“Standartların dövlət qeydiyyat qaydaları və onların qeydiyyatdan
keçirilməsi”
Standartların dövlət qeydiyyatını ARSMPDK-nin aşağıdakı orqanları
yerinə yetirir:
Standartlar və texniki şərtlər mərkəzi dövlət fondu
Standartlaşdırma və Metrologiya Respublika idarəsi və ya Stan-
dartlaşdırma və Metrologiya üzrə respublika mərkəzi
İxrac üçün standartlar və standarta əlavələr ГОСТ 1.22-85 standartının
tələblərini nəzərə almaqla qeydiyyat keçirilir. Standarta dəyişikliklər dövlət
qeydiyyatında standartlar üçün nəzərdə tutulmuş qaydada aparılır. Standartların
ləğv edilməsinin vacibliyinin razılışdırılması, bunları təsdiq edən sənədlərin
surəti qoşma məktubla təqdim edilməli və ləğvetmə haqqında sənədlərin
nömrələri bu məktubda göstərilməlidir.
Standartların dövlət qeydiyyatı, onların daxil olduğu 15 gündən gec
olmayaraq, standartlaşdırma və metrologiya komitəsi tərəfindən qoyulmuş
qaydalara əsasən aparılır. Standartların dövlət qeydiyyatına olunma qaydaları
pozulduğu halda onu qeydə almırlar və qeydə almamanın səbəbini qoşma
məktubda göstərməklə yenidən işlənməyə qaytarırlar.
Standartın dublikatının birinci səhifəsi və 2 surətinə qeyd aparan və ya
təşkilatın adını, tarix müddətini, qeydiyyat nömrəsini göstərməklə möhürlə
təsdiq edilir. Standartın dublikatının və birinci nüsxəsinin surəti standartın
qeydiyyatını aparan orqanda qalır. Standartın ikinci surəti onun dövlət
qeydiyyatı üçün təqdim edilən təşkilata göndərilir. Standartın əslini saxlayan
təşkilat, qeydiyyatdan keçən standartın əslinə və surətinə qeydiyyat haqqında
məlumat rəqəmlərini köçürür. Dövlət standartları, dövlət qeydiyyatından
keçdikdən sonra 15 gün müddətində onun 1 nüsxəsinin surətini dövlət
standartları mərkəzinə və texniki şərtlər fonduna göndərilir.
Standartların təsir müddətlərini məhdudlaşdırmaqla və ya məh-
dudlaşdırmadan təsdiq edirlər. Standartları təsdiq edən zaman layihəyə əlavə
standartın tətbiqinə dair texniki tədbirlər planı da əlavə edilir. Bu texniki
tədbirlət planı və standartın təsir müddətinə uyğun standartların həyata
keçirilməsi məhsul istehsalında dövrü yoxlamalar müddəti (intervallar)
müəyyən edilir. Təşkilati-metodiki və ümumtexniki standartlar, bir qayda
olaraq təsir müddəti məhdudlaşdırılmadan təsdiq edilir. Məhsula texniki şərtlər
və qiyməti, məhsul istehsalının başlanmasına qədər İqtisadi İnkişaf
Nazirliyinin Tarif Şurasının və qiymət komitəsinin qərarı ilə qiymətləndirilir.
Texniki tədbirlər planında məhsulun istehsalına dair avadanlıq, xammal,
texniki ləvazimat və avadanlıqlarla müəssisənin təchiz edilməsinə dair konkret
plan işlənib hazırlanır. Bu işin əhəmiyyətliliyini nəzərə alaraq nazirlər kabineti
ilə aparılan razılaşmalar əsasında müxtəlif nazirliklərlə standart məmulun
buraxılmasında iştirak edirlər. Standart üzrə hazırlanan məhsulların nəzarəti
dövlət səviyyəsində aparılır və standarta uyğun olmayan məhsul hazırlanması
ilə məşğul olan şəxslər hüquqi qaydada cəzalandırılır.
Dostları ilə paylaş: |