Giriş-cıxış əməliyyatlari
16 və 17ci sualların cavabı biryerdə burdadı.
Giriş əməliyyatlarını yerinə yetirmək üçün aşagıdakı funksiyalardan istifadə etmək olar:
İnput( ) və raw_input( ).
Bu funksiyaların arqumenti olaraq sətir bildirişlərindən istifadə olunur ki,bu sətirdə hansı verilənlərin
daxil olması haqqında məlumat verilir.Sətir bildiriş bir və ya iki dırnaq arasında yazılır. Input( ) və
raw_input( ) əməliyyatlaı yerinə yetirilən zaman interpretator proqramı dayandırır,sətir bildirişdən
sonra dəyişənin tələb olunan qiyməti daxil edilir və sonra «Enter» düyməsi sıxılır.Əgər bir neçə
qiymət daxil edilərsə onların arasında vergül qoyulur və axırıncı qiymətdən sonra «Enter» sıxılır.
input() funksiyası istifadəçi tərəfindən verilən məlumatı standart olaraq sətir kimi saxlayır. Buna görə
də, biz başqa bir məlumat növü daxil edərkən, onu məlumat tipinin çevrilməsi funksiyaları vasitəsilə
çevirməliyik.
Məsələn: eded = int(input(“eded daxil edin”))
Bu örnəkdə sətir tipli məlumatı, tam ədədə çevirdik. Dırnaq arasındaki ifadə ekrana yazdırılır.
Sətir qiymətlərini daxil etmək üçün raw_input( ) funksiyasından istifadə edilir.
İnput( ) funksiyasından fərqi odur ki,daxil etmə zamanı sətir qiymətləri dırnaq arasında yazılmır.Əgər
raw_input( ) funksiyası vasitəsi ilə ədəd daxil edilərsə o,sətir tipinə çevrilir.Misallar:
>>>name=raw_input(‘Adın nədir?’) “Enter”
Adın nədir? Vaqif “Enter”
Giriş operatoru:
Nəticəni çıxışa vermək üçün print operatorundan istifadə edilir.print funksiya deyildir.
Bu operatorun köməyi ilə sətirləri və ədədləri çıxışavermək mümkündür.
Məsələn: print (“ 113”) və ya print (“ python”)
Aralarında vergül olan bir neçə qiymətin çıxışa verilməsi zamanı print operatoru dəyişənlərin
qiymətləri arasında avtomatik olaraq probel qoyur.
Print() funksiyası daxili funksiyadır. Başqa sözlə, bu, python daxilində yerləşən istifadəçi tərəfindən
yaradılmayan bir funksiyadır. Onun məqsədi Displey/konsol pəncərəsində xüsusi mesajı çap etməkdir.
\ işarəsi pytonda istifadə edildikdə xüsusi məna daşıyır. \ işarəsi pytonda qaçış simvolu adlanır. \
simvolunu istifadə etdikdə ondan sonra gələn simvolun nə olması vacibdir. \ simvolu n simvolu ilə \n
kimi istifadə edildikdə, bu, konsolun yeni sətir yaratmasına səbəb olur.
Sep ifadəsi ingilscədən separator( ayırıcı) sözünün qısaltmasıdır.Qoşa dırnaqla ayrılmış sətirlər
arasında sep parametrindən istifadə edərək boşluqlardan və ya müxtəlif simvollardan istifadə edə
bilərik. Burada diqqət çəkən məqam odur ki, çap olunacaq sözlərin deyil, vergül (,) ilə ayrılmış
hissələrin arasına boşluqlar və ya simvollar əlavə olunacaq. Örnək:
>>> print("T", "C", sep=".")--------->T.C
Burada Python-a aşağıdakı əmri verdik:
“T” və “C” sətirlərini birləşdirin! Bunu edərkən, bu sətirlər arasında bir nöqtə qoy.
Sep parametrinin digər parametrlərdən fərqi ondan ibarətdir ki, həmişə öz adı ilə istifadə olunur.
Texniki olaraq belə parametrlər “adlandırılmış parametrlər” adlanır.