Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə34/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   101
lər kateqoriyasını 4 əsas qrupa bölmək olar: 
- texnoloji  prosesdə  iştirak  edən,  əmək  predmetini 
emal etmək  yolu ilə bilavasitə hazır  məhsula  çevirən fəh-
lələr.  Lakin  bunlardan  əlavə,  avtomatlaşdırılmış  istehsal-
larda fəhlə-nizamlayıcılar da bu qrupa daxil edilirlər, çün-
ki onlar avadanlıqların normal işini təmin edirlər; 
- xammal, material və hazır məhsulun yarımfabrikat-
ların daşınması, anbarlaşdırılması və qorunması ilə məşğul 
olan fəhlələr;  
- əsas  fondların  təmiri,  istehsal  avadanlıqlarının  pro-
filaktikasını həyata keçirən təmin üçün hissə və tərtibatlar 
istehsal edən fəhlələr; 
- hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən 
fəhlələr. 
Birinci qrupa daxil olan fəhlələr əsas,  digər  qruplara 
aid edilənlər isə köməkçi fəhlələr hesab olunurlar. 
Mühəndis-texniki  mütəxəssis  və  rəhbər  işçilər  kate-
qoriyasına  istehsala  texniki  rəhbərlik  funksiyasını  həyata 
keçirən  kadrlar  aid  olunurlar.  Əqli  əmək  nümayəndələri 
olan bu kateqoriya işçilər istehsala rəhbərlik və onun təş-
kilinin konstruktor, texnoloji, təşkilati-texniki və sırf isteh-
sal müəssisələri ilə məşğul olurlar. Bu kateqoriya işçilərə 
müəssisənin rəhbərliyi, baş mütəxəssislər, texniklər, usta-
lar və s. daxil edilir.  


 
 
108 
Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-sa-
tış, dəftərxana və bəzi inzibati-idarə işçiləri aid olunurlar.  
Şagirdlər kateqoriyasına fərdi və briqada (qrup) şək-
lində  həm  bilavasitə  müəssisənin  özündə  hamilik  yolu  ilə 
və  həm  də  başqa  məktəblərə  ezamiyyə  olunmaqla  fəhlə 
peşəsinə yiyələnən gənclər aid olunurlar. Bu kateqoriyaya 
habelə  müəssisənin  balansında  olan  texniki-peşə  məktəb-
lərinin şagirdləri də daxil edilir. 
Kiçik  xidmətedici  heyətə  inzibati-idarə  binalarına 
qulluq edən xadimələr, süpürgəçilər, minik avtomobilləri-
nin sürücüləri, kuryerlər , paltar asanlar və s. işçilər aiddir.  
Mühafizə  işçilərinə  isə  müəssisənin  gözətçiləri  və 
yanğından mühafizə işçiləri aid edirlər.  
Müəssisə qeyri-istehsal sahələrində çalışan işçilər is-
tehsal heyətinə aid etmirlər.  Bu  qəbildən olan işçilərə  ya-
şayış binalarına, səhiyyə məntəqələrinə, uşaq bağçalarına, 
klublara,  yardımçı təsərrüfatlara xidmət edən işçilər daxil 
olunurlar.  Bundan  məqsəd  istehsal  işçiləri  ilə  istehsal  xa-
rakterli işçiləri icra etməyənlər arasındakı optimal say nis-
bətini müəyyənləşdirməkdir. 
İstehsal işçilərinin peşə-ixtisas tərkibinə gəlincə o, hər 
bir  müəssisənin  özünəməxsus  xarakterindən  asılı  olaraq 
fərqlənir.  Məsələn,  metallurgiya üçün səciyyəvi olan peşə-
ixtisas  işçisi  poladəridən  və  polad  yayandırsa,  toxuculuq 
üçün-əyirici  və  toxucu,  kimya  müəssisələrində  aparatçı  və 
operator,  maşınqayırma  üçün  tornaçılar,  dəmirçilər,  çilin-
gərlər və s.-dir. Bütün bu müxtəliflik müəssisənin texnoloji 
özünəməxsusluğundan  irəli  gəlir.  Texnoloji  əməliyyatları 
icra sahiblərinin xüsusi hazırlığı tələb olunur. 
Müəssisənin kadrlarının peşə-ixtisas dərəcələri (kva-
lifikasiya)  üzrə  təsnifləşdirilməsi  onun  (müəssisənin)  is-


 
 
109 
tehsal strukturunda, texniki bazasında və işçilərinin mədə-
ni-texniki səviyyələrində baş verən dəyişikliklərin öyrənil-
məsində böyük əhəmiyyət kəsb edir. Hər bir istehsal sahə-
sində  baş  verən  əmək  bölgüsü  elmi-texniki  işləmələrin 
istehsala  tətbiqi  və  bununla  əlaqədar  olaraq  müxtəlif  iş 
növlərinin  yaranması  və  həmin  işlərin  yerinə  yetirilməsi, 
onlardan müəyyən nəzəri və empirik biliklər tələb edir ki, 
bunlar da öz əksini müxtəlif peşələrdə tapır.  
Peşənin tərkibində isə əlavə bilik və vərdiş tələb edən 
ixtisaslar  formalaşır.  Məsələn,  çilingər  peşəsi  müxtəlif 
çilingər  ixtisaslarına,  çilingər-yığıcı,  çilingər-alətçi,  çilin-
gər-təmirçi və s. bölünür. İxtisas isə öz tərkibində müxtəlif 
ixtisas dərəcələrini birləşdirir. Yerinə yetirilən işin mürək-
kəbliyi,  dəqiqliyi,  məsuliyyəti  müəyyən  bilik,  vərdiş  və 
bacarıq  tələb  edir.  Bundan  asılı  olaraq  fəhlələrə  ixtisas 
dərəcələri  verilir.  İxtisas  dərəcəsinin  mühüm  tərkib  hissə-
ləri  fəhlənin  ümumi  təhsili,  texniki  hazırlıq  səviyyəsi  və 
müəyyən ixtisas üzrə onun praktiki vərdişləridir. 
İstehsalın  texniki  səviyyəsi  yüksəldikcə,  istehsala 
daha  mütərəqqi  və  mürəkkəb  maşınlar  tətbiq  olunduqca, 
texnoloji istehsal üsulu təkmilləşdirildikcə, fəhlənin ixtisas 
dərəcələrinə tələblər də çoxalır. 
Fəhlələr ixtisas dərəcələrinə görə qrupa bölünür: ixti-
sassız  (ixtisas  dərəcəsi  olmayan),  az  ixtisaslı,  ixtisasın 
yüksək ixtisas dərəcəli. 
Öz-özlüyündə aydındır ki, xüsusi hazırlıq tələb etmə-
yən işlərin icrası ixtisas dərəcəsi olmayan, başqa sözlə, ix-
tisassız fəhlələr tərəfindən yerinə yetirilməlidir. 
Az  ixtisas  dərəcəsi  fəhlənin  xüsusi  hazırlıq  keçmə 
müddəti  cəmisi  bir  neçə  həftə  ərzində  baş  verə  bilər.  Bu 


 
 
110 
qəbildən olan fəhlələrin icra etdikləri iş o qədər də mürək-
kəb olmur. 
İxtisas  dərəcəsi,  başqa  sözlə,  ixtisaslı  fəhlələrin  ha-
zırlanması 2-3 il müddətində vaxt tələb edir. 
Yüksək  ixtisas  dərəcəli  fəhlələrin  hazırlanmasında, 
onlara  nəzəri  biliklərlə  yanaşı  müəyyən  iş  təcrübəsinin 
formalaşması da zəruri əhəmiyyət daşıyır. Belə fəhlələr isə 
nisbətən daha uzun müddətli vaxt ərzində formalaşır.  
İstehsal sahəsində elmi-texniki tərəqqinin təsiri altın-
da,  tədricən  olsa  da,  yuxarıda  göstərilən  ixtisas  dərəcələri 
arasında  ixtisassız  fəhlələrin  sayı  azalmağa  doğru  meyl 
edir, yüksək ixtisas dərəcəli fəhlələrin sayı isə artır. 
Hər hansı bir istehsal sahəsində ixtisas dərəcəsi aşağı 
olan  fəhlələrin    sayca  çox  olması  o  deməkdir  ki,  həmin 
sahədə  elmi-texniki  tərəqqinin  nailiyyətləri  lazımınca 
tətbiq  olunmur,  köməkçi  işlərin,  yükləmə-boşalma,  təmir 
və s. – nin mexanikləşdirmə səviyyəsi aşağıdır. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin