On altıncı fəsil
Komandir köməkçisi
Daniyal adlı bir döyüşçü vardı, atası əfqanlı,
anası iranlı idi. O, üzündən anasına çəkmişdi.
Buna görə xüsusi idarə həmişə onu saxlayır, o da
pasportunu göstərirdi.
O, Fatimiyyunun qərargah üzrə məsul şəxsi
idi. Bir dəfə mənə dedi: “Əbu Hamid özünə
köməkçi istəyir: səhər tezdən oyanan, savadlı,
sürücülüyü bacaran və siqaret çəkməyən bir
adam. Biz bu işdən ötrü səni seçmişik”.
Onda Əbu Hamiddən çəkinirdim. Buna görə
qəbul etdim. Onun yanına gedib dedim: “Mən
128
indiyədək komandir köməkçisi olmamışam. İndi
nə etməliyəm?” Əbu Hamid gülüb dedi: “Mənim
də indiyə qədər köməkçim olmayıb. Bu da belə!”
İşə başlayanda dostlarım gəlib məni ələ salır,
deyirdilər: “Şəstlə de ki, cənab rəis iclasdadır”.
Mən də gülə-gülə stolun arxasından qalxıb
onları qabağıma qatırdım.
Qış gəlmişdi. Əbu Hamidi hər gün döyüş
yerinə aparırdım. O məndən tez oyanırdı. Bəzən
sübh çağı gəlib məni oyadır, deyirdi: “Bilmirəm
sən mənim köməkçimsən, yoxsa mən sənin
köməkçin!”
Dəməşqdən Dəra vilayətindəki döyüş yerinə
qədər iki saatlıq yol vardı. Əbu Hamid həmişə
deyirdi ki, döyüş yerindəki uşaqların yanında
olmaq çox gözəldir. Hamı istəyirdi ki, bir neçə
dəqiqəliyə olsa da, Əbu Hamidlə söhbətləşsin. O,
çox yaxşı həmsöhbət idi, şeir oxumaqda və lətifə
söyləməkdə heç kim ona çatmazdı. Hövzə
dərsləri oxuduğuna görə vaiz ruhanilər gülüb
deyirdilər: “Biz Əbu Hamidin şirin dili ilə
rəqabət aparmaq istəsək, gərək bir neçə nəfər
birlikdə ona hücum edək. Tək-tək öhdəsindən
gələ bilmərik”.
|