçüləri  toplayıb  geri  gətirə  bilmişdi.  Bir 
qədər dərdləşəndən sonra dedi: “Seyid Həkimlə 
Seyid 
İbrahim 
Həndərat-2 
əməliyyatına 
hazırlıqdan ötrü öz döyüşçüləri ilə birlikdə Şeyx 
Nəccar bölgəsinə gediblər”. 


 
123 
Mən  də  oraya  getdim.  Əməliyyatın  zamanı 
bilinmirdi,  Seyid  Həkimlə  mənim  məzuniyyət 
vaxtım  da  çatmışdı.  Buna  görə  biz  məzuniyyətə 
getdik.  Asanlıqla  olmasa  da,  bu  məzuniyyətdə 
nişanlandım. Suriyaya getdiyimə görə qızın atası 
razılıq  vermirdi.  Tez-tez  anamla  bacıma  zəng 
vurub  deyirdim  ki,  yenə  gedib  danışsınlar  və 
razılıqlarını  alsınlar.  Axırda  həzrət  Zeynəbə 
təvəssüllə məsələ həllini tapdı. 


 
124 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin