Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Ġstehsal xərclərinin və maya dəyərinin aĢağı



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə76/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   101
9.4. Ġstehsal xərclərinin və maya dəyərinin aĢağı 
salınmasının yolları 
 
İstehsal məsrəflərinin quruluşu, yəni ayrı-ayrı iqtisa-
di  ünsürlərin  istehsal  üzrə  ümumi  məsrəflərdəki  nisbəti, 
məhsulun  maya  dəyərinin  aşağı  salınması  istiqamətlərini 
göstərir. İstehsal məsrəfləri canlı və keçmiş əmək məsrəf-
lərindən ibarətdir. Əmək məhsuldarlığının artmasını təmin 
edən texniki tərəqqi, əməyin və istehsalın yaxşı təşkil edil-
məsi və qənaət üsulunun ardıcıl surətdə həyata keçirilməsi 
canlı və əşyalaşdırılmış əməyə qənaət edilməsinin, məhsu-
lun maya dəyərinin aşağı salınmasının əsas yollarıdır.  


 
 
245 
Müəssisədə maya dəyərinin aşağı salınmasının konkret 
yollarını  işləyib  hazırlayarkən  istehsal  məsrəflərinin  azal-
dılması  uğrunda  mübarizənin  ümumi  istiqamətini  müəy-
yənləşdirmək kifayət deyildir; burada konkret tədbirləri işlə-
yib hazırlamaq lazımdır. Bunun üçün xərc maddələri üzrə 
məhsulun  maya  dəyərinin  necə  əmələ  gəldiyini  nəzərdən 
keçirmək  lazımdır.  Maya  dəyərinin  aşağı  salınması  üzrə 
tədbirlər hər bir xərc maddəsi üzrə işlənib hazırlanmalıdır 
ki, bu da hər bir məhsul növünün maya dəyərinin aşağı sa-
lınması yollarını müəyyən etməyə, hər bir istehsal sahəsin-
də məsrəflərin aşağı salınması imkanlarını qabaqcadan tə-
yin etməyə və həmin tədbirlərin həyata keçirilməsinin nə-
ticələrini görməyə imkan verir.  
İstehsal güclərindən  yaxşı istifadə edilməsi hesabına 
məhsul  buraxılışı,  həmçinin  artırılması  maya  dəyərinin 
aşağı salınmasının mühüm şərtlərindən biridir.  
Məhsul buraxılışı həcminin artırılması məhsulun ma-
ya  dəyərinin,  istehsala  xidmət  etmək  və  onu  idarə  etmək 
üzrə xərclər hesabına aşağı salınmasına imkan verir. Belə 
bir imkan ondan irəli  gəlir ki, sex xərclərində məsrəflərin 
xeyli hissəsini (maşınqayırmada 60%-dən çoxunu) istehsal 
planının  yerinə  yetirilməsindən  asılı  olmayan  şərti-sabit 
xərclər və yalnız təxminən 40%-i planın yerinə yetirilməsi 
dərəcəsindən  asılı  olan  xərclər  təşkil  edir.  Şərti-sabit  sex 
xərclərinə:  avadanlığın  amortizasiyası,  binaların  saxlan-
ması və sex aparatının xərcləri və başqa xərclər daxil olur. 
Ümumzavod xərclərini  tamamilə şərti-sabit xərclər hesab 
etmək olar. Bu, o deməkdir ki, onların ümumi məbləği is-
tehsal  planı  həcmcə  yerinə  yetirilmədikdə  azalmır  və  ar-
tıqlamasilə yerinə yetirildikdə isə artmır. Buradan belə bir 


 
 
246 
nəticə  çıxır  ki,  məhsul  buraxılışı  çox  olduqca  məhsulun 
maya  dəyərində  sex  və  ümumzavod  xərclərinin  payı 
azalır. 
Məhsul  buraxılışı  həcminin  artması  ayrı-ayrı  sex  və 
istehsal  sahələrinin  işindən  asılıdır.  Sex  və  sahə  işçiləri 
məhsul buraxılışı üzrə plan tapşırıqlarını artıqlamasilə ye-
rinə  yetirməklə  onun  maya  dəyərinin  aşağı  salınmasına 
kömək edirlər. Burada, maya dəyərinin aşağı salınmasında 
hər  bir  sex  və  sahənin  nə  dərəcədə  iştirak  etməsi  onların 
məhsul buraxılışındakı rolundan asılı olaraq müəyyən edi-
lə bilər. 
Əmək  məhsuldarlığının  artırılması  məhsulun  maya 
dəyərinin  aşağı  salınmasının  təməlini  təşkil  edir.  Əmək 
məhsuldarlığı  artdıqca  istehsalın  həcmi  də  artır  ki,  bu  da 
sex  və  ümumzavod  xərclərinin  şərti-sabit  hissəsi  üzrə  qə-
naəti  təmin  edir.  Lakin  bu,  müəssisənin  əmək  məhsuldar-
lığını  yüksəltməsi  nəticəsində  əldə  etdiyi  qənaətin  yalnız 
bir  hissəsidir.  Bundan  başqa,  əmək  məhsuldarlığının  ar-
tırılması  müəyyən  şəraitdə  əmək  haqqına  da  qənaət  edil-
məsinə  səbəb  olur.  Əsas  istehsal  fəhlələrinin  əmək  haqqı 
məsrəflərinin hansı hallarda azalmasını nəzərdən keçirək. 
İstehsal  fəhlələrinin  hər  nəfərinə  düşən  istehsalın 
artırılması aşağıdakı tədbirlər hesabına əldə edilə bilər: 
1.  Təşkilat-texniki  tədbirlərin  həyata  keçirilməsi  he-
sabına.  Bu  zaman  bir  qayda  olaraq  istehsal  normaları  və 
bunlara müvafiq olaraq görülən işlər üzrə iş qiymətləri də 
dəyişdirilir. 
 2.  Planlı  qaydada  təşkilat-texniki  tədbirləri  həyata 
keçirmədən  müəyyən  edilmiş  istehsal  normalarının  artıq-


 
 
247 
lamasilə  yerinə  yetirilməsi  hesabına.  Burada  bir  qayda 
olaraq istehsal normaları və iş qiymətləri dəyişdirilmir. 
Birinci halda,  yəni istehsal  normaları və iş qiymətləri 
dəyişdirildikdə, müəssisə, sex və ümumzavod xərcləri üzrə 
əldə edilən qənaətdən başqa əsas istehsal fəhlələrinin əmək 
haqqı  üzrə  də  qənaət  əldə  edir.  Bunun  səbəbi  odur  ki,  iş 
qiymətlərinin  aşağı  salınması  ilə  əlaqədar  olaraq  məhsul 
vahidinin  maya  dəyərində  əmək  haqqının  payı  azalır. 
Lakin  bu,  fəhlələrin  orta  əmək  haqqının  aşağı  düşməsinə 
səbəb olmur, çünki həyata keçirilən təşkilat-texniki tədbir-
lər,  fəhlələr  tərəfindən  eyni  əmək  sərf  etməklə  daha  çox 
məhsul istehsal edilməsinə imkan verir. Beləliklə, təşkilat-
texniki  tədbirlərin  həyata  keçirilməsi  ilə  yanaşı  olaraq  is-
tehsal normalarının müvafiq qaydada nəzərdən keçirilməsi 
fəhlələrin  orta  əmək  haqqının  artması  ilə  birlikdə  məhsul 
vahidi  üzrə  əmək  haqqı  payının  azalması  hesabına  da 
məhsulun maya dəyərinin aşağı salınmasına imkan verir. 
İkinci halda, yəni müəyyən edilmiş istehsal normaları 
və  iş  qiymətləri  dəyişilmədikdə,  əmək  məhsuldarlığının 
artması, yalnız məhsul vahidinə düşən sex və ümumzavod 
xərcləri payının azalması hesabına olaraq məhsulun maya 
dəyərinin aşağı salınmasına təsir edir. 
İşəmuzd-mütərəqqi əmək haqqı tətbiq edildiyi hallar-
da  məhsul  vahidinin  maya  dəyərindəki  əmək  haqqı  məs-
rəfləri istehsal normalarının artıqlamasilə yerinə yetirilmə-
si  nəticəsində  hətta  arta  da  bilər,  lakin  əmək  haqqının  bir 
qədər artması məhsul buraxılışının həcmcə artması hesabı-
na olaraq qeyri-müstəqim xərclər üzrə əldə edilən qənaətlə 
ödənilməlidir. 


 
 
248 
Maya  dəyərin  formalaşmasında  məhsul  vahidi  üzrə 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin