Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə24/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   101
FƏSĠL 4. MÜƏSSĠSƏNĠN TƏSƏRRÜFAT 
FƏALĠYYƏTĠNĠN PLANLAġDIRILMASI 
 
4.1. PlanlaĢdırmanın mahiyyəti, prinsipləri və 
metodları 
 
Sənayenin  elmi  əsaslarla  idarə  olunmasının  ən  mü-
hüm  cəhətlərindən  biri  də  onun  planlaşdırılmasıdır;  plan-
laşdırma  idarəetmənin  əsas  funksiyasıdır;  planlaşdırma 
idarəetmə vasitəsidir.  
Planlaşdırma,  bazar  iqtisadi  sisteminə  əsaslanan  cə-
miyyətin iqtisadi qanunlarının, xüsusilə tələb və təklif ara-
sında tarazlıq qanunun düzgün dərk olunması və istifadəsi 
əsasında xalq təsərrüfatına, onun ayrı-ayrı sahələrinə, mü-
əssisələrə rəhbərliyin formasıdır.  
Əgər planlaşdırmanın prinsipləri, planın tərtibində tət-
biq olunan metod və istifadə olunan göstəricilər sistemi iq-
tisadi proseslərin mahiyyət və əlaqələrini düzgün nəzərə ala 
bilirsə, belə planlaşdırma elmi planlaşdırma hesab olunur.  
“Plan”  yunan  sözü  olub,  məzmununa  görə  “rəvan”, 
“bərabər”  sözlərinə  uyğun  gəlir.  Plan-məqsədi,  məzmunu, 
həcmi, metodları, ardıcıllığı, icra olunma vaxtı göstərilməklə 
müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş 
və  tapşırıqların  məcmusunu  özündə  əks  etdirən  sənəddir 
(məsələn, tədris planı, istehsal planı, biznes-plan və s.). 
Planlaşdırma plan dövrü üçün işlənib hazırlanan iqti-
sadi və sosial məsələlər kompleksi olub, onların həlli vasi-
təsilə cəmiyyətin ehtiyaclarının həyat səviyyəsinin yüksəl-
dilməsini  nəzərdə  tutur.  Planlaşdırma  –  məqsədə  çatmaq 
üsuludur, resursların tədarükü və məhsul istehsalının vax-
tında, ahəngdar istehsal edilməsinin zəruri şərtidir. 


 
 
75 
“Planlaşdırma”  anlayışına,  elmi  formalaşdıran  bilik-
lər  sistemi  kimi  və  habelə  ictimai  həyatın  bütün  sahələri-
nin  şüurlu  nizamlanmasına  yerləşdirilmiş  fəaliyyət  növü, 
praktiki proses kimi də baxmaq olar. 
Planauyğun  inkişaf  –  ölkənin  təsərrüfatının  ən  mü-
hüm üstünlüklərindən ibarətdir. Planlaşdırma nəinki müm-
kündür, hətta obyektiv olaraq, zəruridir. İctimai istehsalın 
müxtəlif sahələrinin inkişafında daimi və planauyğun pro-
porsionallıq olmadan, istehsal vasitələri istehsalı ilə isteh-
lak vasitələri istehsalı arasında, sənaye ilə kənd təsərrüfatı 
arasında, sənayenin sahələri və ayrı-ayrı  müəssisələri ara-
sında  proporsionallıq  olmadan  iri  təsərrüfatı  müvəffəqiy-
yətlə  idarə  etmək  olmaz.  Bütün  bu  proporsiyalar  ölkənin 
xalq  təsərrüfatı  planlarında  nəzərdə  tutulur  və  həmin 
planlar yerinə yetirilərkən onlara riayət edilməlidir.  
Planlaşdırma  istehsalın  arası  kəsilmədən  artması  və 
təkmilləşməsi,  məhsuldar  qüvvələrin  düzgün  yerləşdiril-
məsi və inkişaf etməsi üçün zəruri şərtdir. O, əmək və ma-
terial  ehtiyatlarından  qənaətlə  istifadə  edilməsinə  şərait 
yaradır  və  ölkələrinin    təsərrüfat  quruculuğunu  əlaqələn-
dirməyə imkan verir.  
Bütünlükdə  xalq  təsərrüfatının  inkişafının  planlaşdı-
rılması  onun  ayrı-ayrı  sahələri  və  müəssisələrinin  işinin 
planlaşdırmaq  zərurətini  müəyyən  edir.  Sənaye  müəssisə-
ləri  fəaliyyətinin  planlaşdırılması  müəssisə,  habelə  müəs-
sisənin  sexlərinin  və  onların  ayrı-ayrı  sahələrinin  işinin 
planlaşdırılması (müəssisədaxili planlaşdırması) cəmiyyə-
tin planlaşdırmasının ümumi sisteminin ayrı-ayrı halqala-
rıdır.  Müəssisə  üzrə  və  müəssisədaxili  planlaşdırma  sahə 
və xalq təsərrüfatı planlaşdırmasının bilavasitə ardı olmaq-
la, onunla bir vəhdət təşkil edir.  


 
 
76 
İctimai  istehsal  prosesinin  həyata  keçirilməsinin 
“tələb – resurs – planlaşdırma – vəzifə – funksiya – qərar” 
sistemində  idarəetmənin  planlaşdırma  funksiyası  mühüm 
yer  tutur.  Buna  görə  də  müəssisə  daxilində  planlaşdırma 
işləri  idarəetmənin  bütün  pillələrində  –  sexlərdə,  istehsal 
sahələrində,  briqadalarda  və  bütövlükdə  müəssisə  üzrə 
həyata keçirilir. Hər sənaye müəssisəsinin planı dövlət si-
farişi xalq təsərrüfat planının tapşırıqlarına, dövlət sifarişi 
əsasən  tərtib  edildiyindən  müəssisənin  fəaliyyətinin  plan-
laşdirilması  direktiv  xarakter  daşıyır.  Dövlət  sifarişi  hər 
istehsalat  kollektivi  üçün  əsasdır  və  hökmən  yerinə  yeti-
rilməlidir.  
Sənaye  müəssisələrinin  planları  möhkəm  təməl  üzə-
rində qurulur, çünki ictimai istehsal sistemində  hər müəs-
sisənin  yeri  dürüst  müəyyən  edilmişdir.  Dövlət  sifarişləri 
müəyyən miqdarda və müəyyən keyfiyyətli məhsul hazır-
lamaq üçün müəssisə qarşısında onun üzərinə konkret və-
zifələr  qoyur.  Eyni  zamanda  plan  bu  vəzifələri  yerinə  ye-
tirmək  üçün  müəssisənin  ixtiyarında  olan  materialları    və 
əmək ehtiyatlarını da müəyyən edir.  
Müəssisədə planlaşdırma işi  yalnız plan orqanlarına 
məxsus bir vəzifə deyildir; plan müəssisənin hər sahəsinin, 
hər sexinin işinə ediləcək rəhbərliyin əsasıdır.  
Müəssisədaxili  planlaşdırma  müəssisə  kollektivinin  
canlı  və  əməli  fəaliyyətidir.  İstehsala  plan  üzrə  rəhbərlik 
etmək,  planları  tamamilə  və  artıqlaması  ilə  yerinə  yetir-
mək  uğrunda  aparılan  mübarizədə  əldə  edilmiş  təcrübələ-
rin öyrənilməsinə, ümumiləşdirilməsinə  və  onlardan isti-
fadə edilməsinə əsaslanır. O planların yerinə yetirilməsinə 
nəzarət  etmək  işi  ilə  üzvi  surətdə  əlaqədardır;  planların 
yerinə yetirilməsinə nəzarət edilməsi isə istehsalın gedişini 


 
 
77 
düzgün  nizama  salmağa,  müəssisənin  normal  işini  pozan 
disproporsiyaların əmələ gəlməsinə yol verməməyə, plan-
ların  vaxtından  əvvəl  yerinə  yetirilməsi  üçün  ehtiyatları 
aşkar etməyə imkan verir. 
Zavod  üzrə  və  zavoddaxili  əsas  planlar  əmək  və 
maddi vəsait sərfinin mütərəqqi normalarına əsasən hazır-
lanır.  Planların  göstəriciləri  texniki  –  iqtisadi  hesablama-
larla əsaslandırılır. Bu, onlara səfərbəredici xarakter verir, 
istehsalı daha da inkişaf etdirməyə, texnikanın tərəqqisinə, 
əmək və maddi vəsait sərfini azaltmağa kömək edir.  
Müəssisələrin  və  onların  bölmələrinin  (sexlərin,  sa-
hələrin)  planları  nəinki  kollektivin  qarşısına  müəyyən  və-
zifələr  qoyur,  bu  planlar  habelə  həmin  vəzifələri  həll  et-
mək üçün konkret yollar da göstərir. 
Planlarda zaman və məkan etibarilə  müəssisə planın 
necə yerinə yetirilməsi, planı nəinki tam, hətta artıqlaması 
ilə də yerinə yetirmək üçün nə kimi təşkilat texniki tədbir-
lərin görülməsi və  müəssisəyə nə kimi  vəsait alınması la-
zım gəldiyi haqqında da göstərişlər olur.  
Planlaşdırma  sənaye  müəssisəsinin  və  onun  bütün 
bölmələrinin  (sexlərin,  sahələrin,  təsərrüfatın)  istehsal-tə-
sərrüfat fəaliyyətinin bütün sahələrini əhatə edir. Buna gö-
rə  də  müəssisədaxili  planı  vahid  göstəricilər  kompleksin-
dən ibarətdir.  
Plan  göstəricilərinin  vəhdəti  onunla  müəyyənləşdiri-
lir ki, əvvələn müəssisənin ayrı-ayrı hissələri arasında üzvi 
əlaqə  vardır  və  onların  fəaliyyətinin  bütün  nəticələri  bir-
birindən  asılıdır.  İkincisi  də,  müəssisənin  hər  planı,  hansı 
müddətə bu plan tutulursa tutulsun və müəssisənin fəaliy-
yətinin hansı sahəsini əhatə edirsə etsin, təsdiq edilmiş ey-
ni göstəricilərə əsaslanır.  


 
 
78 
Müəssisədaxili planlaşdırma prosesində bu göstəricilər 
daha  da  təfsilləşdirilərək,  istehsalın  ayrı-ayrı  haqlarının  iş 
planlarına  çevrilir.  Bunu  plan  tutulan  dövrlər  haqqında  da 
söyləmək  olar.  Hər  hansı  bir  qısa  dövr  üçün  tərtib  olunan 
planlar daha uzun müddət tutulmuş planlarla əlaqədar olur.   
Müəssisədə  planlaşdırmanın  mühüm  vəzifələrindən 
biri  eyni  texnikanı  və  qabaqcıl  texnoloji  prosesləri  tətbiq 
etmək  və  onlardan  səmərəli  surətdə  istifadə  edə  bilmək 
üçün lazımi şərait yaratmaqdan ibarətdir.  
Planlaşdırma əməyin təşkilini yaxşılaşdırmağa, kadr-
ların mədəni – texniki səviyyəsini müntəzəm surətdə yük-
səltməyə,  təsərrüfat  hesabını  möhkəmləndirməyə,  qənaət 
üsuluna riayət etməyə kömək etməlidir.  
Müəssisədaxili planlaşdırmanın vəzifələrindən biri də, 
texniki  tərəqqi  ilə,  habelə  itkinin  və  qeyri-məhsuldar  xərc-
lərin  aradan  qaldırılması  ilə  əlaqədar  olan  daxili  istehsal 
ehtiyatlarını  aşkara  çıxarıb,  onları  səfərbərliyə  almaqdan 
ibarətdir.  Bunlar  müəssisəyə  öz  planını  nəinki  tamamilə, 
hətta artıqlaması ilə yerinə yetirmək üçün imkan yaradır.  
Müəssisədə  plan  işinin  əsas  mahiyyəti  aşağıdakılar-
dan  ibarətdir.  a)  yeni  məhsul  istehsalına  hazırlıq  işlərinə 
aid planlar  tərtib etmək; b) istehsalı  mənimsəmiş  məhsul-
ların hazırlanması planlarını tərtib etmək; c) istehsal üçün 
zəruri  olan  iş  qüvvəsini,  material,  enerji  və  başqa  maddi 
resursları  müəyyən  etmək  və  d)  plan  dövründə  müəssisə-
nin  istehsal-təsərrüfat  fəaliyyəti  göstəricilərini  texniki-
iqtisadi  cəhətdən  əsaslandırmaq.  Bu  işin  keyfiyyətlə  icra 
edilməsi  istehsalın  daxili  ehtiyatlarının  müntəzəm  surətdə 
aşkara çıxarılmasını və onlardan istifadə edilməsini təmin 
etmək üçün təşkilat-texniki tədbirlər hazırlanmasını nəzər-
də tutur.  


 
 
79 
Zavoddaxili  planlaşdırma  prosesində  planların  layı-
hələrinin  geniş  surətdə  müzakirə  edilməsi  təşkil  edilir, 
plan tapşırıqları bilavasitə icraçılara çatdırılır, planın yeri-
nə  yetirilməsi  üçün  operativ  hazırlıq  işləri  aparılır,  planın 
bir qərarda yerinə yetirilməsinə mane olan səbəblər aradan 
qaldırılır və bu məsələdə də istehsalın gedişinə arasıkəsil-
mədən nəzarət edilir və o nizama salınır.  
Müəssisədə  plan  sahəsində  aparılan  işlərə  istehsal, 
əmək,  əmək  haqqı  və  məhsulun  maya  dəyəri  planlarının 
yerinə  yetirilməsinin  texniki-iqtisadi  cəhətdən  təhlil  edil-
məsi işi də daxildir ki, bu da uçot və hesabatdan əldə edi-
lən məlumat əsasında həyata keçirilir.  
İri  müəssisələrdə plan işinin bölüşdürülməsi zərurəti 
meydana gəlir. Bu, məsələn, yeni məhsul istehsalına hazır-
lıq  və  onun  mənimsənilməsi,  yeni  texnikanın  tətbiq  edil-
məsi,  material-texniki  təchizat,  avadanlığın  təmiri  və 
əsaslı tikinti işlərinin planlaşdırılmasına aiddir. Plan işinin 
bu bölmələrindən hər birinə müvafiq istehsalın işinin plan-
laşdırılması da daxil edilir. 
Adətən,  zavoddaxili  planlaşdırma  aşağıdakı  prinsip-
lər əsasında həyata keçirilir:  
a)  demokratik  mərkəziyyət  prinsipi-əsas  strateji  mə-
sələlərin  həllində  mərkəzləşdirilmiş  rəhbərliyin  demokra-
tiyanın  inkişafı  ilə,  planlaşdırmada  əmək  kollektivinin 
iştirakının genişləndirilməsi ilə  əlaqələndirilməsini nəzər-
də tutur; 
b)  elmlilik  prinsipi–iqtisadiyyatın  dərk  edilmiş  inki-
şaf  qanunauyğunluqlarından  istifadə  olunmasını,  hər  bir 
müəyyən dövrdə fəaliyyət göstərən obyektiv və subyektiv 
amillərin nəzərə alınmasını nəzərdə tutur; 


 
 
80 
c)  fasiləsizlik  prinsipi  –  o  deməkdir  ki,  müəssisənin 
perspektiv,  cari  və  operativ  planları  qarşılıqlı  əlaqəli    ol-
malı və planların yerinə yetirilməsinin müxtəlif mərhələlə-
rində əldə edilmiş resurs  və nəticələrdən asılı olaraq, real 
iqtisadi vəziyyətin daim dəyişən şəraiti nəzərə alınmalıdır; 
d) komplekslilik prinsipi – planların istehsalın bütün 
tərəflərini,  yəni  istehsalı,  elmi-texniki  tərəqqini,  əmək, 
maliyyə və s. – ni əhatə etməsini nəzərdə tutur. Bu prinsip 
tələb  edir  ki,  müəssisə  miqyasında  ayrı-ayrı  məsələlərin 
həllinə kompleks yanaşılsın; 
e) mütənasiblik prinsipi  o deməkdir ki,  istehsal ilə 
istehlak  arasında,  əsas  istehsal  ilə  qeyri-istehsal  sahələri 
arasında və s. müəyyən mütənasiblik təmin olunmalıdır; 
f) optimallaşdırma prinsipi – seçilmiş meyar baxımın-
dan ən yaxşı optimal planın müəyyən edilməsini təmin edir. 
Müəssisədə  planların  optimallaşdırılması  meyarı  kimi 
mənfəət, rentabellik və gətirilmiş məsrəflər çıxış edə bilər.  
Bunların arasında səmərəli  əlaqələri  yaratmaq  üçün 
bu  proseslərin  gedişatı  əsasında  gələcək  inkişafını  (plan-
laşdırmasını)  müəyyən  etməkdə  iqtisadi  metodların  kö-
məyi  ilə  həll  etmək  olar.  Adətən,  sənaye  müəssisələrində 
planlaşdırma işlərini həyata keçirmək üçün balans, norma-
tiv, analitik, proqram-məqsədli və iqtisadi-riyazi metodlar-
dan istifadə edilir. 
Məlumdur ki, geniş təkrar istehsal mürəkkəb və çox-
tərəfli,  sahələrarası  qarşılıqlı  istehsal  əlaqələri  şəraitində 
baş  verir.  Bu  cür  əlaqələr  həm  natural  və  həm  də  dəyər 
formasında  məcmu  ictimai  məhsulun  istehsalı,  bölgüsü, 
tədavülü (mübadilə) və istehlakı proseslərini birləşdirir.  
Çoxillik  təcrübəsi  göstərmişdir  ki,  maddi  istehsal 
sahələri  arasındakı  ən  səmərəli  proporsiya  və  kəmiyyət 


 
 
81 
əlaqələrini  müəyyən etmək üçün  balans metodunun  müs-
təsna əhəmiyyəti vardır.  
Ümumiyyətlə,  balans  metodunun  mahiyyəti  planın 
elementləri (bölmələri) arasında əlaqə yaratmaq, plan tap-
şırıqlarının uzlaşdırılması və planın texniki-iqtisadi cəhət-
dən  əsaslandırılmasından  ibarətdir.  Xalq  təsərrüfatı  isteh-
sal  sahələrin,  o  cümlədən  sənayenin  planlaşdırılmasında 
istifadə  olunan  bu  metod  sənaye  planın    bütün  bölmə  və 
göstəriciləri arasında  əlaqə  yaradılmasına, onların kəmiy-
yət asılılığının müəyyən edilməsinə imkan verir. Onun kö-
məyi  ilə  iqtisadi  cəhətdən  əsaslandırılmış  vahid,  real  pla-
nın  işlənib  hazırlanmasına,  planda  yarana  biləcək  müəy-
yən  uyğunsuzluqların  və  nəhayət,  istehsaldaxili  ehtiyatla-
rın müəyyən olunaraq, səfərbərliyə alınmasına nail olmaq 
mümkün olur. Balans metodunun köməyi ilə optimal plan-
larının tərtib edilməsi işi xeyli asanlaşır.  
Bazar  iqtisadi  sisteminə  daxil  olmuş  ölkələrin  proq-
nozlaşdırma  və inkişaf proqramlarının tərtibi praktikasın-
da geniş istifadə edilən metodlardan biri də normativ me-
toddur. O, elmi cəhətdən əsaslandırılmış mütərəqqi norma 
və normativlərin tətbiqinə əsaslanır. Norma və normativlə-
rin  mütərəqqiliyi  istehsal  edilən  məhsulun  keyfiyyətinin 
yaxşılaşdırılması  şəraitində  onlarda  planlaşdırılan  elmi-
texniki  tərəqqinin  nailiyyətlərinin,  istehsalın  və  əməyin 
təşkilinin  qabaqcıl  üsullarının  maksimum  əks  etdirilməsi 
ilə təmin edilir.  

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin