İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə60/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   56   57   58   59   60   61   62   63   ...   67
Abu-baran- 1

Qırxıncı fəsil  
Bukamal şəhərinin cənubu 
Əmr  verildi  ki,  İmam  Hüseyn  (ə)  briqadası 
bütün  batalyon  və  birləşmələri  ilə  birgə 
Hələbdən 
Tədmur 
şəhərinə 
getsin. 
Biz 
Biyaratdan  irəli  getməmişdik,  ilk  dəfə  idi 
Tədmura  girirdik.  Şəhərin  bütün  ətrafı  heç  bir 
dağ  və  təpə  olmayan  düzənliklərdən  ibarət  idi. 
Küçələr  geniş,  binaların  çoxu  birmərtəbəli  idi. 
Çoxlu  tarixi  yerlər  vardı,  axşamlar  bəzilərini 
görməyə  gedirdik.  İŞİD  bütün  qədim  abidələri 
dağıtmışdı.  Filmi  İŞİD  tərəfindən  internetə 
yüklənmiş  məşhur  muzeyə  də  getdik.  Həmin 


 
301 
filmdə  bir  neçə  İŞİD  yaraqlısı  oraya  girib  fəxrlə, 
təkbir  deyə-deyə  tarixi  abidələri  aşırır,  büt 
sındırdıqlarını 
düşünürdülər. 
Hər 
halda, 
muzeydən qalanlara baxmaq da qənimət idi. 
Bir  batalyonu  xüsusi  birləşmələrlə  birgə 
Tədmurdan  təxminən  yarım  saatlıq  məsafədə 
yerləşən  İsmayılabada,  birini  də  50  km  irəliyə 
Sultaniyyə  bölgəsinə  apardıq.  İsmayılabadda  iki 
bina 
vardı, 
uşaqlar 
istifadə 
edirdilər. 
Sultaniyyədə isə hər tərəf düzənlik  idi, batalyon 
bir  asfalt  yolun  sonuna  yerləşdi.  Dairəvi  bir 
istehkam, içində də bir neçə çadır qurdular. 
Əvvəldə  briqadamızın  vəzifəsi  mövqeyi 
qorumaq 
idi. 
Ancaq 
həmin 
əməliyyatın 
davamında  İraq  sərhədinə  çatmaq  üçün  bir 
əməliyyat  da  planlaşdırıldı.  Biz  İraq  sərhədinə 
çatmışdıq,  amma  İŞİD  hələ  sərhədin  o  tərəfində 
fəal  idi,  Həşd  əl-şəbi  qüvvələri  bölgədə  tam 
təhlükəsizliyi  təmin  edə  bilməmişdilər.  Məqsəd 
bu  idi  ki,  biz  sərhəd  nöqtələrdə  –  həm  Suriya, 
həm  də  İraq  ərazisində  beş  hərbi  post  qurub 
Bukamal şəhərinə çataq. 
Bukamal  şəhəri  Fərat  çayının  İraq  sərhədinə 
çatdığı  nöqtədə  yerləşir.  Bu  əməliyyatın  maddi-
texniki  dəstək  bazası  Sultaniyyədə  idi.  İmam 


 
302 
Hüseyn  (ə)  briqadası  orada  Qasimabad  adlı 
mərkəzi  baza  yaratmışdı.  Bu  adı  Hacı  Qasimin 
şərəfinə  seçmişdilər,  özü  də  oraya  çox  gedib-
gəlirdi. Qasimabaddan sonra Abbasabad bölgəsi 
gəlirdi,  təxminən  40  km-dən  sonra  da  Bukamal 
şəhərinin  cənubuna  doğru  gedən  postlar 
başlayırdı.  Bu  əməliyyatda  əsas  rol  müqavimət 
cəbhəsində  sayları  çox  olan  Heydəriyyunun 
üzərinə  düşürdü.  Fatimiyyundan  yalnız  Seyid 
Cəfərin  başçılıq  etdiyi  Fatimeyi-Zəhra  (ə) 
briqadası iştirak edirdi. 
Heydəriyyunun  düşərgəsi  T3  adlı  ərazidə 
yerləşirdi.  Onlar  bir  gün  əməliyyat  yerinə 
getmək  üçün  avtobuslara  minəndə  İŞİD-in  bir 
intihar 
avtomobili 
sürətlə 
özünü 
yetirib 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin