Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə54/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   101
İstehsalın mexanikləşdirilməsi və avtomatlaşdirilma-
sı  səviyyəsinin  yüksəldilməsi  –  texnoloji  prosesin  bütün 
mərhələlərində əl əməyinin maşınla əvəz edilməsini təmin 
edir. Müasir dövrdə istehsalın mexanikləşdirilməsi və av-
tomatlaşdırılması  bir-birinə uyğun gələn rejimlərdə  maşın 
və  digər  avadanlıqlar  yaradılması  və  tətbiqi  əsasında 
həyata keçirilir; belə maşın və avadanlıqlar məhsuldarlığa 
görə  bir-biri  ilə  əlaqəli  olur  və  texnoloji  prosesin  daha 
yaxşı yerinə yetirilməsini təmin edir. Bu zaman əl əməyin-
dən  maşın  və  avadanlıqları  idarə  etməkdə,  nizamlamaqda 
və sazlamaqda, həmçinin əməyi yüngülləşdirmək və məh-
suldarlığı  yüksəltmək  üçün  mexanikləşdirilməsi  və  avto-
matlaşdırılması  o  qədər  də  mühüm  əhəmiyyət  kəsb  etmə-
yən və iqtisadi cəhətdən məqsədəuyğun olmayan az əmək-
tutumlu  proseslərdə  istifadə  olunur.  İstehsalın  mexanik-
ləşdirilməsinə  və  avtomatlaşdırılmasına  bu  cür  yanaşma 
kompleks  mexanikləşdirilmiş  və  avtomatlaşdırılmış  axın 
xətlərinin,  sexlərin  yaradılmasına,  müəssisələrin  yaradıl-


 
 
167 
masına  zəmin  hazırlayır  və  onların  yaradılmasını  təmin 
edir.  Bütün bunların hamısı  mövcud  maşın və  avadanlıq-
lardan  tam  və  hərtərəfli  istifadə  olunmasına  imkan  verir 
ki,  bu  da  vaxt  vahidi  ərzində  istehsal  olunmuş  məhsulun 
(işin, xidmətin) həcminin artırılmasının zəruri şərtləridir. 
Avadanlığın boş dayanma hallarının ləğv edilməsi – 
mövcud  maşın  və  avadanlıqlardan  istifadənin  yaxşılaşdı-
rılmasının  əsas  yollarından  biri  hesab  edilir.  Avadanlığın 
iki cür boş dayanmasını:  planlaşdırılan və planlaşdırılma-
yan  boş  dayanma  hallarını  fərqləndirirlər.  Avadanlığın 
planlaşdırılan boş dayanmaları bilavasitə onların iş rejim-
ləri ilə bağlıdır. Belə ki, bəzi sənaye müəssisələrində həya-
ta  keçirilən  texnoloji  proseslərin  özü  avadanlığın  gecə-
gündüz  işləməsini  tələb  edir.  Məsələn,  elektrik  stansiya-
ları,  toxuculuq  fabrikləri,  neft-qaz  quyularının  qazılması 
və  mənimsənilməsi,  domna  və  marten  peçləri,  neft-qaz 
emalı  zavodları  və  s.  fasiləsiz  işləyirlər.  Digər  sənaye 
müəssisələrində  isə,  məsələn,  maşınqayırma  zavodlarında 
maşın və avadanlıqlar, adətən, iki və ya bir növbə ilə işlə-
yirlər.  Müəssisələrdə  maşın  və  avadanlıq  üçün  müəyyən 
edilmiş  iş  rejimi  onların  növbəlik  əmsalı  ilə  xarakterizə 
olunur.  
Növbəlik əmsalı – maşın və avadanlığın hər bir vahi-
dinin  (məsələn,  dəzgahın,  aqreqatın,  axın  xəttinin  və  s.) 
gün, ay, rüb və il ərzində orta hesabla neçə növbə işlədiyi-
ni  göstərir.  Növbəlik  əmsalı  bütün  növbələrdə  işlənmiş 
növbə-dəzgahların (növbə-maşınların) miqdarını qurulmuş 
avadanlığın miqdarına bölməklə müəyyən edilir.  
Avadanlığın  planlaşdırılmayan  boş  dayanmalarının 
ləğv edilməsi müəssisələrdə xeyli miqdarda istehsal güclə-
rinin  artırılmasına  imkan  verir.  Maşın  və  avadanlıqların 
planlaşdırılmayan boş dayanmalarının əsas səbəbləri onla-
rın saz olmamasından, təmir gözləməsindən və təmir işlə-


 
 
168 
rinin  həyata  keçirilməsi  müddətindən,  işə  salma  müddəti-
nin uzanmasından  və s. ibarətdir. Ümumiyyətlə, maşın və 
avadanlıqların uzun müddət və növbə daxili işləməməsini 
fərqləndirirlər.  Adətən,  maşın  və  avadanlıqların  uzun 
müddət işləməməsi istehsal olunan məhsulun çeşidinin ya-
xud  onun  hazırlanması  texnologiyasının  dəyişilməsi  nəti-
cəsində baş verir.   
Maşın və  avadanlığın  növbə  iş vaxtı itkiləri isə  işdə 
istehsal  prosesinin  normal  gedişinin,  həmçinin  əmək  inti-
zamı  tələblərinin  pozulmasından  irəli  gələn  reqlamentləş-
dirilməyən (aradan qaldırıla bilən) fasilələrdir. Pozuntula-

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin