Otuz altıncı fəsil
Yeni məsuliyyət
Bu bir neçə ildə Hizbullah komandirlərindən
olan ağa Zülfüqarla və onunla işləyən İsa
Mətuqla əlaqəmi kəsməmişdim. Bəzən onların
Hələbdəki
düşərgələrinə
baş
çəkir,
söhbətləşirdim. İsagilin əl-Zəhradakı evlərinə də
gedirdim. O həmişə mənə çox yaxşı qulluq
edirdi.
İrana məzuniyyətə getmişdim. Ağa Zülfüqar
mənimlə əlaqə saxlayıb dedi ki, Hacı Qasimin
əmri
ilə
Fatimiyyundan,
iraqlılardan,
suriyalılardan və iranlılardan ibarət bir diviziya
268
yaradacaq, onlara altı ay xüsusi təlimlər
keçəcəklər. Mənə dedi ki, onun Fatimiyyuna aid
bölməsinə rəhbərlik edim. Dedim ki, indi İmam
Hüseyn (ə) briqadasındayam və Süleymanı tək
qoya bilmərəm. Dedi ki, mən Süleymanla
danışıb onu razı salacağam.
Bir neçə gündən sonra bir düşərgəyə getdim
və oradakı Fatimiyyun döyüşçülərinə komandir
təqdim olundum. Bu bir neçə batalyon təzəlikcə
təlimə başlamışdı və mütləq Fatimiyyun
diviziyasında olmaq istəyirdilər. Onlara başa
saldım ki, şübhəsiz, Fatimiyyundandırlar, amma
Livan Hizbullahına ezam olunublar. Axşamlar
təlimdən sonra otağıma gəlirdilər, onlarla
söhbətləşirdik.
Onların
bir
qismi
birbaş
Əfqanıstandan
gəlmişdi,
orada
müharibə
təcrübələri vardı. Düşərgə rəhbəri mənə çox
hörmət edir, otağımın soyuducusunu həmişə
meyvə ilə doldururdu. Mən də axşamlar otağıma
gələn uşaqlara meyvə verirdim.
Hələ bu vəzifəni tam qəbul etməmişdim.
Qərara gəlmişdik ki, ağa Zülfüqar yazda gəlsin
və iş barədə ətraflı danışaq. Ancaq onun
tərəfindən düşərgəyə iki livanlı gəldi. Onlardan
Cihad adlı birini öncədən tanıyırdım. Onlar
269
uşaqlardan idman imtahanı aldılar. Hamısı
imtahandan yaxşı çıxdı. Döyüşçülərin hamısı
gənc və əksəri təhsilli idi.
Ağa Zülfüqara məktub yazıb nəzərdə tutduğu
briqadanı yaratmağın şərtlərini qeyd etdim.
Yazdım ki, ən azı altı pikap, iki 120 mm, iki 82
mm və on 60 mm çaplı minaatan, bir mini-
katyuşa, bir Suv avtomobili və artilleriya bölməsi
təmin olunsun. Bundan əlavə, mən yalnız ağa
Zülfüqarın əmri altında işləyəcəyəm, başqa bir
şəxsin yox. Çünki bu bir neçə ildə bəzi
qüvvələrin təkəbbürlü olduqlarını görmüşdüm,
onlarla işləməyin çox çətin olacağını bilirdim.
Hizbullahın arxa cəbhə xidməti öz üzərinə
düşürdü. Bəzi Hizbullah komandirlərinin şəxsi
heyətə nisbətən daha yüksək rifah imkanları
vardı. Əlbəttə, onlara da yaxşı baxırdılar. Soyuq
qış gecələrinin birində bir binaya getdim. Onun
bir mərtəbəsində Hizbullah qüvvələri, bir
mərtəbəsində
də
suriyalı
döyüşçülər
yerləşmişdi. Livanlı qüvvələrin üç cür sobası
vardı, içərini çox yaxşı qızdırırdı: dizel, elektrik
və qaz sobaları. Halbuki suriyalı döyüşçülərin
qaldığı birinci mərtəbədə soba yanmırdı,
özlərinə adyal büküb otururdular. Onlara
270
gündəlik cəmi 3 litr dizel verilirdi, sobanı yalnız
axşam və səhərə yaxın yandırmağa məcbur
olurdular. Mən belə səhnələri yadıma salıb ağa
Zülfüqardan
başqa
bir
şəxslə
işləmək
istəmirdim. Ancaq axırda başqa bir adam rəhbər
təyin olundu, aramızda razılıq baş tutmadı və
mən öncəki işimə, yəni İmam Hüseyn (ə)
briqadasında komandir müavini vəzifəsinə
qayıtdım.
|