Mövzu № 7.
DİO-nun etik normaları və onun əhəmiyyəti
.
AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A SI
KAFEDRA: “İCTIMAİ ELMLƏR”
FƏNN: “Peşə etikası”
Mövzu № 8.
DİO-nun etik normaları və onun əhəmiyyəti
.
Tərtib etdi: “İctimai elmlər” kafedrasının
müəllimi, polis baş leytenantı
Rəhim Məcnunov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ___ «______» __________ 2015-ci il.
B A K I – 2015
2
Mövzu № 7.
DİO-nun etik normaları və onun əhəmiyyəti
.
P L A N :
Giriş:
1. Əxlaq normaları və onun tarixi təsnifatı.
2. DİN və əxlaq.
3. Etik normaların cəmiyyətdə mövcud münasibətlərin formalaşmasında və
tənzimlənməsində rolu.
4. Dövlət qulluqçularının eləcə də DİO əməkdaşlarının mənəviyyatının və
dünyagörüşünün formalaşmasında, onların xidməti fəaliyyətində və
xidmətdənkənar vaxtlarında etik normaların rolu.
Nəticə:
Ə D Ə B İ Y Y A T:
1. S.H.Hümbətov. V.G.Abışov. DİO-da idarəetmənin elmi-metodik və təşkilati
əsasları. Bakı, 2001.səh. 8-12.
2. Sabit Bağırov. «İşguzar etika». Bakı, 2003. səh. 65-70.
3. Бархин Н.Г. Специфика исcкуства. М., 1984. c. 25-49.
4. Бедхлубенко С.Д. Природа исскусства. М., 1982. c.18-33.
5. Бражник С.И. Исскуства и его роль в эстетическом воспитании
работников ОВД. М., 1985. c. 93-107.
6. Гульча А.А. Принципы эстетиkи. Киев, 1985. c. 11-19.
7. Еждимичев С.П. Калучин Н.И. О профессии следователя. Волгоград,
1975 г. c. 53-64.
8. Ибрагимов М.М. Профессиональная этика и эстетическая культура
сотрудников ОВД. c. 84-115.
9. Ковалевский С.Н. Научные основы административного управления.
М.,1982 г. c. 37-90.
10. Сколенский Я.И. Этика милицейской службы. М.,1980. c. 17-45.
11. Соцальная природа искусства и его роль в формировании
профессиональных сотрудников ОВД. Киев, 1990. c. 90-121.
3
G İ R İ Ş
Əxlaq normaları insanlar arası münasibətlər, eləcə də insanların mənəvi
həyat və fəaliyyətinin birliyidir. O, insan və cəmiyyətin ruhi inkişafdakı keyfiyyət
və nailiyyətlərinin səviyyəsidir. Etik mədəniyyətin əsasını insanların maraq,
tələbat, bilik və xarakterdən ibarət dəyərlər sistemi təşkil edir. Cəmiyyətin etik
mədəniyyəti sosial-mədəni inkişaf və dövlət təhlükəsizliyinin mühüm şərtidir.
İctimai şüur forması olan etik mədəniyyət insanların irsi keyfiyyət və
tərbiyələrindən, eləcə də bütövlükdə cəmiyyətin maddi rifahından asılıdır.
Əxlaqın mənşəyi, mahiyyəti, kateqoriya, prinsip və qanuauyğunluqlarından
xüsusi fəlsəfə elm–etika bəhs edir. Başqa sözlə, etika əxlaq haqqında elmi
nəzəriyyədir.
Hazırda respublikamızda, xüsusilə əmək kollektivləri, ictimai qruplar, siyasi
partiya və təşkilatlar, ailə məişət, mədəni münasibətlər, tibb və s. sahələrdə
insanlar arasındakı qarşılıqlı əlaqə və münasibətlər çox hallarda, rəsmi, hüquqi
normalarla deyil (onların rolu tam inkar edilməmək şərtilə), əsasən əxlaq normaları
ilə, davranış qaydaları ilə tənzim olunur. İctimai rəy, yəni daha təsirli vasitəyə
çevrilir. Ona görə də hazırda şəxsi mənəvi nümunə, nüfuz, şəxsi fəallıq,
təşəbbüskarlıq, təmizlik, ləyaqət hissi, işgüzarlıq və s. kimi yüksək mənəvi
keyfiyyətlə cəmiyyətdə mühüm tərbiyəvi və tənzimedici vasitə kimi çıxış edir,
sözlə işin uyğun gəlməməsi və mənəvi laqeydlik kimi əsas, “əxlaqı bəlaya”
çevrilmiş halların aradan qaldırılmasına fəal müsbət təsir göstərir.
Beləliklə, uzun tarixi bir proses keçmiş, adət ənənələrin və tarixən
formalaşmış münasibətlərin nəticəsində yaranmış əxlaq normaları bugünkü
günümüzdə də insanlar arasında, müxtəlif sosial qruplar arasında münasibətlərin
formalaşmasında və tənzimlənməsində mühüm rol oynayır.