Azərbaycan
Azərbaycanda qida məhsullarının markalanması və etiketlənməsi qaydaları müəyyənləşir.
qida məhsullarının markalanması və etiketlənməsi aşağıdakı qaydalara uyğun həyata
keçirilməlidir:
1. alıcıya qida məhsullarının qida və enerji dəyəri, tərkibi, miqdarı, yararlılıq müddəti, saxlanma
şəraiti, tərkibindəki allergentlər, mənşəyi, istehsal üsulu və istifadə qaydaları barədə dolğun
məlumatlar verilməlidir;
2. məhsulların markalanması və etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən
tərzdə həyata keçirilməlidir;
3. qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi istisna olunmalıdır;
4. eynixassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat
verməklə istehlakçıların aldadılmasına yol verilməməlidir;
5. qanunvericiliklə müəyyən olunmuş hallarda təbii mineral sular və xüsusi təyinatlı qida
məhsulları istisna olmaqla hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan
xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar
verilməməlidir;
6. kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində
müvafiq xəbərdarlıq yazıları və nişanları olmalıdır
Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli 733-1Q nömrəli Qanununun 7-ci
maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının
təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 357
nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 102
nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki
qurğulara və avadanlığa sertifikatın verilmə Qaydaları”na uyğun olaraq hazırlanıb və təhlükə
potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa texniki təhlükəsizlik
sertifikatlarının və icazələrinin verilməsi*) mexanizmini müəyyən edir.
Metodika, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi
və fiziki şəxslərə şamil edilir.
1.2 Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıq, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada texniki təhlükəsizlik tələblərinə
uyğun olaraq sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və
sertifikatlaşdırılmış texniki qurğuların və avadanlığın siyahısı Azərbaycan Respublikası Dövlət
Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan
sonra-Dövdağtexnəzarət Komitəsi) tərəfindən təsdiq olunur.
1.3 Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın texniki
təhlükəsizlik baxımından sertifikatlaşdırılması Dövdağtexnəzarət Komitəsi tərəfindən aparılır.
1.4. Obyektdə istifadə olunan texniki qurğuların və avadvnlığın sertifikatlaşdırılmasının
məqsədləri aşağıdakılardır:
a) obyektlərin təhlükəsiz istismar olunmasını təmin etmək;
b) əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə yarada biləcək texniki
qurğuların və avadanlığın istismar olunmasının qarşısını almaq;
c) texniki qurğuların və avadanlığın istismara verilməsindən əvvəl və istismarı dövründə
təhlükəsizlik səviyyəsini müəyyənləşdirmək;
d) istehlakçılara, texniki təhlükəsizlik tələblərinə uyğun olmasını müəyyən etmək məqsədilə,
texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün seçilməsində köməklik göstərmək.
1.5 Bu Metodika, istismar müddəti qurtarmış texniki qurğulara və avadanlığa şamil edilmir,
həm də belə texniki qurğular və avadanlıq texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmır.
1.6 Texniki qurğularda və avadanlıqda, texniki təhlükəsizlik sertifikatı verildikdən sonra,
onların konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilməklə təhlükəsizlik
tələblərindən kənara çıxıldığı hallarda obyekti istismar edən şəxs Dövdağtexnəzarət Komitəsinə
qabaqcadan məlumat verməlidir. Bununla əlaqədar, dəyişiklik edilmiş texniki qurğuların və
avadanlığın yenidən sertifikatlaşdırılmasının yaxud əlavə yoxlama və sınaqların keçirilməsinin
zəruriliyi barədə Komitə qərar qəbul edə bilər.
1.7 Təhlükə potensiallı obyektlərdə texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə
sertifikatlaşdırılması Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş müvafiq plana
uyğun olaraq aparılır.
2.1 Bu Metodikada istifadə edilən terminlər aşağıdakı mənaları ifadə edir:
texniki təhlükəsizlik sertifikatı - texniki qurğunun və avadanlığın dövlət standartına, Azərbaycan
Respublikası tərəfindən tanınmış beynəlxalq standartlara, digər normativ aktların və texniki
sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə;
obyektin texniki təhlükəsizliyi (bundan sonra - texniki təhlükəsizlik)-vətəndaşların və cəmiyyətin
vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəza risklərindən
müdafiəsi üzrə tədbirlərin tətbiq edilməsi;
texniki nəzarət - istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən qaydaların,
normativlərin, texniki sənədlərin, təhlükə potensiallı obyektlərdə fəaliyyət növünə verilmiş
xüsusi razılığın və ya qaz təchizatı sahəsində xüsusi icazənin tələblərinə və şərtlərinə əməl
olunmasına, təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların, avadanlığın
texniki təhlükəsizlik sertifikatı ilə təminatına nəzarət;
texniki təhlükəsizlik nişanı - sertifikatlaşdırma sistemində müəyyənləşdirilmiş qaydalara müvafiq
olaraq, sertifikatlaşdırılan texniki qurğunun və avadanlığın texniki təhlükəsizlik tələblərinə cavab
verməsini təsdiq edən nişan ( əlavə 1);
sertifikatlaşdırma sistemi - sertifikatlaşdırmanı həyata keçirən iştirakçıların sertifikatlaşdırma
üzrə sistemin strukturu (əlavə 3);
akkreditasiya olunmuş laboratoriyalar - konkret məhsul növlərinin (proseslərin, xidmətlərin)
sınaqlarının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə
tanınmış sınaq laboratoriyaları;
normativ-texniki sənəd - müxtəlif fəaliyyət növlərinə və yaxud onların nəticələrinə aid texniki
qaydaları, normaları, şərtləri, ümumi prinsipləri və yaxud xüsusiyyətləri müəyyənləşdirən rəsmi
sənəd;
beynəlxalq standartlar - dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar,
norma, qayda və tövsiyələr;
milli standartlar - ayrı-ayrı müstəqil dövlətlərin ərazisində müvafiq qaydada hazırlanıb istifadə
edilir.
Nəticələr:
• Finlandiyada qadınlar arasında gündəlik duz qəbulu 1970-ci illərin sonlarında gündə
təxminən 12 qramdan 2002-ci ilə qədər gündə cəmi 6,5 qrama düşmüşdür.
• Finlandiya duz istehlakının monitorinqi üçün qızıl standart üsullardan istifadə etməklə
etibarlı sistemlər yaratmışdır.