Otuz dördüncü fəsil
Əl-İmarədə mövqeyimizin
möhkəmlənməsi
Şəxsi heyətimiz mövqeyi möhkəmlətməkdən
ötrü beş aya yaxın əl-İmarə təpəsində qaldı.
Düşmənlə məsafəmiz təxminən 100 metr idi. Hər
iki tərəf bir-birinin get-gəlini asanlıqla görürdü.
Qərargahdan təmas xəttinə
qədər iyirmi
dəqiqəlik yol vardı. Biz hər gün avtomobillə bu
yolu
gedəndə
düşmən
oranı
minaatanla
vurmağa başlayırdı. Hər üç-dörd gündən bir
şəhid verir və ya yaralanırdıq. Batalyon
komandirlərindən birinin soyadı Bustan idi,
262
oturduğu səngərə mərmi düşməsi nəticəsində
şəhadətə qovuşdu.
İyirmi yaşlı bir gənc də vardı, hər iki ayağı
kəsildi. Xəstəxanaya onu görməyə gedəndə necə
təskinlik
verəcəyimi
bilmirdim.
Ailəsi
Əfqanıstanda yaşayırdı. Belə yaralılar adətən
həmişə eyni halda olmurdular; bəzən yüksək
əhval-ruhiyyə ilə deyib-gülürdülər, bəzən isə
özlərinə qapanırdılar, danışmağa hövsələləri
olmurdu. O, zarafatlaşıb gülüşəndən sonra
narahat halda mənə dedi: “Mən cəhənnəmə,
bilmirəm anama nə deyim. Əgər bilsə, infarkt
olacaq”.
Yalnız sözlərimlə onu bir qədər sakitləşdirə
bilirdim. Əlimdən başqa bir şey gəlmirdi və bu
mənə çox əzab verirdi.
Əl-İmarə
təpəsində
təmizlik
və
sursat
baxımından yaxşı vəziyyətdə deyildik. Bir gün
bir batalyon komandiri əlimdən tutub məni
uşaqların yanına apardı, dedi ki, mən nə
deyəcəyimi bilmirəm, bunlara özün cavab ver.
Əməliyyat günlərindən fərqli olaraq, bizə
olduqca az imkanlar çatırdı, uşaqlar çox
şikayətlənirdilər; nə yuyunmağa şampun vardı,
nə də paltarlarını yumağa yuyucu tozu. Dedim:
263
“Əşya xidməti rəisi qərargaha o qədər gedib
əliboş qayıdıb ki, bir də getsə, onu həbs
edəcəklər”. Onlar “Yoxdur” deyəndə daha bizim
əlimizdən bir şey gəlmir. Hər kəs gözə ala bilmir
ki, işi kadrlar bölməsinə getsin və İrana
göndərilsin”.
Uşaqlarla belə danışmağa məcbur idim.
Halbuki onlar haqlıydılar.
Suriya ordusu mövqeyi bizdən təhvil alacaqdı,
amma bugün-sabah edirdi. Hər həftə elan
olunurdu ki, ordu komandirlərindən biri baxış
keçirməyə gəlir. O da adamları ilə gəlib bir qədər
gəzişir, gedəndən sonra daha xəbər çıxmırdı.
Ordu sözünü tutmadığına görə Süleymanla
qərargah komandiri çox mübahisə edir, amma
bir-birinin öhdəsindən gəlirdilər. Qərargah
komandirinin çox gözəl xasiyəti vardı; axşam
onunla dalaşırdın, səhər yadından çıxarırdı. O
düşünürdü ki, mübahisələr normaldır, şəxsi
zəmində deyil, ümumi işə və şəxsi heyətə
görədir.
Nəhayət, bizim briqadamızı bölgədən azad
etdilər, amma yenə də mövqeyi Suriya ordusu
təhvil almadı, bizim yerimizə Sarəllah birləşməsi
göndərildi. Onlar hələ tam yerləşməmiş iki şəhid
264
verdilər. Sarəllah komandiri mövqeyi təhvil
aldığına peşman oldu, ancaq geriyə yol yox idi.
Süleyman əməliyyat komandirimiz Əli Yavəri
onun yanında saxladı ki, həm ruhlandırsın, həm
də təhlükəli yerləri göstərsin.
Bundan sonra bizə təcrübə oldu ki, əməliyyat
zamanı əşya bolluğu olanda, istədiklərimiz
artıqlamasıyla veriləndə bacardığımız qədər alıb
əməliyyatdan sonrakı günlərə saxlayaq və
mövqeyi möhkəmlətmə zamanında şəxsi heyətə
cavab verə bilək.
Bu hadisələrdən sonra Sədaqət briqadanın
komandir müavini vəzifəsindən istefa verib
məzuniyyətə getdi. O deyirdi: “Mən artıq
qocalmışam. Əgər qayıtsam da, vəzifə qəbul
etməyəcəm, sadə döyüşçü kimi vuruşacam”.
Süleyman komandir müavini vəzifəsini mənə
təklif etdi. Dedim ki, mən indiyə qədər belə bir iş
görməmişəm. Dedi: “Mən də bundan öncə heç
bir briqadaya komandirlik etməmişdim. Bu da
belə! İnşallah, öhdəsindən gələrsən!”
|