1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
«Sənayenin təşkili və
bələdiyyə idarəetməsi»
kafedrası
«ERQONOMİKA VƏ İŞ
TƏHLÜKƏSİZLİYİ»
fənni üzrə
P R O Q R A M
(Bakalavr hazırlığı üçün)
Azərbaycan Respublikası
Təhsil
Nazirliyinin 28 mart 2016 – cı il
tarixli, 164 saylı əmri ilə təsdiq
edilmişdir.
BAKI – 2016
2
Bakı Biznes Universitetinin Fakultə Elmi Şurasının 10
sentyabr 2015-ci il tarixli, 01 saylı protokolu ilə təsdiq edilmiş-
dir.
Tərtib etdi:
dos. K.S.Kərimov
Redaktor:
dos.R.F. Sadıqov
Rəyçilər:
i.e.d., prof.İ.H.İbrahimov
i.e.d., prof.M.M.Fərzəliyev
3
ÖN SÖZ
“Erqonomika və iş təhlükəsizliyi” fənni bazar iqtisadı şə-
raitində əmək prosesində insanın funksional imkanlarını öyrən-
mək, işçinin əmək məhsuldarlığını, iş qabiliyyətini yüksəltmək
üçün optimal şəraitin yaradılması imkanlarını və qanuna-
uyğunluqlarıyı aşkara çıxaramağı tələb edir. Bu tələb tədris pro-
sesində də yeni fənnin tədrisini aktual etmişdir. Tədris prosesin-
də erqonomika və iş təhlükəsizliyi fənni əsasında fiziki mühitin,
insanın funksional vəziyyətinə və iş qabiliyyətinə təsirinin təd-
qiqi, mühitin zərərli təsirindən orqanizmi mühafizə edən effektiv
vasitələrin hazırlanması, psixoloji, fizioloji – gigiyenik və estetik
tələblər nəzərə alınmaqla, idarəetmənin müxtəlif növ vasitə və
məntəqələrinin əlverişli yerləşdirilməsində ümumi prinsiplərin
müəyyən olunmasıdır.
“Erqonomika və iş təhlükəsizliyi” fənninin öyrənilməsi tə-
ləbələrə aşağıdakı biliklərin mənimsənilməsinə imkan verməlidir:
- fənnin obyekti və predmetinin izah olunması;
- insanın antropometrik xüsusiyyətlərinin (ölçü, çəki, fiziki
qüvvə, iş zamanı hərəkət imkanı və istismarı) konstruksiya
düzgün seçilmiş parametrləri ilə xarakterizə edilməsi;
- əməyin elmi təşkili, istehsal mədəniyyəti və estetika
mahiyyəti;
- istehsalatda mühəndis psixologiyası araşdırılması;
- iş təhlükəsizliyinin təmin olunmasında elmi-texniki, iq-
tisadi və tətbiqinin rolu, işçilərin əməyə münasibətini tənzim-
ləyən hüquq normaları və təşkilatı tədbirləri öyrənilməsi;
- cəmiyyətin informasiyalaşdırılmasının məqsədi və
informasiya təhlükəsizliyi;
- mühəndis layihələndirilməsində əsas konstruktiv və tex-
noloji tələblər nəzərə almaqla texniki-ekonomiki göstəricilərin
optimal variantının seçilməsi və qiymətləndirilməsi;
- iş təhlükəsizliyinin təmin olunmasında radioaktiv şüalan-
malar və onlardan mühafizə tədbirlərinin öyrədilməsidir.