İŞİD-lə üz-üzə


partlatdı.  İki  avtobusun  içindəki  iraqlıların  bir



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə61/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   57   58   59   60   61   62   63   64   ...   67
Abu-baran- 1


partlatdı.  İki  avtobusun  içindəki  iraqlıların  bir 
qismi  şəhid  oldu,  bir  qismi  yaralandı.  Lakin  bu 
hadisə  əməliyyat  prosesinə  təsir  etmədi,  iraqlı 
qüvvələr  sərhəddə  nəzərdə  tutulmuş  postları 
qura  bildilər.  Bu  postlar  arasında  məsafə 
təxminən  20  km  idi.  Hər  bir  postun  dairəvi 
istehkamı  vardı.  Çünki  İŞİD  hər  tərəfdən 
hücuma  keçə  bilərdi.  İstehkamın  içində  də  50 
döyüşçü yerləşirdi. 


 
303 
Bukamal  şəhərinin  ən  cənub  nöqtəsində 
sonuncu  postu  qorumaq  Fatimeyi-Zəhra  (ə) 
briqadasına  tapşırıldı  və  uğurla  icra  edildi.  Bu 
əməliyyat 40 gün sürdü. 
İŞİD yaraqlıları çöllərə səpələnmişdilər, bütün 
alçaq-hündürlükləri  tanıdıqlarına  görə  arabir 
bizim  postlara  hücum  edirdilər.  Adətən  səhərin 
ala-toranlığında, uşaqların yuxulu olma ehtimalı 
çox  olanda  iki-üç  pikapla  və  on  piyada  ilə 
hücuma keçirdilər. 
Suriya 
ordusunun 
Abbasabadda 
hərbi 
mərkəzi  vardı.  Sübh  çağı  üç  İŞİD  pikapı 
istehkamdan  keçib  oradakı  bütün  iyirmi  nəfəri 
şəhid etdi, sonra da qaçıb çöllükdə itdilər. Onlar 
Heydəriyyunun  İraqla  Suriya  sərhədindəki  iki 
postuna da belə diversiya hücumları etmişdilər. 
Bu  hücumlardan  sonra  Heydəriyyunda  ruh 
düşkünlüyü  yarandı.  Komandirləri  elan  etdi  ki, 
mənim 
döyüşçülərim 
postlarda 
qalmaq 
istəmirlər.  Onlar  birdən-birə  bütün  dörd  postu 
boşaldıb  geri  çəkildilər.  Halbuki  Seyid  Cəfər 
Fatimeyi-Zəhra (ə) briqadasıyla ən öndə yerləşən 
beşinci  postda  qalmışdı,  hər  an  İŞİD  tərəfindən 
tam  mühasirəyə  düşə  bilərdi.  Onda  iraqlıları 


 
304 
əvəz  edəcək  canlı  qüvvə  yox  idi,  Fatimiyyunun 
bütün briqadaları məşğul idi. 
Arxalarındakı  yol  təhlükəli  olduğuna  görə 
Fatimeyi-Zəhra  (ə)  briqadası  qayıda  bilmədi, 
qərargahın  razılığı  ilə  üç  gündən  sonra  qərbə 
doğru  gedib  Sədd  əl-vər  adlı  bir  yerdə  post 
qurdu.  Orada  təxminən  yüz  əlli  döyüşçü,  iki 
BMP,  dörd  pikap,  bir  tank  və  on  iki  minik 
avtomobili vardı. 


 
305 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin