SəRBƏst iŞ TƏLƏBƏ: Rəsulova Bahar


 Səfəvilər dövlətinin süqutu -



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix07.04.2022
ölçüsü0,65 Mb.
#115192
1   2   3   4
ADU-Səfəvi dövləti

1.2 Səfəvilər dövlətinin süqutu - XVII əsrdə ənənəvi düşmənləri Osmanlılar 

və Şeybanilər ilə döyüşünü davam etdirərkən, iki yeni qonşu ilə də rəqabətə girişmək 

məcburiyyətində  qaldı.  Moskva  Knyazlığı  Altınorda  Xanlığının  davamı  olan 

Astraxan, Qazan, Sibir Küçüm və Noqay Xanlıqlarını aradan qaldırmış, nüfuzunu 

Qafqaz və Orta Asiyaya qədər yaymışdı. Babür Dövləti isə Qəndəhar və Heratı işğal 

edərək daha əvvəl Azərbaycan idarəsindəki Əfqanıstana sızmağa başlamışdı.Bütün 

bunlardan başqa 17-ci əsr boyunca Şərq — Qərb arasındakı ticarət yolu dəyişmiş, 

Avropalıların kəşfləri və Osmanlıların dənizdə həddindən artıq səfərləri nəticəsində 

Azərbaycandan  uzaqlaşmışdı.  I  Şah  Abbasın  ordusunu  ödənişli  qulam  (yığma) 

sisteminə çevirməsi qısa vəd edə işə yaradısa da, sonrakı əsrdə əyalətlər üzərindəki 

təzyiq  və  ağır  vergilərlə  birlikdə  ölkənin  sosyal  —  iqtisadi  gücünün  zəifləməsinə 

gətirib çıxardı. 

 

 

 



Ölkə tez-tez, mərkəzdən uzaq sərhəd boylarında basqınlara uğramağa başladı. 

1698-ci  ilfə  Kirman  əyaləti  Beluclar  tərəfindən,  1717-ci  ildə  Xorasan  əfqanlar 

tərəfindən  və  Mesopotamiya  Ərəb  bədəviləri  tərəfindən  zəbt  və  qarətlərə 

uğradı.Səfəvi dövlətinin zəifləməsindən itifadə edən əfqanlar fəallaşmağa başladılar. 

Gilzayi  Mir  Üveys  Hotaki,  Qandəharın  Səfəvi  hakimi  Gürgən  xana  qarşı  qiyam 

qaldırdı  və  üzərinə  göndərilən  Səfəvi  ordusunu  məğlub  etdi.  1722-ci  ildə  Mir 

Üveysin oğlu Mir Mahmud Səfəvilərin paytaxtı İsfahanı ələ keçirərərək özünü İran 

şahı elan etdi. 

 

 

 



 

 

 



 

 

 



 

 



 

Əfqanlar, on ildən çox bir müddətdə zəbt etdikləri Azərbaycan torpaqlarından 



çıxarılamadılar. I Şah Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülən Əfşar 

Türkmanlarının bəyi və Səfəvilərin ən təsirli komandiri Nadir Xan (sonrakı Nadir 

Şah) nəhayət 1729-cu ildə Damğan döyüşündə əfqanları məğlubiyyətə uğratdı və 

Azərbaycandan çıxardı. Lakin əfqanlar hələdə Səfəvi torpaqlarına daxil olub talanlar 

törədirdilər. Bu səbəbdən 1738-ci ildə Nadir Şah başda Qəndəhər olmaq üzrə təkrar 

Şərq İranı fəth etdi. Qəndəharın ələ keçirilməsi ilə əfqanlar tamamilə məğlubiyyətə 

uğradıldılar.Nadir həmin ildə Qəznə, Kabul və Lahoru fəth etdi.  

 

 



Nadir şah 1732-ci ildə II Şah Təhmasibi (1722–1732) taxtsan salaraq onun 

oğlu III Şah Abbası hakimiyyətə gətirdi. Nəhayət 1736-cı ildə, onsuz da əlində olan 

iqtidar çəryini istifadə edərək özünü Azərbaycan və İranın şahı elan etdi. Bununla 

da  1736-cı  ildə  Səfəvi  xanədanı  süquta  uğramışdır.  1747-ci  ildə  Nadir  Şahın  sui-

qəsd nəticəsində öldürülməsi ilə Səfəvilər yenidən şahlığı ələ keçirdilər. Əslində isə 

dövləti  III  Şah  İsmayılın  adından  Kərim  xan  Zənd  idarə  edirdi.  Lakin  Zənd 

xanədanının  da  ömrü  uzun  sürmədi.  1794-cü  ildə  Qacarlar  tərəfindən  Zəndlər 

sülaləsinin hakimiyyətinə son qoyuldu. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin