15.Ailənin büdcəsi
Ailə büdcəsini necə düzgün idarə etmək lazımdır?
Ailə büdcəsi: Bu mövzu ətrafında, xərclər və gəlirlər haqqında asanlıqla danışırıq.
Nəticə isə uzun müddət çəkmir. Bəs ailənin büdcəsini necə düzgün idarə etmək
lazımdır?
Bir əmək haqqı alırsınız, ancaq qısamüddətdən sonra baxırsınız ki, digər ehtiyaclarınız
üçün vəsait artıq qalmayıb. Pullar hara gedir, niyə onlar həmişə tez bitirlər?
Məqalədə bunun haqqında danışacağıq.
•
1 PUL NİYƏ HEÇ VAXT BİZƏ ÇATMIR?
•
2 XƏRCLƏRİ NECƏ NƏZARƏTDƏ SAXLAMAQ OLAR?
•
3 AİLƏ BÜDCƏSİNİ DOĞRU YÖNƏLTMƏK
•
4 GƏLİR
•
5 XƏRC
•
6 VACİB QAYDALAR
PUL NİYƏ HEÇ VAXT BİZƏ ÇATMIR?
Bunun səbəbi çox sadədir – insanlar öz xərclərini hesablamırlar.
Bir çox insanların ən çox yadında qalan xərcləri kommunal ödənişlərdir. Əsas
problemlər də məhz buradan qaynaqlanır. Xərcləri qeydə almamaq.
Büdcənizə zərər gətirən yerlərdən biri də supermarketlərdir. Yadınıza salın ay ərzində
çörək üçün baş vurduğunuz supermarketdən neçə dəfə əlidolu paketlərlə çıxmısınız.
Evə gəldikdən sonra baxırsınız ki, əslində aldığınız məhsulların bir neçəsi əslində çox
da lazımlı deyilmiş. Əgər xərclərinizi izləməyi öyrənməsəniz bu hallar tez-tez baş
verəcək.
XƏRCLƏRİ NECƏ NƏZARƏTDƏ SAXLAMAQ OLAR?
Bir çox insanlar elə zənn edirlər ki, xərclərə nəzarət etmək çox qəliz məsələdir. Əslində,
bu belə deyil. Bütün xərcləri, qeyd dəftərinə və ya mobil telefonuzun qeyd bölməsinə,
müvafiq proqramlarda qeyd etmək çox az zamanınızı alacaq. Hətta sizə əhəmiyyətsiz
görünən
xərclər
belə
qeyd
olunmalıdır.
Ekspertlər təsdiqləyirlər ki, xərclərinizi daim qeyd etməyiniz büdcənin təxminən 20% və
ya daha çoxunu xilas edəcək. Narahat olmayın, ilk vaxtlarda belə bir xərc nəzarəti sizdə
çətin ola bilər, amma gələcəkdə bir vərdiş halına gələcək və bunu rahat şəkildə
edəcəksiniz.
AİLƏ BÜDCƏSİNİ DOĞRU YÖNƏLTMƏK
Ailə büdcəsi ailənin cari ay üçün bütün xərcləri və mənfəətini göstərir. Siz büdcənizi
planlaşdırmaqla vəsaitinizi harda gəldi deyil, doğru şəkildə xərcləyəcəksiniz.
Nəticədə, təkcə özünüzü idarə etməyi deyil, ailənizin maddi vəziyyətinə də müsbət təsir
göstərəcək
qənaət
etməyi
də
öyrənəcəksiniz.
Maraqlıdır ki, bu proses çətin, hətta xoş görünməyəcək, ancaq ilk müsbət nəticələrə
çatanda sevinc hissi yaşayanda nə qədər doğru etdiyinizi biləcəksiniz.
GƏLİR
Ailənin büdcəsini planlaşdırmağa başlayın, gəlirlərinizi əlavə xərclərdən qorumaq üçün
bu ən yaxşı yoldur. Əmək haqqınızı, əlavə nə gəliriniz varsa hamısının siyahıya alın.
XƏRC
Gəlirləri qeyd etdikdən sonra əsas məsələ olan xərc ödənişlərini qeyd edin. Zəruri olan
bütün xərclərlə yanaşı, ən xırda ödənişlərinizi belə qeyd edin.
VACİB QAYDALAR
Hər bir gün və ya ay üçün bir məbləğ təyin edin. Zəruri olmadığı təqdirdə heç vaxt
müəyyən
etdiyiniz
xərc
məbləğini
keçməyin.
Büdcə qaydası sistemli bir şəkildə pozulursa, ehtimal ki, düzgün sistem qurmamısınız.
Xərclərinizi yenidən nəzərdən keçirib, daha düzgün büdcə planlayın.
Əslində, büdcəni saxlamaq çətin deyil və onu planlamaq çox faydalıdır. Daha faydalı isə
əlinizdə olan vəsaiti daha doğru şəkildə dəyərləndirməkdir. Əlavə qalan vəsaitinizi,
məsələn, valyuta bazarlarında yatırım edərək daha çox gəlir əldə edə bilərsiniz.