İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə66/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   59   60   61   62   63   64   65   66   67
Abu-baran- 1

Qırx dördüncü fəsil  
Kərbəla ziyarəti 
Qərargahdan  deyildi  ki,  hər  briqada  Kərbəla 
ziyarəti  üçün  beş  nəfərin  adını  versin.  Bu  səfərlər 
növbə  ilə  baş  tutacaqdı.  Uşaqların  beşinin  adını 
verdik, ancaq avtobusa gedəndə gördük ki, beş nəfərin 
yerinə səkkiz-on nəfər dayanıb və getmək üçün xahiş 
edir.  Səfər  rəhbəri  deyirdi  ki,  avtobuslar  dolub,  yer 
yoxdur.  Uşaqlar  da  ağlayıb  deyirdilər:  “Avtobusun 
yerində,  ya da üstündə oturarıq, lazım olsa, arxasınca 
qaçarıq,  ancaq  bizi  də  aparın”.  Axırda  iki  oturacaqda 
üç  nəfər  oturdu,  hətta  avtobusun  yeri  də  doldu.  Üç 
avtobus ziyarətçi mühafizəçi avtomobillərin müşayiəti 
ilə  salam  və  salavatla  İraqa  yola  düşdü.  Bu  səfər  üç 
gün çəkdi.  


 
347 
Növbəti  səfər  üçün  batalyon  komandirləri  ilə  öz 
adımı 
verdim. 
Qərargahdan 
qayıdanda 
bölük 
komandirlərindən  birinin  səngər  düzəltmək  üçün 
külünglə  böyük  bir  çəlləyi  deşdiyini  gördüm.  O, 
briqadanın  bacarıqlı  və  zəhmətkeş  döyüşçülərindən 
idi.  Batalyon  komandirinə  dedim  ki,  onun  adını  da 
qeyd elə, alınsa, axşam xəbər verərəm, gətirərsən. 
Səhər  çağı  avtobusların  yanında  həmin  bölük 
komandirini də  gördüm. Halbuki onun səfər  məsələsi 
həll  olunmamışdı.  Təmiz  və  səliqəli  geyinmişdi,  ətri 
uzaqdan  duyulurdu.  Böyük  ümidlə  gəlmişdi,  geri 
qaytarmaq 
olmazdı. 
Bir 
nəfər 
Zeynəbiyyun 
avtobusunun  önündə  ziyarətçilərin  adlarını  oxuyub 
avtobuslara  mindirirdi.  Hamı  minəndən  sonra 
avtobusun 
qapısını 
bağlayıb 
Fatimiyyunun 
avtobusuna  yaxınlaşdı.  Bildim  ki,  indi  ən  yaxşı 
fürsətdir.  Tez  ona  dedim  ki,  gedib  Zeynəbiyyunun 
avtobusuna  minsin.  Görünür,  qismətində  varmış. 
Gedib  mindi,  Zeynəbiyyun  uşaqları  da  onu  ələ 
vermədilər. 
Bu  səfərin  qəribə  ab-havası  vardı.  Azadlığında 
iştirak  etdiyimiz  yeni  yolla  gedirdik.  Ayağım  yaralı 
olduğuna  görə  uzun  müddət  bir  yerdə  otura 
bilmirdim.  Belə  edəndə  keyiyirdi  və  daha  yeriyə 
bilmirdim.  Doqquz  saatdan  sonra  Kərbəlaya  çatanda 
isə  ayaqlarımda  zərrə  qədər  də  ağrı  və  keyimə  hiss 
etmədim.  Yeganə  səbəb  bu  səfərin  başqa  səfərlərlə 
fərqində idi. 
Ziyarətdən qayıdandan sonra nəhayət, gözəl təbiətli 
Hələb  şəhərinə  getmək  bizə  də  qismət  oldu.  Bütün 


 
348 
briqadanı  aparmazdan  öncə  özüm  gedib  uşaqların 
yerləşəcəyi yeri hazırladım. Qərara alınmışdı ki, daha 
Fatimiyyunun mövqeyi olmasın, lazım olduqda birbaş 
əməliyyata 
girsin. 
Suriya 
ordusu 
yetərincə 
güclənmişdi  və  biz  yalnız  ehtiyat  qüvvə  olaraq, 
Hələbin Buhus düşərgəsinə yerləşəcəkdik. 
Düşərgənin  bütün  binaları  dolmuşdu.  Qərargah 
komandiri  şəxsi  heyəti  Hələbə  aparım  deyə  nə  qədər 
israr  edirdisə,  razılaşmırdım.  Düşərgə  rəhbəri  ilə 
danışdım,  büdcə  alıb  yarımçıq  bir  tikilini  təmir 
etdirdim.  Bir  batalyonu  Hələbə  gətirdim,  növbəti 
batalyon  üçün  başqa  bir  bina  axtarmağa  başladım. 
Bütün briqadanı Buhusa köçürənə qədər bir aydan çox 
çəkdi.  Bununla  yanaşı,  hələ  də  qışda  istilik 
problemimiz  vardı.  Uşaqlara  deyirdim:  “Bu  qədər 
şikayətlənməyin, 
siz 
iki  il  fermada 
yaşamış 
adamlarsız. Bura hər-halda, bir binadır”. 
Bu  müddətdə  müharibə  və  döyüş  olmadı.  Səhər 
çağı  və  günortadan  sonralar  dərslər  təşkil  edirdik. 
Dini-mədəni proqramlar və ziyarət ekskursiyaları çox 
ciddiləşirdi,  hərdən  uşaqları  İmam  Hüseynin  (ə) 
başının  bir  gecə  saxlandığı  deyilən  kilsəyə  aparırdıq. 
Təhlükəsizlik  məsələsi  o  qədər  yaxşılaşmışdı  ki,  bir 
şəhərcik  ayrılmışdı,  komandirlər  və  məsul  şəxslər 
ailələrini Suriyaya gətirə bilirdilər. 
2019-cu  ilin  novruzunda  İrana  qayıtdım.  Üç  ildən 
sonra ilk dəfə idi bayramda evdə olurdum. Qızımın üç 
yaşı  vardı.  Mən  İranda  olanda  anamın  vəziyyəti 
pisləşdi, on iki gün xəstəxanada yatdı. Ağ ciyərinin 70 
faizi sıradan çıxmışdı. Ona xüsusi qulluq lazım idi. İki 


 
349 
ay  tərəddüd  içində  qaldım.  Fikirləşirdim  ki,  Suriyaya 
qayıdım,  yoxsa  anamın  yanında  qalım.  Nəhayət, 
qərara  gəlib  instaqramda  bir  post  paylaşdım  və 
uşaqlarla  sağollaşdım.  Ancaq  özümə  bu  ümidi 
verirdim ki, bir də qayıtsam, Şəhid Haşiminejad kimi 
qayıdacağam; adi piyada döyüşçü kimi. Əks-təqdirdə, 
Şəhid  Badpanın  sözü  ilə  desəm,  ömrümün  sonuna 
qədər həsrət çəkməli olacağa
m

 
 


 
350 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin