Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə60/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   101
rə və detal üzrə (bəzən bağlamalar üzrə) normalar da biri – 
birindən fərqləndirilir. Məmulat üzrə normalar bütünlükdə 
məmulata  sərf  ediləcək  materialların  plan  üzrə  miqdarını, 
detal üzrə normalar isə əmin məmulatın ayrı – ayrı detalla-
rına (disk, təkər, örtük) plan üzrə sərf ediləcək materialla-
rın miqdarını müəyyən edir. 
Məmulat üzrə material normaları, bir qayda olaraq za-
vod  və  fabriklərdə  material  ehtiyatına  olan  tələbatı  müəy-
yən  etməkdən  ötrü  tətbiq  olunur.  Müəssisələr  daxilində 


 
 
191 
sexlərdə və sahələrdə isə detal üzrə normalar tətbiq olunur. 
Bunlar, əvvəllən, bütövlükdə məmulata material sərfi nor-
malarını  texniki cəhətdən hesablamaq üçün, ikincisi, sex-
lərə  buraxılan  material  limitlərini  müəyyən  etmək  üçün, 
üçüncüsü  isə,  sexlərdə  bitməmiş  istehsal  halında  qalması 
olan materialların  miqdarını hesablamaq üçün lazımdır. 
Normallaşdırılan materialların nomenklaturundan asılı 
olaraq, iriləşdirilmiş nomenklaturada müəyyən edilən ma-
terial  sərfi  normaları  və  təfsilləşdirilmiş  nomenklaturada 
müəyyən edilən material sərfi normaları da bir – birindən 
fərqləndirilir. 
İriləşdirilmiş göstəricilərlə müəyyən edilən normalar, 
müəssisənin  material  ehtiyatına  olan  illik  tələbatını  təyin 
etmək  üçün,  habelə  materiallara  qənaət  etmək  işində  za-
vodun  (fabrikin)  ümumi  nəticələrini  aşkara  çıxarmaq  və 
təhlil  etmək  üçün  tətbiq  olunur.  Detal  nomenklaturu  üzrə 
müəyyən  edilən  normalar  materiala  rüblük  xüsusiləşdiril-
miş  tələbnamələr  hazırlamaq  üçün  və  sexləri  konkret 
istiqamətli,  sortlu,  markalı  və  ölçülü  materiallarla  təchiz 
etmək üçün lazımdır. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin