İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə33/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   29   30   31   32   33   34   35   36   ...   67
Abu-baran- 1


partlayır, 
qırıqları 
üst-başıma 
tökülürdü. 
Sürünə-sürünə geri qayıtdım. 
Artilleriya  heyətinin  komandiri  ratsiyadan 
dedi  ki,  hədəf  təyin  et,  atəş  açım.  Dedim  ki, 
topları  bir  bağın  içindədir,  biz  oranı  görə 
bilmirik.  Onlar  da  həmin  bağı  vurmağa 
başladılar. 
Uşaqlar  acanda  bir  nəfər  könüllü  şəkildə 
gedib  yemək  gətirməli  idi.  Bundan  ötrü  isə 
düşmənin  hədəfi  altında  olan  təxminən  30 
metrlik  bir  yerdən  keçmək  lazım  gəlirdi.  Bəzən 
digərlərinin  ələ  salıb  güldükləri  sadəlövh  bir 
uşaq vardı, dedi ki, mən gedirəm. Əvvəlcə qaçıb 
iyirmi  xörək  gətirdi.  İkinci  dəfə  də  belinə  bir 
qutu  sursat  atıb  gətirdi.  Allaha  şükür,  ona  güllə 
dəymədi. 
Ratsiyadan  eşitdik  ki,  bütün  kənddən  yalnız 
bizim  olduğumuz  ərazi  qorunub,  düşmənin  və 
bizimkilərin  bütün  diqqəti  oraya  yönəlib. 
Qərargah  komandiri  bizə  dedi  ki,  müqavimət 
göstərin.  Bir  qədər  sonra  Hacı  Hüseyn  Badpa 
gəldi, hamımız ruhlandıq. 
Düşmən  bizim  geri  çəkilməyimizi  gözləyir, 
hələ top atəşlərini dayandırmırdı. Seyid İbrahim 


 
146 
bir  neçə  dəfə  ratsiyadan  dedi  ki,  bizə  tank 
göndərin. Nəhayət, bir tank gəldi. Ona dedik ki, 
düşmənin  bizə  atəş  açdığı  istiqamətə  dörd-beş 
mərmi  atsın.  Tankın  sürücüsü  suriyalı  idi.  Dedi 
ki, tankım xarabdır, atəş açmır. Hirsləndim. 
– Bəs onda nə üçün gəlmisən? 
– Məni zorla göndərdilər. Dedilər ki, get. 
– 
Eybi 
yoxdur, 
– 
deyib 
əsəblərimi 
sakitləşdirməkdən  ötrü  bir  neçə  dəfə  dərindən 
nəfəs aldım.  
–  Sən  tankını  işə  sal,  burada  bir  dövrə  vur. 
Bizdə  tankın  olduğunu  görsələr,  vəziyyəti  başa 
düşəcəklər. 
– Yox, mən bunu edə bilmərəm. 
Qorxurdu. Onu ürəkləndirməyə çalışdım. 
–  Divarın  arxasında,  təhlükəsiz  yerdəsən, 
problem yaranmayacaq. 
Razılaşdı.  Ancaq  tankın  səsini  bir  neçə 
dəqiqədən  sonra  eşitdim,  onda  da  sürətlə  geri 
qayıdırdı. 
Mən  o  şəraitdə  əsgəri  qınamırdım.  Vəziyyət 
çox  ağır  idi.  Hətta  belə  şəraitləri  təcrübə  etmiş 
adam  da  digərini  mühakimə  edə  bilməz,  o  ki 
qala  başqalarına.  Suriya  ordusunun  sürücüləri 
arasında elələrini də görmüşdüm ki, ən təhlükəli 


 
147 
vəziyyətdə  qorxmadan  işləyir,  düşmənin  atəşi 
altında  istehkam  qururdular.  Müharibədə  hər 
şey olur. 
Tankın 
bizim 
yanımızda 
olduğu 
qısa 
müddətdə  düşmən  topu  atəş  açmadı,  o  gedən 
kimi yenə atəşə başladı. 
25  nəfər  bir  neçə  evə  yerləşmişdik.  Onlar 
ölümü  gözə  almış  cəsur  döyüşçülər  idi;  əsla 
bekar  oturmur,  gecənin  qaranlığından  istifadə 
edib  asanlıqla  geri  çəkilə  bilsələr  də,  əmrə  tabe 
olurdular. 
Təxminən  gecə  saat  1  idi.  Hələ  atışma  davam 
edirdi.  Əbu  Hamid  ratsiyadan  Seyid  İbrahimlə 
danışıb geri  çəkilmə əmri verdi. Mən bunu başa 
düşə bilmirdim. Seyid İbrahimə dedim: 
–  Səhərə  cəmi  bir  neçə  saat  qalıb.  Biz  bu 
ərazini  saxlaya  bilərik.  Arxa  ərazilər  də  açıqdır, 
düşmən  bizi  qayçılaya  bilməz.  Əbu  Hamid  nə 
üçün belə bir əmr verir? 
–  Düzdür,  –  deyə  Seyid  İbrahim  bildirdi,  – 
bəlkə də saxlaya bilərik, amma Əbu Hamid belə 
əmr verib. Bizim vəzifəmiz əmrə tabe olmaqdır. 
Haqlı  idi.  Uşaqların  yanına  Əbu  Hamidin 
əmrini  çatdırmağa  getdim.  Evin  arxasında 
dayanıb  onlara  dedim:  “Mənim  işarəmlə  iki-iki 


 
148 
yaxınlaşıb küçədən keçin”. Özüm uşaqların ikisi 
ilə  qalmışdım.  Düşmən  bizim  get-gəlimizdən 
duyuq düşüb atəş açmağa başladı. Mən hərəkətə 
başlayan  kimi  ayağımda  göynərti  hiss  etdim  və 
üzü üstə yerə yıxıldım. İxtiyarsız olaraq,  dedim: 
“Lənət  olsun  bu  bəxtə!  İndi  yaralanma 
vaxtıdır?!”  Hələ  yaram  isti  idi,  çox  da  ağrı  hiss 
etmirdim.  Uşaqların  ikisi  cəld  qoltuqlarımın 
altına  girdilər,  onların  köməyi  ilə  kəndin 
əvvəlinə qədər getdim. 
Orada elə bir səhnə gördüm ki, narahatlıqdan 
ayağımın  ağrısı  yadımdan  çıxdı.  Çoxlu  canlı 
qüvvə,  pikap  avtomobilləri  və  tanklar  geri 
çəkilirdi. 
Çox 
narahat 
oldum, 
əsəblərim 
korlandı.  Öz-özümə  fikirləşdim  ki,  bu  canlı 
qüvvə  və  imkanlar  kəndə  girsəydi,  evbəev 
irəliləyər,  səhərə  qədər  bütün  kəndi  ələ 
keçirərdik. Ancaq görünür, plan dəyişmişdi. 
Əbu  Hamid  ratsiyadan,  “Mənim  köməkçim 
hardadır?”  –  deyə  soruşanda  Seyid  İbrahim 
“Nəcib  burdadır”  cavabını  vermiş  və  məni  çox 
tərifləmişdi.  Buna  baxmayaraq,  həyəcanlı  idim 
ki,  Əbu  Hamid  icazəsiz  getdiyimə  görə  məni 
danlayar. 


 
149 
Geri  qayıdanda  dostlarımdan  birini  gördüm. 
Məni  maşınına  mindirdi.  Öz  mövqelərimizdə 
maşından  enən  kimi  Əbu  Hamidi  gördüm. 
Yolun  kənarında  dayanıb  uşaqlardan  məni 
soruşurmuş. 
Maşına 
yaxınlaşanda 
ürəyim 
üzüldü. 
Qapını 
açdı. 
Oturacağın 
qana 
bulaşdığını  görüb  məni  qucaqladı,  maşından 
enməyimə  kömək  etdi.  Bacardığım  qədər 
çalışırdım 
ki, 
ayağımın 
ağrısını 
büruzə 
verməyim.  Təbəssümlə  dedi:  “Bir  şey  deyil, 
sağalacaq”.  Sonra  tələsik  məni  təcili  yardım 
maşınına mindirdi və özü qayıtdı. 
Məni əvvəlcə Təll-Səğirdə yerləşən səyyar tibb 
məntəqəsinə apardılar, orada ağrıkəsici verdilər, 
sonra 
Suriya 
dövləti 
ilə 
sülh 
bağlamış 
qəsəbələrin 
birində 
yerləşən 
xəstəxanaya 
köçürüldüm.  Dəra  vilayətində  hələ  qəbilə 
şəklində yaşayan kənd və qəsəbələr vardı. Ordu 
ora  girmirdi.  O  bölgələrin  təhlükəsizliyi  öz 
qəbilələrinin  üzərinə  düşürdü.  Onların  işinə 
müdaxilə etmirdilər, ancaq demişdilər ki, Suriya 
bayrağını  rəsmən  tanısınlar  və  silahlıları 
bölgələrinə buraxmasınlar. 
Bu 
bölgələrin 
əhalisinin 
özünəməxsus 
inancları  vardı.  Onlar  müqavimət  qüvvələrinə 


 
150 
nifrət  edir,  bəzən  problem  yaradırdılar.  Bir  dəfə 
bizim  hərəkətdə  olan  avtomobilimizə  atəş 
açmışdılar;  bir  dəfə  tibb  işçilərimizi  aparıb 
döymüşdülər.  Onlar  ordunun  vasitəçiliyi  ilə 
azad  olundular.  Tibb  işçiləri  də  bəzən  bizim 
yaralılarımıza 
diqqətsizlik 
edir, 
xarici 
olduqlarına görə sarğılarını dəyişdirmirdilər. 
Mən  həmin  qəsəbələrin  birində  yerləşən  bir 
xəstəxanada  yatdım.  Xəstəxananın  bir  hissəsi 
müqavimət  cəbhəsinin  yaralılarına  ayrılmışdı. 
Hər yer yaralı ilə doluydu. Hətta dəhlizlərdə də 
uzanmışdılar.  Bu  müddətdə  mənə  bir  neçə  dəfə 
ağrıkəsici  vurdular.  Bu  iynələrin  təsiri  altında 
çətinliklə  oyaq  qalıb  diqqətimi  toplaya  bilirdim. 
Səhərin  ala-toranlığında  bir  nəfər  məni  oyadıb 
dedi: “Yaralıları Dəməşq xəstəxanasına aparmaq 
üçün bir təcili yardım maşını gəlib”. 
Çox  çətinliklə  ayağa  qalxdım,  dəhlizin 
divarlarından  tutub  axsaya-axsaya 
maşına 
yaxınlaşdım.  Maşında  on  iki  yaralı  vardı,  hara 
minəcəyimi  bilmirdim.  Dedilər  ki,  minməsən, 
bəlkə də üç gün burada qalmalı olacaqsan. 
Birtəhər  özümə  yer  açıb  oturdum,  yaralı 
ayağımı  uşaqların  arasına  uzatdım.  Mənim 
vəziyyətim hamısından yaxşı idi. Maşın hərəkətə 


 
151 
başlayanda  və  yaralılar  tərpənəndə  biri  güllə 
dəymiş  ayağımın  üstündə  oturdu.  Səsimi 
çıxarmaq  istəyəndə  gördüm  ki,  vəziyyəti  çox 
ağırdır.  Başı  və  gözləri  sarılmışdı.  Bir  söz 
demədim. Mən bud nahiyəmdən yaralanmışdım, 
baldırımın üzərinə düşən ağırlığa dözə bilirdim. 
Təcili  yardım  maşını  çox  sürətlə  gedirdi. 
Tramplin  və  çökəklərdən  keçəndə  hamımız  bir-
birimizin  üstünə  düşürdük,  qışqırırdıq  ki,  bu 
necə  sürücülükdür.  Axırda  sürücü  ucadan  və 
həyəcanla dedi: 
– Axı mənim arvad-uşağım var! 
–  Bunun  arvad-uşağa  nə  dəxli  var?  –  deyə 
dilləndik. 
–  Deyəsən,  vəziyyətdən  bixəbərsiniz.  Bu 
qəbilənin  adamları  hər  an  maşının  önünü  kəsib 
hamımızı öldürə bilərlər. 
Gördük  ki,  haqlıdır.  Birtəhər  buna  da  dözüb 
sağ-salamat Dəməşqə çatdıq. 
Dəməşq  xəstəxanası  da  qələbəlik  idi.  Hara 
baxırdınsa, 
yaralı 
görürdün. 
Salonda 
gözləyirdim.  Mənim  dil  öyrənmə  istedadım  çox 
yaxşıdır,  o  vaxta  qədər  artıq  ərəbcə  başa  düşür, 
yerli 
ləhcə 
ilə 
danışırdım. 
Dəhlizdəki 
televizordan  xəbərlər  verilişi  yayımlanırdı. 


 
152 
Xəbərlərdə  deyildi  ki,  Deyr  əl-ədəs  kəndi  azad 
olundu.  Birdən  salonda  səs-küy  qopdu,  hamı 
gülə-gülə  bir-birini  təbrik  etməyə  başladı.  Mən 
təəccübləndim. 
Tibb 
məntəqəsində 
və 
xəstəxanada  olduğum  bir  neçə  saatda  nə  baş 
verdiyini  bilmirdim.  Çünki  biz  ötən  gecə  geri 
çəkilib kənddən çıxmışdıq. 
Məni  palataya  apardılar.  Bir  tibb  bacısı 
ağrıkəsici  iynəsini  hazırlayırdı.  Başım  çox 
dumanlanırdı,  əsla  ağrıkəsici  istəmirdim.  Ona 
“vurma” deyənə qədər işini bitirdi. 
Özümə  gələndə  dostlarımdan  birini  başım 
üstə  gördüm.  Dəməşqin  Zeynəbiyyə  bölgəsində 
yerləşmiş  əfqanıstanlı  uşaqlardan  idi.  Onun  işi 
xəstəxanada  yatan  Fatimiyyun  döyüşçülərinə 
baxmaq  idi.  Yarıyuxulu  halda  soruşdum:  “Məni 
nə vaxt əməliyyat edəcəklər? 
Gülüb dedi: “Dünən əməliyyat etdilər”. 
Bir  neçə  saatdan  sonra  Əbu  Hamid  və 
dostlarımdan  bir  neçəsi  məni  görməyə  gəldi. 
Deyr  əl-ədəs  kəndini  soruşdum.  Sevincək 
dedilər ki, doğrudur, kənd azad olunub. 


 
153 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin