“Məmulatların konstruksiyasının texnolojiliyə işlənməsinin ümumi
qaydaları. Texnoloji nəzarətin əsas formaları”
Konstruksiyanı texnolojiliyə aparılan işlərdən asılı olaraq texnoloji
nəzarətin əsas aşağıdakı formalarından istifadə edirlər:
Daxili nəzarət – belə nəzarət konstruktor sənədlərini işləyən təşkilatın
iştirakçıları tərəfindən layihənin işlənməsi zamanı aparılır. Belə nəzarət özü də
3 mərhələdə yerinə yetirilir:
1) Məsləhətləşmələr və illik nəzarət. Belə nəzarət təşkilatın bilavasitə
bölmələri üzrə aparılan konstruktiv məsləhətləşmələr olur. Bu sahədə təşkilatın
bütün bölmələri kontruktor, texnoloji, baş mexanik və s. bölmələr iştirak edir.
2) Originalda hazırlanmış qrafiki və mətn sənədlərinin yoxlanılması. Bu
sənədləri yoxlamazdan öncə sənədləri yoxlayan, işləyən, nəzarət edən və s.
qrafalarda imzaların olması yoxlanılır. Nəzarətə təqdim edilən bütün texniki
sənədlər kompleks şəklində olmalı və bu sənədlər ancaq hər hansı məmulata
ayrılmalıdır. Bu sənədlərə texniki tapşırıq, eskiz və texniki layihə cədvəlləri
bütün sənədlər standart üzrə işlənib hazırlanmalıdır. Bütün sənədlər kompleks
şəklində təqdim edildikdən sonra nəzarətə aşağıdakılar təqdim olunur: yığma
vahidlərinin cizgiləri, sxemlər, mətn sənədləri, texniki şərtlər, izahat vərəqəsi
və s.
3) Texniki nəzarət qrafasına yoxlama və imzalar və mətn sənədlərinin
nəzarətinin düzgünlüyü təsdiq olunur. Əgər sənəd işlənibsə, bu halda texniki
nəzarət qrafasında bu sənədi işləyən ən yüksək kateqoriyalı işçinin imzası ilə
təsdiq edilir.
Texnoloji daxili nəzarət hazırlanmış plan qrafikinə uyğun müəssisə
rəhbərliyi tərəfindən aparılır. Xarici nəzarəti istehsalçı müəssisənin ixtisasçıları
tərəfindən konstruktor sənədlərinin işlənməsini də aparılır. Bu halda nəzarətin
sayı layihəni işləyən müəssisə ilə istehsalçı müəssisə arasında razılaşmalara
uyğun müəyyən olunur.
Dostları ilə paylaş: