birlikdə işləyən şərik təşkilatlar imzalayırlar. Birinci redaksiyanın işlənməsi
təşkilatlarla şərik təşkilatlar arasında fikir ayrılığı yarananda layihəni aparıcı
təşkilat imzalayır və hesabat vərəqində fikir ayrılığının məzmunu göstərilir.
Layihədə standartın tətbiqi üzrə təşkilati tədbirlər göstərilir. Burada yeni stan-
dartın tətbiqi üzrə müəssisə avadanlıq, material təchizatı üzrə müəssisə ara-
sında qarşılıqlı əlaqə göstərilir. Standartın layihəsinin işlənməsi zamanı şərik
təşkilatlarla fikir ayrılığı yaranarsa, aparıcı təşkilat sifarişçilərin və layihəni
işləyənlərlə bərabər müşavirə aparılır. Bu müşavirədə layihənin birinci
redaksiyasının qəbul edilməsi üzrə qərar qəbul edilir. Aparıcı təşkilat layihəni
texniki tapşırıqda göstərilən təşkilatlara rəy alınması üçün göndərilir. Bu
təşkilatlar 1 aydan gec olmayaraq 2 nüsxədə standart layihəyə rəy hazırlayıb
aparıcı təşkilatlara göndərirlər. Nazirlik, idarə və ictimai təşkilatlardan alınan
rəylər aparıcı təşkilat tərəfindən ümumiləşdirilərək təsdiq üçün nazirliyə
hazırlanır. Bu proses 2 ay müddətində yerinə yetirilir.
Dostları ilə paylaş: