İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə58/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   54   55   56   57   58   59   60   61   ...   67
Abu-baran- 1

Otuz doqquzuncu fəsil  
Hələbin azadlığı 
Hələb  şəhəri  Suriyanın  iqtisadi  paytaxtıdır. 
Orada 
çoxlu 
sənaye 
şəhərcikləri 
var, 
müharibədən  öncə  ərəb  ölkələrinə  məhsul  ixrac 
edirdilər. Hələb vilayətinin şimalı və şərqi Aralıq 
dənizi 
bölgəsidir, 
məhsuldar 
torpaqları, 
maldarlığı var, əhalisi varlıdır. 
Hələbin  azadlığı  üçün  nəzərdə  tutulmuş  plan 
bu  idi  ki,  şəhər  tam  mühasirəyə  alınsın.  Suriya 
ordusu  ilə  müqavimət  cəbhəsi  mühasirəyə 
şəhərin  şimalından  başlayacaq,  Məsakin  adlı 
bölgəni  tutandan  sonra  şəhər  tam  mühasirəyə 


 
295 
düşəcəkdi.  Rus  təyyarələri  güclü  bombardman 
edir,  Fatimiyyunun  artilleriyası  gecə-gündüz 
atəş açırdı. 
Şeyx  Nəccar bölgəsi  Suriya  ordusu  tərəfindən 
azad  ediləndən  sonra  silahlılar  öz  qüvvələrinə 
ümumi  çağırış  etdilər  ki,  var-gücləri  ilə 
müqavimət  göstərsinlər.  Çünki  Hələb  şəhəri 
əllərindən  çıxırdı.  Nurəddin  Zəngi  adlı  bir 
qruplaşma Hələbin cənub-qərb hissəsində şəhərə 
gedən  magistrala  hücum  etdi.  Oranı  uzun 
müddət  saxlaya  bilməyəcəklərini  bilsələr  də, 
bütün qüvvələrini cəmlədilər ki, yol bir neçə gün 
açıq qalsın, Hələb şəhərində mühasirəyə düşmüş 
bir  çox  türk  müstəşarları  qaça  bilsinlər. 
Magistralın  onlarda  olduğu  bir  həftədə  yolun 
hər iki tərəfində təkər yandırırdılar ki, Suriya və 
Rusiya  təyyarələri  heç  nə  görməsinlər.  Bununla 
bərabər, 
təyyarələr 
və 
artilleriya 
ərazini 
bombalayırdı.  Bir  neçə  ardıcıl  əməliyyatla  yolu 
ala bildik. 
Silahlılar 
mühasirəni 
yarmaq 
üçün 
öz 
döyüşçülərinə  və  müttəfiqlərinə  ikinci  dəfə 
çağırış  edəndə  Türkiyə  və  ona  bağlı  olan 
Nurəddin  Zəngi  qrupu  bunu  dəstəkləmədi. 
Onların  hərbi  ekspertləri  başa  düşürdülər  ki, 


 
296 
daha oranı saxlaya bilməyəcəklər. Buna görə də, 
İdlib  şəhərinə  yerləşmiş  silahlılar  Nurəddin 
Zəngi  qruplaşmasına  qarşı  nifrət  püskürdülər, 
elan etdilər ki, bu qrup xaindir, dinini və imanını 
Türkiyənin puluna satıb. 
Biz  öz  mövqelərimizi  bərkidib  silahlılara 
mühasirəni  yarmağa  imkan  vermədik.  Onlar 
Benyamin  bölgəsinə  yaxınlaşanda  Fatimiyyun 
briqadaları oraya çağırıldılar. Ərəblər bu bölgəyə 
Minyan deyirdilər. Şəhərin ələ keçirilmə ehtimalı 
olduğuna  görə  əhali  təmtəraqlı  evlərini  tələsik 
boşaldır,  çoxlu  əşyalarını  qoyub  gedirdi.  Biz 
şəhərə  girəndə  düşmən  böyük  miqyasda  geri 
çəkildi. 
Fatimiyyun 
qərargahının 
mina 
xidmətinin  rəisi  Hüseyn  Hüreyri,  iranlı  jurnalist 
Xüzai  və  Fatimiyyun  uşaqlarından  iki  nəfər 
əməliyyatın 
əvvəlində 
bir 
evə 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin