On yeddinci fəsil
Dəra vilayəti
Bir duada belə deyilir: “İlahi! Zalımları
zalımlarla məşğul elə!” İŞİD yaranandan sonra
belə bir hadisə baş verdi. Əvvəldə əl-Nüsrə
cəbhəsi, Əhrar əl-Şam və digər sələfi və ixvançı
qruplaşmalar onunla birləşdilər. Ancaq Əbu
Bəkr əl-Bağdadi özünü xəlifə elan edəndə
aralarında ixtilaf yarandı, əl-Nüsrə cəbhəsi,
Əhrar əl-Şam və ixvançı qruplaşmalar İŞİD-dən
ayrıldılar. İŞİD-in nəzarəti altındakı bölgələrin
çoxu əl-Nüsrə cəbhəsi ilə vuruşurdu və bu bizim
xeyrimizə idi.
130
İŞİD Dəməşqin Şərqi Qutə bölgəsinə və Dəra
vilayətinə yerləşmişdi, ancaq güclü deyildi.
Səudiyyə
Ərəbistanının
maddi
və
silah
yardımları ilə bu bölgədə Ceyş əl-İslam
qüvvələri çox qüdrətli və imkanlı idilər, kiçik
ixvançı
qruplaşmaları
da
özlərinə
cəlb
etmişdilər. Suriya ordusu Dəra vilayətində bir
bölgəni ələ keçirməyə dəfələrlə cəhd etmiş,
amma hər dəfə məğlubiyyətlə üzləşmişdi. O
vaxta qədər Ceyş əl-İslam qruplaşması ilə
döyüşlərdə 20 tankını əldən verdiyinə görə
yalnız Şərqi Qutəni mühasirəyə
almaqla
kifayətlənmişdi. Əlbəttə, Ceyş əl-İslamın bu
mühasirədən çıxmaq üçün yol və kanalları vardı.
Belə avtomobil tunellərindən biri 20 km
uzunluğunda idi, həmin yolla gedib-gəlir, lazım
olanları gətirirdilər. Şərqi Qutədə iş düyünə
düşəndə iki tərəf arasında yazılmamış bir
atəşkəs əmələ gəldi. Düşmən bilirdi ki, Dəməşq
şəhərinin ortasına qədər çatan mərmilərini atsa,
Suriya ordusu artilleriya və hava hücumlarına
başlayacaq və bu onunçün heç də yaxşı
olmayacaq.
Döyüşlərin çoxu İsrail və İordaniya ilə
sərhəddə yerləşən Dəra vilayətinə çatmışdı.
131
Silahlılar silah-sursat, hətta yaralıların müalicəsi
baxımından da bu iki dövlət tərəfindən
dəstəklənirdi. Mən Əbu Hamidin köməkçisi
olanda biz Dəra vilayətinin Şeyx Miskin şəhərini
ələ keçirə bilmişdik, amma düşmən iki intihar
əməliyyatı ilə hücum edib şəhəri yenidən zəbt
etmişdi. Bu zaman Seyid Həkim Fatimiyyundan
300 döyüşçü ilə birlikdə qarşıdakı əməliyyatdan
ötrü Şeyx Miskin şəhərinin yaxınlığında yerləşən
İzrə düşərgəsinə köçdü.
Həmin günlərdə Seyid İbrahim ayağının
gipsdən çıxmasını gözləyə bilməyib o halda
Dəməşqə gəldi. İranlı olduğuna görə hava
limanında qarşısını kəsmiş, Əbu Hamidin
zəngindən və razılaşdırmasından sonra şəhərə
buraxmışdılar. Əbu Hamid Seyid İbrahimə Dəra
əməliyyatı üçün xüsusi təyinatlı hərbi birləşmə
yaratmasını
tapşırdı.
Seyid
İbrahim
bu
birləşməyə könüllü döyüşçü qəbulu elan etdi.
Onun birləşməsinə yazılan hər kəs ən ağır
döyüşlərə qatılacağını bilirdi. Onlar Dəməşqdə
Sirac məktəbinin arxasındakı böyük bir binaya
yerləşdilər və çox tezliklə xüsusi təlimləri
başlandı.
132
Qarşıda
soyuq
qış
vardı.
Dəməşqdəki
qərargahımızdan Dəraya qədər iki saatlıq yolu
Əbu Hamidlə birlikdə tez-tez gedib-gəlirdim.
Əbu Hamid Seyid Həkimin döyüşçülərini və
onlara keçirilən təlimləri araşdırır, lazımi
tapşırıqlarını verirdi.
Onda Şəhid Tamamzadə Suriyaya yeni
gəlmişdi, Fatimiyyunun dini-tərbiyəvi işlər
bölməsində ruhani idi. O, çox çalışırdı ki, İranda
Fatimiyyun üçün həftəlik və ya aylıq bir bülleten
buraxsın. Axırda buna nail oldu. O, çox vaxt
Dəməşq-Dəra yolunda bizimlə birlikdə olurdu.
Sonralar Seyid İbrahim də bizə qoşuldu. O
düşünürdü ki, əməliyyat bölgəsinə müştəri gözü
ilə baxmaq lazımdır.
İzrə düşərgəsində istilik avadanlıqları əlverişli
deyildi. Dizel həmişə tapılmır, soyuq iliyimizə
qədər işləyirdi. Hətta sobaya yaxınlaşanda da
daxildən soyuğu hiss edirdik. Uşaqlar mənə
deyirdilər: “Xoş halına! Komandirin yanında
rahat yerdəsən!” Əslində isə nə gecəm vardı, nə
də gündüzüm. Gecələr Dərada olanda Əbu
Hamid yatmırdı. Orada qurulmuş bir neçə
müşahidə qülləsinə və kiçik postlara baş çəkir,
düşmən mövqelərinə baxırdı. Özünə mühafizəçi
133
götürmədiyinə görə hara gedirdisə, mən də
yanında olmağa çalışırdım. Dəfələrlə demişdi ki,
qərargahda
qalıb
istirahət
edim,
ancaq
Fatimiyyun komandirinin təkbaşına sükan
arxasında oturub bir yerə getməsinə ürəyim
dözməmişdi. O, şəxsi heyətlə çox vaxt keçirirdi,
onlarla Əfqanıstan kəndlərinin sadə ləhcəsi ilə
danışır, onları ruhlandırırdı. Bəzən günorta və
ya şam yeməyini unudurdu. Yemək verilən vaxt
bir yerə çatanda zarafat və gülüşlə uşaqların
arasında
oturub
Qorxu
xuruşu
kimi
məşhurlaşmış xörəkdən yeyirdi. İçində hər bir
şey olduğuna görə onu belə adlandırırdılar. O,
həzrət Zeynəb qərargahının komandiri və birinci
müavini ilə tez-tez iclas keçirir, birlikdə
vəziyyəti dəyərləndirirdilər.
Qərargah komandirinin də yeməyi və yuxusu
yox idi, öz qərargahını Dəraya köçürmüşdü.
Onu hər dəfə görəndə üst-başı tozlu olurdu,
çünki daim döyüş yerinə baş çəkirdi. Boğazına
qəlpə dəydiyinə görə səsi çox zəif çıxırdı, pıçıltı
ilə danışırdı, ancaq işlərin irəliləməsindən ötrü
ürəkdən çalışırdı. Əbu Hamid də çox əziyyət
çəkirdi, bəzən başgicəllənməsindən bilirdik ki,
134
haçandır bir şey yeməyib. Dəfələrlə olub ki, gecə
saat 1-də şam yeməyinə bir şey axtarmışıq.
|